Ekspertlər bir səslə karantinin boşanmaların, məişət zorakılığının və demoqrafiyanın artmasına səbəb ola biləcəyini bildirirlər. Artıq ailə cütlükləri sosial şəbəkələrdə etiraf edirlər ki, uzunsürən izolyasiya onlar üçün ciddi möhkəmlik və davamlılıq sınağına dönmüşdür. Dalma News psixoloq, Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya kafedrasının müəllimi Nigar Gadaşova ilə Azərbaycanın boşanmaların və məişət zorakılığı ilə üzləşib-üzləşməyəcəyi barədə danışmışdır.

— Ekspertlərin karantindən sonra Azərbaycanda və istənilən başqa ölkələrdə uzun müddət birgə vaxt keçirmələrlə əlaqədar boşanmaların çoxalma ssenarisi özünü nə dərəcədə doğruldur?

— Bu mövzuda söhbətlər Çinin müxtəlif əyalətlərində karantin rejiminin zəifləməsi müqabilində boşanmaların artmasından sonra başladı. Xəbərləri həm xarici, həm də bizim yerli KİV fəal şəkildə yayıb hallandırırdılar. Bunun ardınca Azərbaycanda Çin ssenarisini proqnozlaşdırmağa başlamışlar.

Əslində, heç də hər şey KİV-də yazıldığı qədər kədərli deyil. Kifayət qədər səthi aparılan tədqiqatlarda karantinin elan edildiyi anda münasibətləri COVİD-19-un yayılmasından çox əvvəl çat vermiş bir çox cütün müxtəlif səbəblərdən nikahın pozulması üçün müraciət edə bilməməsi nəzərə alınmır.

Deməli, karantinin başa çatmasından sonra nigahın pozulması üçün müraciət edən bütün ailə cütlüklərinin təcrid olunma zamanı birləşə bilmədiklərini iddia etmək düzgün deyil. Təbii ki, karantin dövründə müxtəlif yollarla getməyin daha yaxşı olduğunu başa düşən ailələr bu cütlərin sayına əlavə olunacaq. Buna görə də, aydındır ki, ölkənin karantindən çıxmasından sonra boşanmaların statistikası əvvəlki illərin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artacaq, çünki, hazırda Azərbaycanda nikahların bağlanma və pozulmasının qeydə alınması müvəqqəti olaraq dayandırılmışdır.

Bundan başqa, unutmaq lazım deyil ki, statistika tez-tez bərabərləşir. Yəni, əgər bu il boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artarsa, onda gələn il tənəzzülə uğrayacaq.

— Əgər təcridolunma dövründə onlar üçün ayrılmağın daha yaxşı olduğunu anlayan ailə cütlüklərindən danışsaq, onlardan kim daha çox risk edir — cavanlar, yoxsa artıq balaca uşaqları olan cütlüklər?

— Düşünürəm ki, yeni gələn şəxslər risk zonasında daha az dərəcədə olurlar, çünki adətən birgə həyatın ilk aylarında gənc cütlüklər vaxtlarının çoxunu birlikdə keçirməyə şaddırlar və üstəlik, onlar məişətdə artıq bir-birlərini tanıyırlar. Necə deyərlər, çiyinlərinin arxasında 20-30 il birgə həyat olan yaşlı nəsil çətin ki, nikahın pozulmasına növbəyə dursun. Belə cütlər həyat

yoldaşlarının pis vərdişləri və ya xüsusi təbiəti ilə uyğunlaşmışlar, odur ki, izolyasiya onların münasibətinə təsir göstərməyəcəkdir.

Beş-doqquz il nikahda yaşayan cütlər risk zonasındadırlar. Birincisi, bu, ailə üçün böhran yaşıdır. İkincisi, yetkinlik yaşına çatmayan uşaqların olması boşanma şansını artırır. Məktəb və uşaq bağçaları bir aydan çoxdur ki, bağlanıb, odur ki, valideynlərin üzərinə çoxlu vəzifələr düşüb: ev-ofis rejimində işləmək, uşaqlara qulluq etmək, onlara ev təhsili təşkil etmək, məktəbdən aldıqları tapşırıqların yoxlanılması, həmçinin təsərrüfatın aparılması. Təbii ki, bunun fonunda ailələrdə stressin səviyyəsi və depressiya riski artır. İstənilən hər hansı bir səbəbdən mübahisə və qalmaqallar yarana bilər. Məsələn, uşaqların tərbiyəsi, ev işləri,yır-yığış edən və yemək hazırlayan qadınlar ərlərindən kömək istəməyə və vəzifələrinin bir hissəsini onların çiyinlərinə köçürməyə başlayacaqlar. Həyat yoldaşı karantin dövründə öz ailəsinin həyatında iştirak etməməyi davam etdirərsə, bunun gündən-günə artacaq və boşanmağa səbəb ola biləcək bir qalmaqala gətirib çıxaracağını təxmin etmək çətin deyil.

