Pandemiya miqyasında dünyanı bürümüş koronavirus infeksiyasının sürətlə yayılması ayrı – ayrı vətəndaşların deyil, ümumiyyətlə bütün bəşəriyyətin adi həyat tərzini dəyişdi. Bu gün pandemiyanın zamanı «əvvəl» və «sonraya» böldüyünə, dünyamızın artıq heç zaman əvvəlki kimi olmayacağına dair fikirlər getdikcə daha tez-tez səslənir.

Həqiqətən də, son aylarda şahidi olduğumuz hadisələrin inkişafı əmin edir ki, yeni qlobal, gözlənilməz və məkrli təhlükə heç kimə üstünlük verib fərq qoymur, rütbə, status və regaliyalara baxmayaraq, onun qarşısında hamı bərabərdir.Təcrübə göstərdi ki, heç bir, hətta ən qüdrətli dövlət belə, bu çağırışa təkbaşına effektiv və səmərəli müqavimət göstərə bilməz.

Bu vəziyyət yeni dövrün vacibliyi və imperativilə diqtə olunur : biz dünya üzərindəki təhlükəyə yalnız birləşərək qalib gələ bilərik. İndi bizim fikirlərimizdə, sözlərimizdə və hərəkətlərimizdə nizam-intizam, fərdi məsuliyyət hissi, ona xüsusilə ehtiyacı olanlara qarşılıqlı anlaşma və kömək həmişəkindən daha çox lazımdır. 

Göstərilən xeyirxahlıq və diqqət haqqında daha çox tarixçələr, yaxşılıq etməyə çalışan insanlar barədə hekayələr – pandemiya dövründə volontyor fəaliyyətinə video- reportajlar formatında başlayan «Şimal-Cənub» Dobro Vokrug politologiya mərkəzinin yeni layihəsinin məqsəd və mənası belədir.

Video müsahibənin qəhrəmanları – Rusiya və Birlik dövlətlərinin (Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) könüllüləri, bu gün “ön cəbhədə” koronavirus ilə mübarizə aparanlar, öz fəaliyyətlərilə dövlətlərə hazırda aktual məsələlərin həllində kömək edən, insanlara isə vaxtında lazımi, bəzən həyat əhəmiyyətli yardım və dəstək almağa yardım göstərənlərdir.