Koronavirus pandemiyası üzündən bir çox beynəlxalq layihələrin təşkilatçıları onları gələn ilə köçürmək məcburiyyətində qaldılar. Bunlardan biri 2021-ci ildə Rotterdamda (Niderland) yeni qaydalar əsasında keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsidir. Belə ki, iştirakçılar əvvəlcədən dəstək vokalını fonoqrama yaza və çıxış zamanı öz “canlı” ifaları ilə onu birləşdirə bilərlər. Seçim hüququ — yeni imkandan istifadə edib-etməmək seçimi ifaçıların öz üzərinə düşür.

Müsabiqənin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də keçiriləcək.

Azərbaycan 2020-ci ildə “Kleopatra”mahnısı ilə ölkəni bu layihədə təmsil etməli olan nümayəndəsi— müğənni Samirə Əfəndini dəyişməməyi qərara alıb. Hazırda ifaçı müsabiqəyə səylə hazırlaşır və öz qələbəsinə inanır. Bütün bunlar haqqında Samirə əfəndi Dalma Newsə müsahibəsində danışdı.

— Samirə, bizə özünüz haqqında bir qədər məlumat verərsinizmi?

— Mən uşaqlıqdan oxumağı sevirdim. Tərkibinə Ruslan Hüseynov, Etibar ƏsədliElvin Bəşirov kimi tanınmış caz musiqiçilərinin daxil olduqları Baku Project yaradıcılıq layihəsində iştirak edirdim. Mən onlarla birlikdə müxtəlif ölkələrdə konsertlər vermişəm. 2014-cü ildə “Eurovision”un milli seçimində iştirak etdim, amma təəssüf ki, məni seçmədilər. Amma bu məni narahat etmədi. Qarşıma məqsəd qoymuşdum və öz üzərimdə daha çox işləməyə başladım.

Sonra “Azərbaycanın səsi” milli layihəsində iştirak etmək qərarına gəldim və finala vəsiqə aldım, amma qalib gəlmədim. 2017-ci ildə Qazaxıstanda İpək Yolu 2017 Beynəlxalq Musiqi layihəsində iştirak etdim. O vaxtdan etibarən mənim Qazaxıstanla çox yaxşı münasibətlərim yaranmışdır. Məni oraya tez-tez konsertlərə dəvət edirlər.

2019-cu ildə “Avroviziya”nın milli seçimində də iştirak etdim, amma hər şey yenə nəticəsiz oldu, 2020-ci ildə isə məni seçdilər, hərçənd güclü iştirakçılar çox idi. Mən məqsədimə çatmaq üçün çox uzun yol keçmişəm, odur ki, əməyimin hədər ğetməyib öz bəhrəsini verməsindən çox məmnun oldum. Çətin idi, amma mən bunun öhdəsindən gələ bildim.

— Yəqin, siz müsabiqənin ləğv olunduğunu eşidəndə çox məyus olmusunuz?

— Bəli, “Avroviziya”nın hər halda ləğv olunduğunu eşidəndə çox məyus oldum. Amma nə etmək olar – sağlamlıq daha vacibdir. Əvəzində mən Azərbaycanı bu müsabiqədə iki il dalbadal təmsil edəcəyəm. Bu il layihədə ifa etməli olduğum “Kleopatra” mahnısı mənim üçün çox uğurlu oldu. O, müxtəlif ölkələrdən olan bir çox dinləyicilərin ürəyincə oldu. Təəssüf ki, müsabiqənin şərtlərinə görə kompozisiyanı dəyişmək lazımdır. Yaxşı bir mahnı tapmaq çox çətindir. İndi biz eyni müvəffəqiyyətə malik olacaq kompozisiya axtarışındayıq.

— Azərbaycanın “Eurovision”təmsilçisi seçildikdən sonra həyatınız necə dəyişdi?

— Dost və tanışların sayı artıb. Hətta bütün bunları gözləmədiyim insanlar belə zəng etməyə, yazmağa başladılar. Hamı ilə yaxşı münasibətlər saxlamağa çalışıram və istəyirəm ki, mənə də yaxşı münasibət göstərsinlər. Ancaq mənimlə ünsiyyəti dayandırmağa qərar verənlər də var idi. Düzü, mənim üçün onların reaksiyası anlaşılmaz idi. Bəlkə səbəb həsəd və ya qısqanclıq idi. Mənim üçün sevinənlər isə daha çox idi.

— Onlar sizə niyə həsəd aparırlar?

– Düzü, səbəbini demək çətindir. Qoy paxıllıq etsinlər, nə qədər istəyirlər mənim barəmdə danışsınlar. Mən öz sevimli işimlə məşğulam, irəli gedirəm və bu mənə kifayətdir. Onlar isə bir halda ki, həyatda heç bir şeyə nail ola bilmirlər,qoy oturub paxıllıq etsinlər.

— “Eurovision” üçün yeni mahnı Azərbaycan bəstəkarları, yoxsa xarici bəstəkarlar tərəfindən yazılacaq?

— Bu barədə hələlik heç nə deyə bilmərəm. Hər şey ola bilər. Hələ ki, biz axtarışdayıq. Yəqin ki, axtarışımız artıq 2021-ci ildə başa çatacaq.

– Как изменилась ваша жизнь после того, как вас выбрали представительницей Азербайджана на «Евровидение»?

— Azərbaycanın “Eurovision”dakı bir çox nümayəndələri müsabiqədən sonra ailə qurmuş və səhnədən getmişlər. Sizə necə….artıq belə təkliflər varmı?

— Bəli, olur, amma hələlik ailə qurmağı planlaşdırmıram. Hal-hazırda karyeram birinci yerdədir. Mən səhnədən gedə bilərəm, müsahibə verməyə bilərəm, efirlərdə görünməyə bilərəm , amma heç oxumaya bilmərəm. Bəzən, heç olmasa, haradasa çıxış etmək lazımdır. Hal-hazırda mənim planlarımda səhnədən getmək məsələsi yoxdur

— Oxuma ilə yanaşı, başqa nə etmək istərdiniz?

— Mən həmçinin aktrisa kimi işləmək istərdim. Artıq bir Azərbaycan filmində çəkilmişəm. Çəkiliş prosesi çox xoşuma gəldi. Əgər yenə təkliflər olarsa, mütləq qiymətləndirəcəyəm. Türkiyənin bir çox rejissorları artıq mənə müraciət ediblər, türk film və tamaşalarında rollar təklif ediblər, amma hələlik imtina etmişəm. Hazırda “Avroviziya”ilə məşğulam.

— İndi nə işlə məşğulsunuz?

— Bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyasına görə karantin hələ də davam edir, ona görə də bütün vaxtımı evdə keçirirəm. Əsas etibarilə kitab oxuyuram, filmlərə baxıram, həmçinin yeni mahnılar üzərində də işləyirəm.

Каmilla Sеidоva