Belə hesab edilir ki, tarix sanki paradokslarla zəngindir, ancaq təkcə ona görə ki, insan təfəkkürü bir istiqamətlidir. Bununla belə, tarixi proses spiral üzrə inkişaf edir ki, klassiklər bunu çoxdan sübut etmişlər. Məhz buna gorə də tarix həmişə, ancaq yeni, inkişafın daha yüksək pilləsində təkrar olunur. İnsana bu fenomeni empirik yolla (elmi yolla) qavramaq nəsib deyil: tarixi proseslər ağır-ağır, bir çox nəsllərin həyatı boyu uzanır.

Tarix və Zaqafqaziya xalqları konqlomeratının Rusiya ilə qarşılıqlı əlaqələrinin müasir mərhələsi həmin vəziyyəti bütün aydınlığı ilə illüstrasiya edir.

Rusiyanın Qafqaza və Qagqazyanı ölkələrdə ekspansıyası, məlum olduğu kimi, hələ necə deyərlər, Birincu Pyotrun fars yürüşləri vaxtlarından başlamiş və lap əvvəldən şərq despotları – Türkiyə və İran tərəfindən dözülməz əsarət gördüyündən maarifçi Rusiya hökmranlığı altına keçməyi üstun tutan erməni, qürcu və azərbaycanlıların (Qafqaz tatarları) fəal dəstəyiı ilə qarşılanmışdır.

petr
Rusiyanın Qafqaza və Qagqazyanı ölkələrdə ekspansıyası, məlum olduğu kimi, hələ I Pyotrun fars yürüşləri zamanlarından başlamişdır.

1783-cü ildə gürcü çarı II İrakli öz Kartli-Kaxeti çarlığının rus protektoratı altına daxil olmasına dair müqavilə imzaladı və bundan sonra Şərqi Gürcüstana iki tabur (batalyon) rus qoşunu yeridildi. Tarixi sənədlər göstərir ki, Peterburq gürcü müharibə meydanına arxalanaraq Böyuk Pyotrun yürüşlərindən sonra Rusiyanın İrana qaytarmalı olduğu Xəzəryanı vilayətləri Rusiya imperiyasına birləsdirməyi, Zaqafqaziyanın qalan hissəsində isə üç dövlət – Gürcüstan, Ermənistan və Albaniya (Azərbaycan) dövlətlərini yaratmağı planlaşdırmışdı. İntəhası, Türkiyə ilə müharibə üzündən (1787-ci il) bu planlar təxirə salınmış və Rusiya qoşunları Gürcüstanı baraxmışlar.

Чирков4
1787-ci il – rus – türk müharibəsi.

20 ildən az müddətdən sonra İran şahı Ağa Məhəmməd xan 50 minlik ordu ilə Zaqafqaziyaya soxuldu, Qarabağı talan və Tiflisi darmadağın etdi. Gürcü paytaxtı demək olar ki, məhv edilmiş, onun sakinlərinin çox hissəsi həlak olmuş ya da qul kimi əsir götürülmüşdü. Bundan sonra Qafqazyanı ölkələrin Rusiyaya birləşdirilməsi son dərəcə aktual olmuşdu.

1801-ci ildə Mixail Lermontovun sözlərincə desək, gürcü çarı “öz xalqını Rusiyaya etibar etdi”. Şair öz böyük istedadı ilə bir çox tarixçilərdən hadisələrin sonraki inkişafını daha yaxşı, bir neçə ifadəli sözlə çox tutarlı təsvir etmişdir: “Və Allahın bərəkət Gürcüstana çatdı – o, dost süngüləri arxasında düşmənlərdən ehtiyat etməyərək çiçəkləndi”. Bundan sonra 10 il ərzində Rus-türk və Rus-İran müharibələri nəticəsində demək olar ki, bütün Zaqafqaziya Rusiya imperatorunun hakimiyyəti altına keçdi. Nəticədə “Allahın bərəkəti” bütün Qafqaza çatdı ki, onun xalqları əvvəlkindən daha sərbəst iqtisadi, sosıal və mədəni inkişaf imkanı qazandılar.

“Lermontov Qafqazda” P.P. Konçalovski.
“Lermontov Qafqazda” P.P. Konçalovski.

