Çoxsaylı kompaniyaların Ermənistanin faydalı qazıntılarına marağı sönmək bilmir və bir qayda olaraq daim investisiyaları artırıb təzə yataqları işə salmağın yeni variantları müzakirə edilir. Ötən ilin sonunda Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan bildirmişdi ki, Lydian International şirkəti Orion Mine Finance Resource Capital Funds maliyyə təşkilatları ilə Ermənistanda Amulsar yatağında qızıl hasili layihəsini maliyyələşdirmək üçün 325 mln dollar verilməsinə dair razılıq əldə etmişdir. Nazirin dediyincə, yatağ iki il ərzində işə salınacaq. Həmçinin Beynəlxalq maliyyə korporasiyası, eləcə də Avropa rekonstruksiya və inkişaf bankı vasitəsilə əlavə vəsaitlər cəlb etmək də nəzərdə tumulur. İnvestisiyaların ümumi həcmi 460-480 mln dollar təşkil edəcək ki, Çşmarityanın sözlərincə, bunun nəticəsində Ermənistanda hər il 12-14 mln ton qızıl hasil olunacaq. Hasilatın belə həcmi Ermənistanda qızıl külçələrin istehsalını iqtisadi cəhətdən məqsədyönlü və əlverişli edər.

Karen Çşmarityan
Karen Çşmarityan

“Bİz investisiya proqramlarının realizəsinə 2016-cı ilin yazından başlayacağıq. Tikintidə 1,5 minə yaxın adam çalişacaq. Qızıl və gümüşün emalına 60 mln dollaradək, texnoloji təchizata 80 mln dollar, yeni texnoloji axıdıcı xətlərin əldə edilməsinə 160 mln dollar yonəldiləcək”,- deyə o vaxt Çşmarityan demişdi. O qeyd etmişdi ki, istehsalat müasir texnologiyaların köməyilə təşkil olunacaq.

Amulsar qızıl yatağı Ermənistanın cənub-şərqində, Arpa və Vorotan çayları arasında, Amulsar dağında yerləşir. Dəqiqləşdirilmiş və ehtimal olunan ehtiyatlar 2,42 mln unsiya qızıl (75,26 ton) və 11,29 mln unsiya (351 ton) gümüş təşkil edir. Ölçülmüş və qiymətləndirilmiş resurslar 3,03 mln, proqnozlaşdirilanlar isə 201 mln unsiya qızıldır. Ltd Lydian International geoloji kəşfiyyat və qızıl hasilatı ilə məşğul olur. Kompaniyanın səhmdarları EBRD və İFC-dir.

Qeyd etməyə dəyər ki, Britaniyanın Lydian International şirkətinin layihəsi vaxtilə Ermənistanda Böyükbritaniya və ABŞ səfirlikləri tərəfindən fəal lobilləşdirilirdi.

014

İntəhası, yatağın işə salınması ekoloqlarda ciddi həyəcan doğurur. Onların sözlərincə, Amulsarın (Amuldağın) yarılması ətraf su hovzələri və Cermuk şəhərinin kurort potensialına ciddi xələl gətirər, həmçinin Sevan gölünün oksidləşmə təhlükəsinə gətirib çıxarar. Bununla belə, şirkətin rəhbərliyi bildirir ki, Amulsarda qələvidə toplu yuyulma (KV) metodu tətbiq ediləcək ki, bu tullantı ambarlarinin olmayacağını , digər texnologiyalar ilə müqayisədə kimyəvi maddələrin, o cümlədən sianidin (zəhərli qazın) daha az istifadəsini nəzərdə tutur ki,bu da onun cözlərincə, Daha bir üstünlük, onların fikrincə,-qapalı istehsalat dövrəsidir ki, onun sözlərincə, ağır metalların ətraf mühitə düşmə ehtimalını heçə endirir.

018

Ancaq bir sıra ekspertlər həmin bəyanatları uydurma hesab edirlər, çunki belə olan halda layihə sadəcə olaraq iqtisadi cəhətdən sərfəli olmayacaq. Onların sözlərincə, rentabelli fəaliyyətə çıxmaq yalnız bütün ekoloji tələblərə riayət etməmək yaxud natamam həcmdə riayət etmək halında mümkündür. Və kompaniya nümayəndələrinin dedikləri indiki halda dağ-mədən şirkətləri ətrafında neqativ fonu aradan qaldırmaq məqsədi daşıyır.

