Azərbaycan prezidenti İlham Əliyev yeni Bakı beynəlxalq dəniz ticarət limanının ərazisi də daxil olmaqla Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər haqqında sərəncam imzalamışdır.

İqtisadiyyat nazirliyinə “Bakı beynəlxalq dəniz ticarət limanı QSC” ilə birgə altı ay müddətində Azərbaycan Prezidentinə yeni Bakı beynəlxalq dəniz ticarət limanının ərazisi də daxil olmaqla Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması üzrə müvafiq informasiya ilə bərabər təkliflər təqdim etmək tapşırılmışdır.

Limanın baş direktoru Taleh Ziyadov bildirib ki, Bakı beynəlxalq dəniz ticarət limanı ərazisində azad ticarət zonasının yaradılması onu böyük nəqliyyat-logistika mərkəzinə çevirəcək.

Onun sözlərincə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncam limanı xaba çevirmək strategiyasının tərkib hissəsidir. Lazımi hüquqi baza xarici ekspertlərin cəlb edilməsi ilə altı ay ərzində hazırlanacaqdır.

Azad ticarət zonası artıq gələn il tam gücü ilə işləyəcək və Bakı beynəlxalq dəniz ticarət limanını Dubay, Sinqapur, Honkonq və Şanxay timsallı ən iri nəqliyyat-logistika mərkəzlərindən birinə çevirəcək.

Azad ticarət zonası limanının 400 hektarlıq ümumi sahəsinin 100-150 hektarlıq meydanında yaradılacaq, gələcəkdə isə o, limanın bütün ərazisi boyu genişləndirilə bilər.

Bakının porto-frankoya (ital. porto franco — azad,pulsuz port) çevrilməsi — port və ya onun müəyyən hissəsi, malların gömrüksüz idxal və ixrac hüququndan istifadə edən porto- franco zonası. Porto-franko (dövlətin gömrük ərazisi tərkibinə daxil deyil) azad ticarət zonasının səmərəliliyinin sübutu müqabilində həyata keçiriləcək.

Hazırda liman ərazisində yeni liman tikintisinin birinci dövrünün ikinci mərhələsi həyata keçirilir ki, o, gələn ilin sonuna qədər tam başa çatdırılacaq.

Yeni beynəlxalq limanın tikintisi 2010-cu ilin noyabrında başlanmışdır. O, Bakıdan 65 km cənubda , Ələt qəsəbəsində yerləşir. Yeni beynəlxalq dəniz limanının tikintisi 3 mərhələdə həyata keçirilməklə 2015-ci ildə başa çatdırılmalıdır
Layihənin birinci mərhələsi konteynerlərin, “ro-ro” gəmi növü və adi (universal) yük gəmilərinin qəbulu üçün 2 bərə, 3 yük körpüsü tikintisini nəzərdə tutur. Layihənin ikinci mərhələsi daha 3 yük körpüsü, üçüncü mərhələsi isə əlavə 2 yük körpüsü tikintisini nəzərdə tutur. Port ildə 11,6 milyon tona qədər yük qəbul edə biləcək.

project42_313

Ötən il ümumilikdə liman üzrə konteynerlərin sayı 2013-cü illə müqayisədə 118% artaraq, TEU ekvivalentində 13 min 307-ə çatmışdır. 2015-ci ildə Bakı limanının xidmətlərindən faydalanan sərnişinlərin sayı keçən illərlə müqayisədə 10% artaraq 10 min 707 nəfər təşkil etmişdir. 2015-ci ildə Əsas yük terminalında tranzit yüklərin həcmi ümumi yük dövriyyəsinin 46%-nə bərabər olmuşdur.

Əgər 2014-cü ildə Bakı limanına keçirilmiş tranzit yüklər ümumi yük dövriyyəsinin cəmi 2% – ni təşkil edirdisə, hazırda bu göstərici 85% – dir. 2015-ci ildə bütövlükdə limandan 3 milyon ton yük keçmişdir, proqnozlaşdırılır ki, 2016-cı ildə bu rəqəmin həcmi 6 milyon tonu ötəcək. Görülən işlərin nəticəsidir ki, 2015-ci ildə port Azərbaycan büdcəsinə 4 milyon manatdan artıq vəsait köçürmüşdür.

Port Bakı-Tbilisi-Qars dəmir yolu ilə əlaqədə olacaq. Bakı Mərkəzi Asiya ölkələri üçün “Qərbə açılan qapı” ola bilər və Asiyadan Avropaya “İpək yolu”nun mühüm logistika mərkəzinə dönər. Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Tacikistan. Bu layihəyə böyük maraq göstərməyə başlayıblar.
Azərbaycan həmçinin türk yük daşınmalarını da öz infrastrukturuna yönləndirib bağlamaqla türk ölkələri üçün nəqliyyat xabı və mühüm аrteriya olmağa çalışır. 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan ərazisi vasitəsilə Türkiyədən Mərkəzi Asiyaya 1582 yük avtomobili göndərildi ki, bu da ötən ilin analoji dövrünün göstəricindən 7,3 dəfə çoxdur. Ötən ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı marşrutu üzrə 215 yük furu göndərilmişdi.

Buna səbəb Azərbaycan ərazisindən yükdaşımalarının qaydalarının sadələşdirilməsi, o cümlədən, daşıma xərclərinin 40% enməsi olmuşdur. Gürcüstanla vahid tarif üzrə prinsipial razılığa nail olunması həmçinin dəhlizin rəqabət qabiliyyəti və cazibəsini artırır. İri tonnajlı avtomobillərlə Aktau və Türkmənbaşı limanlarına yükdaşımalarinın xərcləri təxminən 40 %-dir. Xarici daşıyıcılar üçün xərclərin azaldılması Qazaxıstanın Aktau və türkmənlərin Türkmənbaşı limanına yollanan yük nəqliyyatı üçün tranzit prosedurlarının sadələşdirilməsi və tariflərin aşağı salınması hesabına baş vermişdir.

Bundan başqa, Bakı və Bakı-Tbilisi-Qars dəmir yolunun lоgistik imkanlarına Əfqanıstan da böyük ümidlər bağlayır. Əfqanıstan həmçinin istifadəsi region ölkələrinin inkişafı, daşımaların həcminin artırılması və təhlükəsizliyinin təmin olunmasına kömək edəcək bu dəmir yolu qoluna maraq göstərir. Əfqanıstan Türkmənistan ərazisi və Xəzərin Türkmənbaşı limanı vasitəsilə Türkiyəyə , Qara dəniz və Aİ-na çıxmaq üçün Azərbaycanın tranzit imkanlarından istifadə edə bilər.

Beləliklə, Şərq-Qərb layihəsinin (Bakı-Tbilisi-Qars dəmir yolu, və Bakı yaxınlığında yeni limanın tikintisi, Ələtdə AİZ yaradılması) həyata keçirilməsindən sonra, Azərbaycan neft-qaz sahəsindən birtərəfli asılılığı azaldıb, iqtisadiyyatın strukturunu dəyişdirməklə, sırf eksportyönlü modeldən nmtina edərək ixrac-tranzit modelinə yan almaqla nəqliyyat şəbəkəsi, dəhlizlərinin yolayrıcına çevriləcək.

Hazırlayanı Anar Mənsurov