Nigar Gadaşova

— Boş vaxtın çox olduğu şəraitdə, bir çox cütlər öz vaxtlarını kompüter və telefonlara qapılmaqla keçirirlər. Ailə həyatı üçün bu nə qədər dağıdıcıdır?

— Əgər belə vaxt keçirmə hər iki tərəf-müqabili təmin edirsə, onda burada heç bir problem yoxdur. Partnyorlardan biri ünsiyyət qurmaq və ya ev işləri ilə birgə məşğul olmaq istəyirsə, digəri isə öz telefonundan ayrılmaq fikrində deyilsə, bu, qalmaqallara gətirib çıxara bilər. Amma bu o demək deyil ki, ər-arvad səhərdən axşama qədər bir-birinin ardınca kölgə salmalıdırlar. Hər birinin şəxsi məkana və şəxsi vaxta haqqı olmalıdır. Yalnız ərin və ya arvadın istəkləri ilə yaşamaq olmaz. Kompromislər axtarmaq lazımdır.

— Bu yaxınlarda BMT rəhbəri bildirib ki, karantin dövründə evdə zorakılıq hallarının qlobal artımı müşahidə olunur. Azərbaycanda bu sahədəki vəziyyətin necə olduğunu deyə bilərsinizmi?

— Hələlik bu barədə rəsmi məlumat yoxdur, odur ki, ölkəmizin daxilində problemin miqyasını açıqlamaq çətindir. Aydındır ki, bəzi ailələr üçün karantin bir növ əsl davamlılıq sınağı və testi olacaq. Həyat yoldaşlarından birinin – əsasən ərin tiran, yaxud alkoqol asılılıqla problemləri olan ailələr varsa, belə ailələr risk qrupundadır. Belə insanlar karantindən əvvəl də aqressiv davranırdılar və izolyasiya onların davranışlarını daha da kəskinləşdirmiş oldu. Əgər əvvəllər abyuzerlər öz enerjisini toplayaraq yorulmadan evə qayıdardılar, mütəmadi olaraq qalmaqallar yaratmağa qadir deyildilərsə, onda təsəvvür edin ki, indi, onlar gecə-gündüz eyni mənzildə olmaq məcburiyyətində qalanda nə baş verir. Bundan əlavə, qazancın itirilməsi zəminində onlar təcavüzlərini öz ailələrinə tətbiq edə bilərlər.

Həyat yoldaşının spirtli içkiyə asılılığı olan ailələrə gəldikdə, hər şey aydındır. Şərab-araq mağazaları bağlanır, əvvəllər içmək mümkün olan kafe və pablar da müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb və indiki şəraitdə alkoqol üzərində işləyib pul qazanmaq demək olar ki, mümkün deyil.

Ümumiyyətlə, hesab edirəm ki, ev zorakılığı ilə üzləşən ailələrin sayı ümumi statistikada artmayacaq. O başqa məsələdir ki, əvvəllər bunun baş verdiyi ailələrdə psixoloji təzyiq və əl qaldırma halları çoxalır. Təəssüf ki, zorakılığın qurbanları bu haqda heç də həmişə yaxınlarına bildirmirlər ki, bu da onların vəziyyətini pisləşdirir, çünki tiran anlayır ki, öz hərəkətlərinə görə cəza almayacaq və ailəsini dolandırmaqda davam edir. Ona görə də məsləhət görürəm ki, ev zorakılığı ilə rastlaşan və ya onun şahidi olan hər kəs hüquq-mühafizə orqanlarına zəng vursun.

— Optimist ekspertlər hesab edirlər ki, təcridin digər tərəfi demoqrafiyanın artması ola bilər. Karantindən sonra doğum sayının artımını gözləməyə dəyərmi?

— Bu, tamamilə realdır. Amma mən məsləhət görərdim ki, uşaq məsələsini işə salmazdan əvvəl, ailə cütlükləri maliyyə böhranı və qeyri-sabitlik dövründə uşaqlara lazım olan hər şeyi verə biləcəkləri barədə ciddi düşünsünlər. Xüsusilə çoxuşaqlı ailələr. Çünki indi müşahidə olunan iqtisadi tənəzzül bir neçə il çəkə bilər, ona görə də bu məsələyə səmərəli yanaşmaq lazımdır.

Qeyd edək ki, son məlumatlara görə, 2020-ci ilin üç ayı ərzində Azərbaycanda 12 300-dən artıq nikah həyata keçirilmişdir. Eyni zamanda, hesabat dövründə təxminən 4 min boşanma qeydə alınıb. AR Ədliyyə Nazirliyinin məlumatına görə, yanvar ayında boşanmaların sayı 1467, fevral ayında 1493, mart ayında isə 980 təşkil etmişdir.

İradə İmanova