İyulun 21-də Soçidə axşamdan xeyli keçmiş Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin İlham Əliyevin görüşü keçirilmişdir.

Hərçənd, danışıqlar haqqında qabaqcadan məlumat verilməmiş və Azərbaycan liderinin RF səfəri barədə görüşün özünə vur-tut səkkiz saat qalmış məlum olmuşdu, bununla belə, burda təəccüblü bir şey yoxdur, çünki, ölkələr strateji tərəfdaşdırlar.Bu isə o deməkdir ki, dövlət başçıları özlərii üçün istənilən münasib vaxtda görüşə bilərlər.

Və baxmayaraq ki, həm Rusiya, həm də Azərbaycanda bu fikirə şərik olsalar da, Ermənistanda görüşlə əlaqədar susub, bütün ehtimallara görə, onu çox narahat edən danışıqlara biganə qala bilməmişlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RF və Azərbaycan prezidentlərinin cümə gününün axşamına nəzərdə tutulan görüşü barədə bəyan edən kimi, erməni ekspert cəmiyyətində guya, danışıqların təcili xarakterinə işarə edərək, «sui-qəsd nəzəriyyəsi» quraşdırmağa başladlar. Amma əgər hər halda yenə də reallıqlara qayıdılarsa, aydındır ki, iki dövlət başçısı üçün həqiqətən də müzakirə edilməli nəsə var. Xüsusilə, görüş zamanı RF və Azərbaycan liderləri, ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, həm də son zamanlar, yumşaq desək, regionda heç də arzulanan səviyyədə olmayan vəziyyəti müzakirə etmişlər.

Heç şübhəsiz, danışıqlar zamanı tərəflər mütləq şəkildə Dağlıq Qarabağ münaqişəsini də müzakirə etmişlər. Üstəlik, heç kəs üçün sirr deyil ki, bu gün ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri, demək olar ki, bu problemlə bağlı qeyri-rəsmi, bir növ öz-özlərinə yaxalarını kənara çəkməklə faktiki olaraq, bu münaqişənin moderatoru olmaq imkanını Rusiyaya həvalə etmişlər.

Bundan başqa, Əliyevin Soçidə görüş zamanı qeyd etdiyi kimi, «Azərbaycan və Rusiyanın münasibətləri çoxplanlıdır və demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir». Bu isə artıq özü-özlüyündə, danışıqlar zamanı nəinki təkcə siyasi məsələlər, həmçinin ticarət və iqtisadi, humanitar, nəqliyyat və enerji sahələrilə bağlı məsələlərin də müzakirə olunduğuna dəlalət edir.

Və əgər sonuncudan söz gedərsə, onda tam ehtimal etmək olar ki, Əliyevlə görüş zamanı Putin digər məsələlərlə yanaşı, həmçinin, son vaxtlar Rusiya üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə də Azərbaycanın mövqeyini dəqiqləşdirmək istəmişdir.

Bununla belə, hər halda, bu görüşün qəfilliyi yenə də bəzi suallar doğurur ki, Dalma Newsin müxbiri onlara cavab tapmaq məqsədilə Rusiya və Azərbaycan ekspertlərinə müraciət etmişdir.

Keçirilən görüşü şərh edən Rusiya politoloqu Pavel Кlаçkоv qeyd edib ki, Rusiya və Azərbaycan bu gün strateji tərəfdaşlıq münasibətlərindədirlər ki, bununla bağlı tərəflərin Qafqaz regionunun əsas məsələləri üzrə öz mövqelərini tutuşdurub müvafiqləşdirməsi çox vacibdir.

клачков

Onun sözlərinə görə, son zamanlar regionun təhlükəsizliyi ilə əlaqədar problemlər yaranır. O xatırladıb ki, Ermənistan Avropa birliyi ilə yeni müqavilə imzalamağa hazırlaşır, NATO isə Rusiya sərhədlərindəki bütün əyalətlər üzrə öz təzyiqini artırır. «Bununla əlaqədar, məhz bu anda Moskva və Bakının bütün sahələrdə – həm siyasi, həm iqtisadi, həm humanitar sahələrdə əməkdaşlığı möhkəmləndirmələri məqsədəuyğun olardı» , — deyə o hesab edir.

Politoloqun sözlərincə, ümumiyyətlə, indi Rusiya-azərbaycan münasibətlərinin müzakirə konteksti çox mürəkkəbləşmişdir. Bundan əlavə, Azərbaycanın yaxın qonşusu – hazırda Qərblə əks və ziddiyyətli münasibətdə olan Türkiyənin mövqeyi yetərincə çox dəyişib və Qətar böhranında xüsusi mövqe tutur.

Ekspertin fikrincə, Yaxın Şərq üzrə dönüş xətti baş verərək çat yaranmışdır. Və bu hadisələrin işığında bütün Rusiya və Azərbaycan birlikdə olmalı, bütün Qafqaz regionunun təhlükəsizlik və sabitliyini birgə təmin etməlidirlər.

