Sputnik Аzərbaycan yazır ki, azərbaycanlı ifaçı həmkarlarından fərqli olaraq, qalmaqalla deyil, nəğmə oxumaqla şöhrət qazanmaq qərarına gəlib.

«Azərbaycanın Səsi» musiqi müsabiqəsinin qalibi Emilya Yaqubova avqust ayında Gürcüstanda keçiriləcək Discover Silk Road Star — «İpək yolu ulduzunu tapmaq» beynəlxalq musiqi festivalında Azərbaycanı təqdim edəcək. O,özünün layihəyə hazırlaşması və yaradıcılığı barədə ifaçı təfsilatı ilə Sputnik Аzərbaycana müsahibəsində söz açmışdır.

— Emilya, Discover Silk Road Star festivalına hazırlıq necə gedir?

— Çox şadam ki, ölkəni bu layihədə məhz mən təqdim edəcəyəm. Buna qədər heç vaxt Gürcüstanda olmamışam, odur ki, tezliklə bu ölkənin gözəllini, görməli yerlərini görmək və festivalın digər iştirakçıları ilə tanış olmaq istəyirəm. Hal-hazırda mən böyük səylə festivala hazırlaşıram. Artıq iki mahnı seçmişəm, ancaq layihədə məhz hansı biri ilə çıxış edəcəyimi hələ də qətiləşdirməmişəm. Əlimdən gələni edəcəyəm ki, ölkəmizi layiqincə təmsil edim və İpək yolu ulduzuna malik olum.

— «Azərbaycanın Səsi» milli müsabiqəsində qələbədən sonra sizin həyatınız dəyişmişdirmi?

—Bu müsabiqə mənə çox şey verdi. Ordaki qələbədən sonra mən AzTV Azərbaycan dövlət televiziya və radiosunun solisti oldum, irimiqyaslı konsertlərdə və qastrollarda çıxış etməyə başladım. «Azərbaycanın Səsi» mənim üçün böyük məktəb oldu və çox şey öyrənməyə kömək etdi.

— Müsabiqədən sonra sizdən heç bir xəbər-ətər yox idi, nə işlə məşğul idiniz?

— Mən hər zaman oxuyur, çox qastrol edirəm, yəqin ki, hər şey məhz bununla bağlıdır. Bütün bunlarla yanaşı, Ukraynada Aleksandr Fokinin DJazz Band qrupunun Amerika heyətinin solistiyəm. Oktyabr ayında biz bütün kollektivlə Ukraynanın böyük şəhərləri üzrə turneyə çıxacağıq. Onlarla çoxdan əməkdaşlıq edirəm. Onların musiqisi tamam başqadır. Həmçinin ABŞ turnesi də planlaşdırılır. Tezliklə yeni kompozisiyanın yazılışında iştirak edəcəyəm ki, o, diskə daxil olacaq. Bu albom beynəlxalq musiqi mükafatı «Qremmi»-yə iddia edəcək.

Bu günlər Youtubdaki rolikdə mənim ifamı çox bəyənən Britaniya musiqiçiləri mənə yazıb, onlarla birlikdə konsertdə oxumağa dəvət etmişlər.

—Nə üçün digər məşhur müğənnilərdən fərqli olaraq, siz haradasa gözə çarpmağı xoşlamırsınız?

— Mən gözə çarpmağı xoşlayıram, sadəcə, mənə gələn təklifləri götür-qoy edirəm, lakin öz razılığımı heç də hamısına vermirəm. Daim yaradıcılıqla məşğul oluram, sadəcə, necə deyərlər, özümü göstərməyə can atmıram.

— Siz uzun müddət Rəşad Həşimovun Həzz Band qrupunda çıxış etmisiniz. İndi sizə sоlo ilə çıxış etmək çətin deyil?

— Qrupdan yenicə getdiyim zamanlar mənə çox çətin idi. Mən artıq iki ildir ki, solo ilə çıxış edirəm və yavaş-yavaş buna alışmışam. Qrupda oxuyarkən sənin arxan, bir növ güvənc yerin var, solo isə – burda artıq özün cavabdehsən. İfaçısı yalnız solo çıxış sayəsində yetişməyə başlayır, çünki başa düşürsən ki, bütün məsuliyyət sənin üzərinə düşür.

— Qrupdan getmənizə təəssüf etmirsiniz?

— Xeyr. Mən böyük bir məktəb keçdim, çox şey öyrəndim. Hər şey üçün Rəşad Həşimova təşəkkür edirəm. O, çox xeyirxah insandır, həmişə hamını dəstəkləyir. Hal-hazırda Nigar Hacızadə ilə işləyirəm– o mənim prodüserimdir,

Zəhra Bədəlbəyli də həmçinin, çox cəhətdən kömək edir. Həmişə yaxınlıqda olan Mübariz Tağıyevi qeyd etməyə bilmərəm. Dəstək üçün onların hamısına təşəkkür edirəm. Zənnimcə, onların ümidlərini doğrulda biləcəyəm.

—Azərbaycan səhnəsində öz yerinizdən razısınızmı?

— Hələ ki, yox.

— Nəyə cəhd göstərirsiniz?

—Bütün ifaçılar kimi zirvəyə can atıram, daha çox tanınmağa, tamaşaçıların ürəyini fəth etməyə çalışıram. Özümü təkcə Azərbaycanda deyil, həm də xaricdə göstərmək istəyirəm.

— Bir çox ulduzlar hesab edirlər ki, antipiar da elə piardır. Buna cəhd göstərmək meyli olubmu?

— Аntipiar – bu, ən keyfiyyətli piardır. Amma heç vaxt bu haqda düşünməmişəm. Sadəcə, belə piar istəmirəm. Mən kiminləsə qalmaqal qaldırmağı sevmirəm, buna görə də heç vaxt ona əl atmıram. Hesab edirəm ki, oxumaqla da məşhur adam olmaq mümkündür. Həmçinin tale və qismət də mühüm rol oynayır. Mən həmişə qarşıma məqsəd qoyur və ona nail oluram.

— Bəs şəxsi cəbhədə vəziyyət necədir?

— Mən şəxsi həyat haqqında danışmağı sevmirəm. Çox istərdim ki, gələcəkdə ailə və karyeranı bir araya sığışdıra biləm, amma bunun üçün yanımda məni başa düşən adam gərəkdir. Ən başlıcası, o, məni necə varamsa, elə o cür qəbul etməlidir.