Novruz bayramı ərəfəsində Azərbaycanda hamı yeni möcüzə, yeni bir həyat mərhələsi ümidilə yaşayır. Böyük bayram münasibətilə son çərşənbə axşamının tonqalları yandırıldı . Ənənəyə görə, insanlar Novruz gələnə qədər təmizlik işləri aparmalı və borcları ılə mütləq hesablaşmalıdırlar.

Novruz günlərində Bayram süfrəsi məxsusi olur: burada həm şəkərbura, həm paxlava, həm badambura, həm də qoğal və bir çox digər yeməklər olur, amma ən əsas yemək bayram plovudur. Adətə görə, masa üzərində hökmən «s» hərfi ilə yeddi ərzaq məhsulu olmalıdır (sumaq, süd, sirkə, səməni, səbzi və s.). Masa üzərinə, həmçinin güzgü, şam və boyanmış yumurtalar qoyurlar. Səməni — bayram şənliyinin vacib atributudur.

новруз байрам_Easy-Resize.com

Bakıda bayram tədbirləri paytaxtın mərkəzində —İçərişəhərdə Qız Qalasının yanında bayram tonqalı yandırmaqla başladı. Yaxınlarda yaranmış ənənəyə görə, tonqalı Azərbaycan prezidenti alışdırır. Sonra dövlət başçısı şəhər sakinləri qarşısında qısa nitq sölədi.

Düzdür, insanları müşahidə edərkən başa düşürsən ki, bütün mənalarda bu bahalı bayramın əsl mənası bir çoxları üçün anlaşılmazdır, ona hazırlıq isə sırf formal xarakter daşıyır.

Bu il Novruz azərbaycanlılara ötən ilkindən daha baha başa gələcək. Bu haqda Dalma Newsə İstehlakçıların hüquqlarını müdafiə cəmiyyətinin başçısı Eyyub Hüseynov bildirmişdir. Onun qənaətinə görə, dörd nəfərlik ailənin bayram xərcləri orta hesabla 160 manat təşkil edir ki, bu da ötən ilki məbləğdən 40 manat artıqdır. Belə bahalaşma bilavasitə milli valyutanın devalvasiyası ilə bağlıdır.

Hüseynov qeyd edib ki, dövlət bu sarsıdıcı qiymətlərlə əlaqədar vəziyyəti necəsə tənzimləmək üçün adekvat tədbirlər qəbul edə bilərdi.

«Hökumət Tarif şurası vasitəsilə rüsum və vergiləri azaltmaqla qiymətləri idarə edə bilər, ancaq bu tədbirlərə əl atmırlar. Və məmurlar yüksək qiymətlərlə mübarizəni də səylərini monopoliya və cəzalandırıcı sazişlərəin kökünün kəsilməsinə yönəltmək əvəzinə, kiçik və orta biznesi pressinqləməklə özlərinə məxsus tərzdə başa düşürlər»,- deyə o vurğuladı.

Эюб Гусейнов
Eyyub Hüseynov

Azərbaycan vətəndaşları bayram ərəfəsində qiymətlərin qalxmasını nəzərə alaraq, lazım olan hər şeyi əvvəlcədən tədarük etmək qərarına gəlmişlər. Xəzər TV-nin xəbər verdiyi kimi, Zaqatala, Xaçmaz və Qazaxdan olan qabıqlı fındığın bir kiloqramının dəyəri 7-8 manat, qabiqsızınki isə 15-20 manat təşkil edir. Təmizlənməmiş qozun kilosu maksimum 8 manat, qabiqsızınki isə 15-28 manatdır. Bir kilo badamın dəyəri 20, alma qurusununki isə – 9 manat qiymətindədir. Kilosu 14 manat olan qurudulmuş gilas və çiyələyə də böyük tələbat vardır. Kişmişin kilosu 6-10 manat, albuxara (qurudulmuş ağ gavalı) – 7 manat, qara gavalı – 12 manat, алча – 9 manat dəyərindədir.

Bazardaki necə deyərlər, qiymət özbaşınalığından aydın olur ki, bayram süfrəsi açmaq hamıya çətin ki, qismət olsun.