Bu gün Rusiya ilə birləşmənin erməni, gürcü və azərbaycanlılara nə verməsinə dair mubahisələrin az olmadığı bir vaxt həmin suala cavab verərkən bir neçə başlıca məqamı tam dəqiqliklə nəzərdə tutmaq lazımdır.

Əvvəla, yuxarıda göstərilən dövrdə (və ondan sonra) Rusiya imperiyası tənəzzülə yönələn Osman və İran imperiyalarından fərqli olaraq inkişafın mügayisəolunmaz və daha qabaqcıl mərhələsində idi. Bu, sübhəsiz, Peterburqun yeni təəbələrinin onların şəxsi təhlükəsizliyi də daxil olmaqla həyatlarının bütün aspektlərində də öz əksini tapmışdı. Region xalqları nəinki yalnız insanların bədən və qəlbərini şikəst edən despotçu əsarətdan can qurtarmış, həmçinin onların ümumi inkişafı üçün bütün pozitiv nəticələrlə tarixi meynstrimə düşmüşlər.

Əvvəllər, hətta haqqında düşunülməyən tamamilə konkret imtiyazlar əldə edilmişdi. Məsələn, Tiflis tezliklə bütün Qafqaz canişinliyinin paytaxtına çevrilmişdi ki, onun sərhədləri cənubda Araz çayından başlayıb, şimalda az qala Rostovadak çatırdi. Gürcü paytaxtı ildən-ilə öz dövrünün özunəməxsus çoxmillətli “meqapolis” koloritini saxlamaqla Avropa tipli şəhər xüsusiyyətləri əldə etdi.

19-cu əsrin əvvəlində Tiflisin panoraması.
19-cu əsrin əvvəlində Tiflisin panoraması.

Gürcülərin imperianın həyatındaki yerinə gəlincə, məsələn, gigər bir şair – Aleksey Tolstoyun sözlərincə desək, məgər yzun onilliklər boyu bir tərəfdən Ümumrusiya imperatorunun şəxsi konvoyu (mühafizəçiləri) və digər tərəfdən eyni zamanda üç Rusiya inqilabının “aktiv”ini gürcü knyazları təşkil etməmişlərmi? Və məgər bu qün gürcülərlə ruslar arasındaki münasibətlərin hələlik nəinki təkcə ideallıgdan uzaq olma faktı (ideal miilətlərarası münasibətlər əslində binadan-başdan olmur), həmçinin eks-prezident Mixali Saakaşvili hakimiyyətinin əməlləri və avantürist siyasətindən doğan bütöv bir silsilə hallarla kölgə düşməsi tarixi paradoks deyilmi? Bu halları sadalamağa ehtiyac yoxdur – onlar hamıya yaxşı məlumdur.

Ancaq nəticənin qürcü ictimaiyyətinin mühüm hissəsinin eyni etiqadlı pravoslav ruslarla yadlaşıb uzaqlaşması olduğunu demək lazımdır, cünki bu paradoksu dəqiq anlamadan nəinki ölkələr, həm də xalqlar arasındakı əlaqə və münasibətlərin normallaşıb yoluna düşməsi istiqamətində irələmək mümkün deyil və tarixin spiralının onların birliyinin bu və digər formaları məsələsini yenidən gündəmə qoya biləcəyinə bel bağlamaq olmaz.