“Ekolur” qeyri hökumət təşkilatının rəhbəri İnqa Zarafyanın fikrincə, dünya təcrübəsi göstərir ki, yatağın açıq üsulla tədqiqi ekoloji baxımdan təhlükəsiz olmaya bilməz. Və deməli, dağ-mədən şirkətlərinin iddialari obyektivlikdən uzaqdır. “Amulsarda yataqların istismarı hökmən daha təhlükəli maddələrin – sink, vanadium, qurğuşun və radioaktiv materialların üst qata çıxmasına səbəb olar. Bundan əlavə, Amulsar Arpa və Vorotan çaylarının məcrasının başlandığı ərazidə yerləşir. Bunlar hələlik təmiz qalan yeğanə çaylardır. Yataqların işə salınması bu çayların ekoloji sisteminə ciddi ziyan vurar. Arpa çayının çirklənməsi isə müvafiq olaraq Sevan gölünün də kirlənməsinə gətirər”,- deyə Zafaryan VERELQ müsahibəsində bildirmişdir.

İnqa Zafaryan
İnqa Zafaryan

Turizm sahəsinə də xeyli zərər dəyəcək, belə ki, filiz yatağı bilavasitə respublikada əsas turizm zonalarından biri statusuna malik Cermuk şəhəri yaxınlığında yerləşir.

 

Həmçinin Cermukun mineral suları ilə nə baş verəcəyi də aydın deyil, belə ki, Amuldağ yatağının işə salınmasına yardım göstərən güclü partlayışlar neqativ geoloji dəyişikliklərə gətirib çıxara bilər.

Amulsarla yanaşı, yenə də Cermukun yaxınlığında yerləşən basqa bir yarımetal yatağın mümkün fəaliyyəti də təhlükəlidir. Geoloji kəşfiyyat işlərini burda Kanadanın Centerra Gold şirkəti aparmaq niyyətindədir. Kompaniyanın planları yaxınlıqdaki yaşayış məntəqələri sakinlərində narahatçılıq doğurmuşdur. Söz Vayots Dzor vilayətinin Qomk və Artavan icmalarından gedir.
İş burasındadır ki, “Kapuyt” (“Göy”) mədən təzahürü Qomk və Artavanın içməli su mənbəində yerləşir və yatağın istismarı zamanı bu mənbələrə böyük ziyan vurula bilər. Tədqiqatlar 2016-2018-ci illərdə 18,9 kv.m. ərazidə aparılmalıdır. Tədqiqatlar nəticəsində mədəndə qızıl, gümüş, sink, vismut, selen və tellurun həcmi müəyyənləşdiriləcək.

Açıq səhmdar cəmiyyəti “Sentera Mayninq” şirkəti Centerra Exploration B.V. şirkətilə maliyyə xətti vasitəsilə Centerra Gold şirkətinin qız müəssisəsidir. Öz növbəsində Centerra Gold şirkəti Qırğızıstanda Kumtar qızıl yatağının istismarı ilə məşğuldur ki, orda bu ölkə hökumətinin də payı var. Şirkət həmçinin Monqolstanda Boroo yatağını istismar edir, Türkiyə və Kanadada biznes-marağı var.Hərçənd hələlik tam qərar qəbul edilməmişdir, bununla belə işə başlanarsa, Cermuk faktiki olaraq çoxsaylı tullantı yerləri və quyularla əhatə olunacaq.

Bu konteksdə Ervənistan hakimiyyətinin hərəkətləri ən azı inciklik və təəssüf doğurur. Hökumətdə turizmin inkişafı , ölkəyə turist axınını artırmaq zəruriyyətindən yalnız tənbəllər söz açmır. Baş nazir Tiqran Sarkisyanın dövründə onun bəzən ağcaqanadlarla mübarizə kimi absurd proqramları realizə etmək məqsədilə büdcədən on milyonlarla dollar ayıraraq vaxtilə Cermuku az qala regional turizm mərkəzi elan etməsi yaxşı xatırlanır.