Lakin bununla yanaşı, Novruz günləri Azərbaycana turist axını bir ənənə olaraq artır. Əcnəbilər Azərbaycanın mədəniyyət və ənənələrəilə daha yaxından tanış olmaq, bayram əyləncə və şənlikləri əhval-ruhiyyəsinə qərq olmaq, milli Azərbaycan yeməklərini dadmaq istəyirlər.

Hər il olduğu kimi, bu il də Novruz bayramı günlərində Azərbaycan paytaxtı və regionları xarici turistləri fəallıqla qəbul etmişlər. Düzdür, tam qabarıq bir fərqlənmə ilə: ölkəni başdan-başa bu bayramın həmçinin ümummilli hesab edildiyi qonşu İrandan olan turistlər bürümüşdü. İran İslam Respublikasının (İİR) vətəndaşları xalq şənliklərində fəal iştirak etmiş, əyləncə mərkəzləri, kafe və restoranlarda olmuşlar.

«Novruz günlərində bir çox otel və mehmanxanalar sözün əsl mənasında, iranlı turistlərlə dolu idi », — deyə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov söyləyir. Onun sözlərincə, «İrandan gələn turistlər nəinki mehmanxanaları, həm də ictimai iaşə obyektləri — kafe, restoran, eləcə də, əyləncə mərkəzlərini bürümüşlər. Özü də İİR-dən olan qonaqların əksəriyyəti məhz Azərbaycan milli mətbəxinin kafe və restoranlarını seçmişlər. İranlı turistlərin Azərbaycana xeyli artan axınını seyr edərkən isə, həm də sanki «nəhayət, axır ki!» – deyə ucadan vurğulamaq istəyirsən. İran turistləri – bu, daxili turizmin elə istiqamətidir ki, bizim turizm agentlikləri, həm də elə bütün iqtisadiyyatımız üçün xeyli əhəmiyyətli və sabit gəlir istiqaməti ola bilər», – deyə Bağırov jurnalistlərə müsahibəsində bildirir.

AzTA rəhbəri Novruz bayramı dövründə Azərbaycana gəlmiş bəzi iranlılarla söhbət etməyə imkan tapmışdır. Məlum olmuşdur ki, seçimin məhz Azərbaycanın üzərinə düşməsinin əsas səbəbi manatın əcnəbilər üçün cəlbedici məzənnəsi olmuşdur.

«Azərbaycanın milli valyutası – manatın kursu il ərzində ABŞ dollarına nisbətdə əhəmiyyətli dərəcədə azalıb. Şübhəsiz, bu, xarici turistlər üçün Azərbaycana gəlməyi və alış-veriş etməyi daha cəlbedici eləmişdir. Ölkəmizə gəlmək sərfəli olmuşdur»,- deyə o qeyd etmişdir.

İranlı turistlərin ölkəmizə axınına yerli taksi sürücüləri də şaddırlar. «İranlılar Novruzda Bakıya gələndə bizim işimiz çox olur, amma bir şey pisdir — onlar bir qədər xəsisdir və sövdələşməyi  xoşlayırlar. Amma hər halda, turistlərin gəlişi işsiz olmaqdan daha yaxşıdır»,- deyə sürücü Rasim İran turistləri barədə fikirlərini Dalma Newslə bölüşmüşdür.

Eyni zamanda, azərbaycanlıların özləri daxili turizmi seçirlər, çünki, ötən illərdə olduğu kimi, onların Avropaya səfər etmək imkanları yoxdur.

«Daxili turizmə tələbat rekord vurur : əgər bir neçə il bundan əvvəl azərbaycanlılar Novruzu qeyd etmək üçün Avropa istiqamətini seçirdilərsə, indi onlar ölkədə qalırlar »,- deyə turoperator İlqar Mustafayev bildirdi. Onun fikrincə, bu iqtisadi problemlərlə bağlıdır.

Amma istənilən halda, Novruz azərbaycanlılar üçün ən əziz bayramdır, və onlar bu bayramı düz 9 qeyri-iş günü qeyd edəcəklər.

Hazırlayanı Məqsud Talıblı