Yaxın gələcəkdə – bu ilin avqustunda, gürcü bazarında yerli istehsaldan olan ilk televizor meydana çıxacaq. Bu layihə gürcü və azərbaycanlı mütəxəssislərin çoxillik birgə əməyinin məhsuludur. Televizorların istehsalı ilə 2014-cü ildə AG-Telekom şirkəti tərəfindən Rustavi şəhərində əsası qoyulan elektron malların istehsalı üzrə AG Microelectronics zavodu məşğul olacaq. Layihəyə birgə Gürcüstan-Azərbaycan investisiyaları qoyulmuşdur.
Mütəxəssislərin sözlərincə, televizorlar AG(zavodun adı) brendi altında istehsal ediləcək.Bu, təkcə televizorlar deyil, çünki içərisində bir neçə resiver qurulub: digital, eləcə də peyk antennaları üçün qəbuledici. İlk mərhələdə televiziorlar Gürcüstanda satılacaq, lakin gələcəkdə istehsalçılar məhsullarını ixrac etməyə ümid bəsləyirlər. Şirkətin məlumatına görə, ilk 1200 televizor sınaq üçün nəzərdə tutulmuş və gürcü bazarına çıxarılacaq, sonrakı partiya isə Azərbaycanda da satılacaq. Bundan əlavə, Avropa bazarına cıxmaq ətrafında danışıqlar aparılır, başqa sözlə, şirkət müvafiq sertifikat aldığı halda AG televizorlarının Avropaya tədarükü planlaşdırılır

81 santimetrilik diaqonala malik AG televizorunun qiyməti 195 dollar, 102 santimetriliyinki isə 300 dollar təşkil edəcək.

387_42734_229936_el2Müasir texnologiyalarla təchiz olunmuş AG Micrəelectronics müəssisəsinə iki il əvvəl Gürcüstanın o vaxtki baş naziri İrakli Qaribaşvili baş çəkmiş və istelısalata yükcək qiymət verərək qeyd etmişdir ki, gürcü bazarında Azərbaycan investisiyalarının səviyyəsi çox yüksəkdir. Bas nazir inamla demişdir ki, müəssisənin məhsulu tanınmış brendlərə layiqli rəqabət təşkil edə bilər. Onun sözlərincə,müəssisədə həmçinin elektronçu mütəxəssisləri təmsil edən yerli gənclər də işlə təmin olunmuşlər. Elə o vaxt Qaribaşvili bildirmişdi ki, bu sahənin inkişafı hökumət üçün prioritet təşkil edir və bu məqsədlə mühəndis ixtisasları barkalavriatının tam maliyyələşdirilməsi gedir…

Qaribaşvili həmçinin bildirmişdir ki: “ Mən əminəm ki, gürcü istehsalı keyfiyyətinə görə başqalarından heç nə ilə geri qalmır. Biz həmişə lazimi səviyyədə olmuşuq, bu gün isə bizim üçün gücü birlikdə olan ölkə olduğumuzu dünyaya sübut etmək xüsusilə vacibdir. Bİz bunun hesabına qalib gələcəyik!

Müasir texnologiyalarla təchiz olunmuş AG müassisəsi məişət texnikası, rəqəm serverləri, smartfonlar, planşet kompüterlər, elektron planşet dərsliklər və xüsusi hərbi təyinatlı texnika istehsal etmək niyyətindədir. AG-Telecom şirkətinin direktoru Mixail Qlontinin açıqladığı kimi, bu gün artıq Gürcüstan – Azərbaycan kompaniyasının təqdim etdiyi, Rustavi zavodunun istehsalını maliyyələşdirən eyniadlı kabel televiziyası mövcudur.

Bundan əlavə, “Gürcüstanda istehsal et” gürcü dövlət proqramı müəyyən müddət ərzində müəssisənin inkisafında iştirak etmiş, ancaq sonradan layihəni maliyyələsdirməkdən imtina etmişdir. Müəssisə həmin proqram üzrə 2 mln. dollar həcmində investisiya almışdır. Şubhəsiz “Gürcüstanda istehsal et” proqramının müəssisənin inkişafında əvəzsiz xidməti olmuşdur, lakin bəzi fikirayrılıqları da yer tapmışdır. Mixail Qlonti bu movzunu belə şərh etmişdir:

Müəssisə artıq özünü doğrultduğu vaxt dövlət 20%-dən 80%-dək tələb etdi. Əsas vəsaitlərin belə yükcək təqsim faizi şirkəti təmin etmirdi. Xammal almaq üçün bizə müəyyən məbləğ lazım idi. Ancaq onu bizə verməkdən imtina etdilər, belə ki, banka xammal almaq üçün deyil, əsas vəsaitlər əldə etməyə kredit vermək sərfəli idi. “Gürcüstanda istehsal et” proqramı ilə müəssisəni maliyyələşdirmə şərtləri 80% yeni əsas vasitələr almağı nəzərdə tutur. Nəticədə biz yenə də xammalsız qaldığ. Təbii ki, işin belə qoyuluşu bizi təmin etmirdi.

10694262_790043294474122_1907396628076716362_oYaxın keçmişdə müəssisəyə baş nazirin birinci müavini və enerji naziri Kaxi Kaladze baş çəkmişdi. Səfər zamanı o, enerjieffektli (LED) lampaların istehsal prosesi ilə tanış olmuş və bildirmişdir ki, bu, Zaqafqaziya regionunda Gürcüstan və Azərbaycan biznesmenlərinin birgə investisiyaları ilə tikilmiş ilk mikroelektron müəssisədir. Layihənin realizəsinə 3 mln. dollar vəsait qoyulmuşdu. “Gürcüstanda istehsal et” dövlət proqramı çərçivəsində həmçinin istehsalatın genişləndirilməsinə 167 min dollar ayrılmışdı.

Qeyd edək ki, hazırda müəssisədə 50 nəfər çalışır, əmək şəraiti və haqqı müasir tələblərə cavab verir. Zavodun özu 2015-ci ilin oktyabrında işləməyə başlamış və bu gün ayda 20 minədək müxtəlif gücə malik enerjieffektli lampalar buraxır. Həmin məhsul yerli bazarda tam realizə edilir. Yaxın gələcəkdə istehsalatın genişləndirilməsi planlaşdırılır. Nəticədə lampaların istehsalı 1milyonadək artırılacaq. Onların böyük hissəsi ölkədən kənara ixrac ediləcək.

Adi lampaların enerjieffektli LED-lə əvəz olunması 20 il ərzində ölkəyə 10mlrd kVt/s elektrik enerjisinin qənaət edilməsinə səbəb olacaq ki, bu da ildə 500mln kVt/s təşkil edəcək.

Onu da qeyd etmək lazimdir ki, AG Microelectronicslə partnyorluğa Microsoft, Fujitsu, İntel, İberiasat, AG Telecom kimi məşhur şirkətlər maraq göstərmişlər. Kompaniyalar həm hazır məhsul, həm də birgə məhsullar yaratmaqla maraqlanırlar.

Şirkətə Danimarka da maraq göstərmişdir. Onların dəstəyilə “Gürcüstanda enerji effektliyi və dözümlü enerjinin inkişafı” adı altında yeni layihə üzərində işə başlanılır. Layihə digər mühüm məsələlərlə yanaşı, gürcü munisipalitetlərindən birində enerjieffektli layihənin nümajişkaranə həjata kecirilmə perspektivini nəzərdən keçirir. Hələlik isə ictimaiyyət səbrsizliklə ilk gürcü televızorunun bupaxılışını gözləyir.

Xüsusi olaraq Dalma News üçün Ş. Karçava