Azərbaycan Mərkəzi Bankı (AMB) banklara borcu olan vətəndaşlarla bağlı hesabat yayıb. AMB yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin iyulun 1-nə olan məlumatına görə, Azərbaycanda kredit götürən şəxslərin sayı son bir ayda 21 min 758 nəfər artaraq, 2 milyon 456 min 517 nəfər olub.

Onların 2 milyon 423 min 077 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək, istehlakçılar, 11 049 nəfəri hüquqi şəxs, 22 391 nəfəri isə sahibkarlıq subyektləridir.

Zamin şəxslərin sayı isə son bir ayda daha 12 min 390 nəfər artaraq, 1 milyon 141 min 528 nəfər olub.

Qeyd edək ki, borc alanların sayı 2010-cu ildən bu yana 1 milyon 493 min 971 nəfər artıb.

Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.