Cermukun gözəllikləri
Cermukun gözəllikləri

 

Su səthi – Cermuk
Su səthi – Cermuk

 

Cermukda isti bulaq
Cermukda isti bulaq

Turizm Sarkisyandan sonra da “prioritetli” istiqamət olaraq qalmışdı. Lakin o vaxt olduğu kimi sahənin möhkəmlənməsi və ekoloji sistemin inkişafı üzrə real və səmərəli addımlar əvəzinə, ölkə rəhbərliyi xarici şirkətlərə Ermənistanın ekologiyasına böyük ziyan vuraraq qızıl sorağında ölkənin yeraltı sərvətlərini rəhmsizcəsinə istismar etməyə yol verir. Və bugünki “neokolonizatorların” fəaliyyətinin nəticəsi kimi, Ermənistanın bir çox vilayətlərində — Sünik, Lori və Tavuşda gözəl təbiət mənzərələrini udub həzm edən, seysmik təhlükəni artıraraq hər şeyi zəhərləyən çoxlu tullantı yerlərinə rast gəlmək olar. Bütövlükdə, ölkədə 15 iri tullantı ambarı var. Bundan əlavə, 500-dək yataq fəaliyyət göstərir, 300-ü isə formalaşma mərhələsindədir. Amulsar yatağı asan qazanc naminə ekosistemlərı məhv etməyin, yerüstü və yeratlı suların tullantılarla cirklənməsinin yalnız bir nümunəsidir. Çox vaxt çirkli su suvarma və yuma məqsədılə istifadə olunur. Nəticədə ağır metallar kənd təsərrüfatı bitkiləri və digər məhsullara keçərək qida zənciri vasitəsilə insanların orqanizminə daxil olaraq müxtəlif xəstəliklərin yaranma səbəbınə dönür.

Ekoloqların fikrincə, tez varlanmaq marağında olan hökumət üzvlərinin özləri bu ağır vəziyyəti aradan qaldırmaq üzrə real tədbirlər görə bilmir və istəmirlər. Hökumətin dağ-mədən biznesi üzrə qərarları dövlət və cəmiyyətin deyil, mütəsna olaraq təsərrüfat subyektlərinin maraqlarından irəli gəlir. Həmçinin qeyd etmək lazımdır ki, investorlar ekoloji normalara təkcə Ermənistanda riayət etmirlər, ancaq məsələn, elə Kanadanın özundəki həmin şirkətlər ekologiya sahəsi qanunun bütün tələblərinə əməl edirlər. Ermənistanda iqtisadi tərəqqinin perspektivləri haqqında və “Amulsarın uğuru — Ermənistanın uğurugur” kimi bəyanatlar isə ölkənin milli sərvətinə soyğuncu münasibətə bəraət qazandırmaq məqsədi daşıyan demoqogiyadan başqa bir şey deyil.

Həmçinin az əhəmiyyət kəsb etməyən bir məqam da vardır — respublikada fəaliyyət göstərən gağ-mədən şirkətləri tullantı və filiz qalıqlarının yerləşdirilməsi üçün vergi ödənişndən tam azad olunmuşlar. Bir çox ekspertlərin qənaətinə görə, əgər onlara vergi qoyulsaydı, onun həcmi yüz milyonlarla avro təşkil edərdi ki, bu da kompaniyaların hər il ödədikləri vergi və haqların hamısından çox olardı. Gəlirin çox hissəsi offşor şirkətlərə, o cümlədən Ermənistanın onların arxasinda gizlənən və birbaşa səylərilə bu soyğunçuluğu təmin edən qanun və hökumət qərarlarının qəbul edildiyi yüksəkrütbəli məmurları və müxtəlif beynəlxalq maliyyə taşkilatlarına çatır.

İndiki halda həmçinin yeni iş yerlərinin yaradilmasına dair bəyanatlar da belə bədxahlığa bəraət qazandıra bilməz. Milli statistika xidmətinin məlumatına əsasən, dağ sənayesi sahəsində 10 mindən az adam məşğuldur. Ölkənin ÜDM (ümumi daxili məhsul) strukturunda bu sahənin payı təxminən 5% təşkil edir. Həmçinin belə bir faktı qeyd etmək lazımdır ki, bu sahədə əldə olunan 95%-dək nəticə artıq çoxdan istismar edilən 5-6 iri yataq tərəfindən təmim olunur. Burdan belə çıxır ki, yeni yataqların kəşfi məşğulluq sahəsində və ya ÜDM-un formalaşdirilmasındaki durumu keyfiyyətlə dəyişməyə qadir deyil. Bu gün Ermənistan faktiki olaraq başqa ölkələrin faydalı qazıntılar və xammalının eksportyoruna dönmüşdür. Və təəssüf ki, bu vəziyyəti düzəltmək hələlək qeyri mümkün görünür.

Aşot Safaryan xüsusi olaraq Dalma News üçün