Ermənilərə gəlincə, onların nümunəsi Rusiyaya birləşməyin bütün məziyyətlərini xüsusi parlaqlıq və qabarıqlıqla əks etdirir. Qərbi Ermənistan məlum olduğu kimi, Rusiyanın tərkibinə daxil olmamışdı. Onun xalqı 1915-ci ildə dəhşətli qırğın və deportasiyaya məruz qalmış, ölkə kimsəsızləşmiş və bu qunədək Türkiyənin həmin hissəsi daha qeri qalmış, inkişaf etməmiş türk regionudur. Eyni zamanda Şərqi Ermənistan Rusiyanın tərkibində inkişaf şansı əldə etmişdir ki, bundan xüsusilə Sovet dövrundə tam miqyasda istifadə edə bilmişdir. Ermənistan keçmiş Sovet İttifaqınin iqtisadi və mədəni əlaqələr cəhətdən daha inkişaf etmiş respublikalarından birinə çevrilmiş, erməni xalqı sozün əsl mənasında öz çoxəsrlik tarixinin ən yaxşı dövrünü yasamışdı. Şübhəsiz, amansız dərslər ermənilərə müstəqillik əldə edəndən sonra öz davranış modusunu diktə etmişdir. Ermənilər Rusiya ilə əlaqələri kəsməmiş, əksinə, daim onların möhkəmlənib inkişaf etməsinə səy göstərmişlər ki, buna respublikanın Avroasiya iqtisadi birliyinə daxil olması və Moskva ilə strateji hərbi-siyasi əlaqələr qurması dəlalət edir. Və bu qun Rusiya və rusiyalılar Ermənistanda səmimi hörmətə malikdir, həmçinin ruslarla dostluq əvvəlki kimi erməni milli şüürunun dominatlarından birini təşkil edir.

tumblr_nqq5suFFXP1sjjdtyo2_1280
Şərqi Ermənistan Rusiyanın tərkibində inkişaf şansı əldə etmişdir ki, bundan xüsusilə məhz Sovet dövrundə tam miqyasda istifadə edə bilmişdir.

Rusiyaya birləşmək azərbaycanlıların da tarixində misilsiz pol oynamışdır. Onu demək kifayətdir ki, Bakı Sankt-Peterburq və Moskvadan sonra böyüklüyünə görə üçüncü şəhərə və nəhəng imperiyanın sənaye-maliyyə mərkəzinə dönmüşdür. Və bunda başlıca rolu Abşeron neft ehtiyatlarının oynadığını hesab etməyə dəyməz. Burda neft həmişə olmuşdur, ancaq onun əsasında elə hasılatın yerində hasil edənlər üçün də işgüzar həyat qurmaqa yalnız Rusiyaya birləşəndən sonra başlamışlar. Görünür, Bakının sürətlə inkişaf etmis müxtəlifyönlü sənaye, texniki, yaradıcı və humanitar zıyalı kadrlarla çoxmillətli moqopolisə çevrilməsilə necə bir sivil impulsun doğylmasından danişmaq artıqdir.

İkinci Dünya müharibəsinin başlanğıcına doğru Bakının neft sənayesi SSRİ-də intehsal olunan yuksəknövlü aviasiya benzinınin ümumi həcminin 80%-ni Bakı neft sənayesi verırdi.
İkinci Dünya müharibəsinin başlanğıcına doğru Bakının neft sənayesi SSRİ-də intehsal olunan yuksəknövlü aviasiya benzinınin ümumi həcminin 80%-ni Bakı neft sənayesi verırdi.

Təəssüflər ki, burda da paradoksuz keçinilməmişdir: Azərbaycan müstəqillik əldə edəndən sonra onun Rusiyanın tərkibində olduğu dövrü “işğal” kimi təqdim etməyə çalışan qüvvələr tapılmışdır. Ancaq bu gün hamıya tamamilə aydındır ki, bu ölkənin tarixində Rusiya dövrü olmasaydı, Azərbaycan heç şübhəsiz, bu sözün həm iqtisadi, həm də mədəni mənasında Asiyanın nəzərə çarpmayan künc-bucağında qalmış olardı. Belə vəziyyətın nətıcəsi isə indi son dərəcə aydın görünür: bu, xalqın və ölkənin həyatı üçün hər cür aqibətlərlə dini ekstremizmin bataqlıgına yuvarlanmaqdır.

Və Azərbaycanın inditədək inkişaf edən dünyəvi ölkə kimi qalması, şübhəsiz, onun Rusiya imperiyasının tarixi ilə 200 illik bağlılığının nətıcəsidir. Yeri gəlmişkən, deyəsən artıq Bakıda bunu dərk edirlər. Bu qün orda ölkənin Avroasiya iqtisadi birliyinə daxıl olma ehtimalına dair bəjanatlar getdikcə daha tez-tez səslənir.

Deyəsən, Qafqazyanı xalqlarin Rusiya ilə qarşılıqlı əlaqələrində tarixin müstəvisi öz təbii inkişafının növbəti xəttinə çıxır.