Кlаçkоvun qənaətincə, bunun işığında, iki ölkə liderləri — Putin və Əliyevin üstəlik, yaxşı qarşılıqlı anlaşmaları xüsusilə təqdirəlayiqdir. Çünki məhz bir-birilə ümumi dil tapmaq imkanı, dialoq, görüşlər və məsləhətləşmələrin təşkili, birgə qərarların qəbul imkanı Qafqazdaki vəziyyət üçün son dərəcə pozitiv amil və müsbət faktordur, – deyə o vurğulamışdır.

Halbuki, Dalma Newsin müxbirinə beynəlxalq əlaqələr üzrə ekspert Fərhad İbrahimovun açıqladığı fikrinə görə, Putin və Əliyevin qəfil görüşü növbəti dəfə onu göstərir ki, ölkələr bir çox məsələlərdə daim bir-biri ilə əlaqədə olurlar. Hər iki dövlətin liderləri ikitərəfli səfərlər çərçivəsində, eləcə də beynəlxalq və ya regional meydançalarda tez-tez rastlaşırlar ki, bu da strateji tərəfdaş olan ölkələr üçün çox normal bir haldır.

İbrahimovun fikrincə, görüşün yekunları üzrə onların arasında dərhal ətrafında mürəkkəb vəziyyət yaranan Qarabağ münaqişəsinin nizamlanmasının birinci yerdə durduğu bir neçə mühüm məqamı ayırıb seçmək lazımdır. Moskvada başa düşürlər ki, 2016-cı il aprel hadisələrinin təkrarlanmaması üçün heç bir zəmanət yoxdur və münaqişənin ekskalasiyasını istəmirlər. Çox güman ki, hadisələrin bu cür inkşafını Bakıda da istəmirlər, lakin eyni zamanda yaxşı başa düşürlər ki, gec və ya tez məsələni həll etmək lazımdır,-deyə o hesab edir.

Фархад

«Əminəm ki, ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Azərbaycanın Avrasiya İqtisadi ittifaqına (Aİİ) daxil olma perspektivləri də müzakirə olunmuşdur. Bakıda balanslaşdırmağa və hər hansı vədlər verməməyə çalışsalar da, hər halda ölkəmizin gələcəkdə quruma üzv olma ehtimalını da qəti şəkildə inkar etmirlər. Intəhası, bir sıra iqtisadi maneələr o qədər deyil, siyasi maneələr, özü də məhz Qarabağ münaqişəsinin çözümü kimi maneələr mövcuddur», — deyə o bildirib.

Danışıqların ikinci əsas məqamı gələn il həyata keçiriləcək «Şimal-Cənub» layihəsi çərçivəsindəki əməkdaşlıq ola bilərdi. Bu layihə Rusiya və Azərbaycana sərfəli olduğu kimi, İrana da sərfəlidir, indiki iqtisadi və siyasi vəziyyət isə onun mümkün qədər tez həyata keçirilməsinə sövq edir. Üstəlik, bu layihə ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına səbəb ola bilər, – deyə politoloq əlavə etmişdir.

«Əlbəttə, liderlər Bakıda anlaşılmazlığa səbəb olan «Ümumrusiya Azərbaycan konqresi»nin (ÜAK -ВАК) bağlanma məsələsindən də yan keçməyiblər. Və indi, ola bilsin ki, onu yeni, daha güclü və perspektivli və Rusiyada Azərbaycanın maraqlarını doğrudan da irəli sürəcək , ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verə biləcək bir təşkilat əvəz edəcək », — deyə o bildirib.

İbrahimovun zənnincə, Moskva və Tehran kimi Bakının da Bəşər Əsəd hökumətinin legitimliyini tanıması ilə əlaqədar, gündəmdə Suriya böhranı məsələsi də dura bilərdi ki, bu da öz növbəsində ikitərəfli münasibətlərə müsbət təsir göstərir.

Bununla yanaşı, müsahibimiz Azərbaycana öz qoşunlarının bir hissəsini Suriya ərazisində döyüşməyə göndərmək təklifi ola biləcəyinə şübhə etdiyini bildirdi, çünki Azərbaycan hər hansı koalisiyada yoxdur və KTMT-nin üzvü deyil.

«Ümumiyyətlə, Soçi görüşü göstərdi ki, xüsusilə ətrafda sabitliyin olmadığı şəraitdə Rusiya federasiyası və Azərbaycan respublikası rəhbərlərinin dünya siyasətində baş verənlərə baxışları üst-üstə düşür. Rusiya-azərbaycan münasibətləri sabit qalmaqda davam edir ki, bu da öz növbəsində, sevindirməyə bilməz», – deyə ekspert sözünə yekun vurmuşdur.

Aleksandra Zuyeva