Cari il Azərbaycanda Multikulturalizm ili elan olunmuşdur. Prezident İlham Əliyevin sözlərincə, multikulturalizm ideyaları dövlətin böyük dəstəyini qazanaraq respublikada getdikcə güclənir.

Təşəbbüs müxtəlif beynəlxalq təşkilatlar və ictimai xadimlər, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan prezidentinin 2016-cı ili multikulturalizm ili elan etməsi hər şeydən əvvəl humanist məqsədlər güdür. Bildiyimiz kimi, regionda xeyli sayda adam DAİŞ (İŞlD) agentlərinin təsiri altına düşərək nəticədə öz doğma ölkələrini tərk edib bu yalançı terror dövlətinə qoşulur.

DAİŞ təhlükəsilə yanaşı, bu gün Yaxın Şərqdə İran (sərhədyanı ölkə) və Səudiyyə Ərəbistanının simasında şiə-sünni təhlükəsi də mövcuddur. Azərbaycanda həm sünni , həm də şiələrin yaşadığını nəzərə alaraq, bu, hətta onların bütün tarix boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb Azərbaycanın dövlətçiliyini birlikdə möhkəmləndirmələrinə baxmayaraq, ölkədə müəyyən gərginlik doğura bilər.

Bununla əlaqədar ötən həftə Azərbaycanda həmrəylik namazı qılınmışdır ki, orda həm sünni , həm də şiə məzhəbindən olanlar iştirak etmiş və bununla bir daha nümayiş etdirmişlər ki, onlar hər hansı fikir ayrılığı olmadan birgə yaşaya, işləyə və ibadət edə bilərlər. Və bu gün bu, bir millət olub, ancaq təəssüf ki bir –birilə düşmənçilik edən şiə və sünnilərin yaşadığı bir çox ölkələrə nümunə ola bilərdi.

Regiona yuxarıda göstərilən təhlükə amillərinə görə İlham Əliyev multikulturalizmin sütunlarını təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda möhkəmlətmək təşəbbüsü ilə çıxış etmişdir. Region qarşısındaki təhlükə və çağrışların işığında, həm də Qərbin hələ keçən əsrin 90-cı illərində islam kartını işəsalma cəhdi fonunda belə addım zəruri idi.

Rövşən İbrahimov
Rövşən İbrahimov

Politoloq Rövşən İbrahimov Dalma Newsə Azərbaycanda multikulturalizm (çoxmədəniyyətlilik) mövzusunu şərh edərkən bildirmişdir ki, Azərbaycan Qərb və Şərq, islam və xristian mədəniyyətlərinin yol ayrıcında yerləşir.

“Regionda öz rəngarəng etnik kaloritilə tanınan , öz ərazisində öz mədəni irsini saxlamaqla yanaşı, öz aralarında incə sosial tellərlə bağlı olmaq ilə az ölkə fəxr edə bilər. Bu təcrübəni saxlamaq, möhkəmlətmək və öyrənmək üçün bütün dünya birliyinə təqdim etmək lazımdır”, – deyə politoloq vurğulamışdır.

İsrailin “İctimaiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının sədri Arye Qut bildirmişdir ki, Azərbaycan rəhbərliyi 2014-cü ildə iki institut yaratmışdır ki, onların işi dövlətin etnik və dini tolerantlıq qarantı kimi rolunun möhkəmlənməsinə yönəlmişdir.

“Millətlərarası məsələlər, multikulturalizm və din məsələləri üzrə dövlət müşaviri vəzifəsi birinci institut olmuşdur ki, onu görkəmli Azərbaycan alimi, akademik Kamal Abdulla tutmuşdur. Bakı beynəlxalq multikulturalizm mərkəzinin təsisi isə ikinci qərar olmuşdur ki, onun əsas fəaliyyət istiqaməti mədəniyyətlərarası dialoq və humanitar məsələləri irəii çəkməkdir “,- deyə o bildirmişdir.

Arye Qut
Arye Qut

Ekspert həmçinin əlavə etmişdir ki, əhalinin əksər hissəsini şiə müsəlmanlar təşkil etsə də, Azərbaycan həmçinin müxtəlif din və etnik qrup məsləkdaşlarının vətənidir.

“Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq həmişə olmuşdur. O faktı qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmamış, yəhudilər burda özlərini heç vaxt əcnəbi hiss etməmişlər”,- deyə Qut bildirmişdir.

“Bir İsrail vətəndaşı və İsrail qeyri-hökumət təşkilatının başçısı kimi, qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasına hər cür yardım göstərir.

Qədim Krasnaya Sloboda qəsəbəsi yəhudilərin dünyada kompakt yaşadığı yeganə və nadir yerdir ki, o, sözün əsl mənasında Azərbaycanın fəxridir. Krasnaya Slobodada müşahidə olunanlar Azərbaycanda dini məzhəblərin — müsəlman və yəhudilərin sıx əməkdaşlıq və tərəfkeşliyinin nəticəsidir.

Bu gün bizdə bu qəddar dünyaya müxtəlif dindən olan insanların bir-birlərini necə sevib hörmət edə bilmələrinin real və orijinal nümunəsi vardır. Əminəm ki, Krasnaya Slobodanın yəhudi əhalisi Azərbaycanda multikulturalizm modeli kimi mövcudiyyətini davam etdirəcək”,- deyə İsrail eksperti qeyd etmişdir.

Nicat Hacıyev