Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyası tərəfindən 2016-cı ilin 31 avqust – 3 sentyabrında Enerji İqtisadiyyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya Konfransı paytaxt Bakıda baş tutacaq.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin Direktoru Gürkan Kumbaroğlu bununla bağlı görüşüb.

Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və sair kimi təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu, Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan və Azərbaycanda keçirilməsi planlaşdırılan ilk beynəlxalq tədbirlərdən biridir.

Tədbirdə 200-ə yaxın dövlət, özəl və akademik dairədən nümayəndələrin iştirakı nəzərdə tutulub.