“ASAN könüllüləri” təşkilatı bölgələrdə könüllülərin fəalliyyətini təbliğ məqsədilə AR prezidenti nəzdində Gənclər fondunun maliyyə dəstəyilə həyata keçirilən “Könüllülər diyarı Azərbaycan” layihəsinə start vermişdir.

“1 news” in təşkilatın mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, bu 15 günlük layihənin əsas məqsədi könüllü fəaliyyətinin təbliği və gənclərin ona cəlb edilməsi, həmçinin region gənclərinin sosial-ictimai həyatdaki rolunu artırmaqdır. O, Bakı, Sumqayıt, Sabirabad, Bərdə, Gəncə, Qəbələ, Quba, Masallı və ətraf rayonları əhatə edəcək.

Layihə çərçivəsində onun 600-dən çox iştirakçısl üçün “Şəxsiyyət inkişafı”, “Könüllülük fəlsəfəsi və tarixi”, “ASAN könüllüləri təşkilatı”, “Könüllülər məktəbi “ASAN School”, “ASAN Kadr” Karyera mərkəzi”, “Şəxsiyyət inkişafı üçün dövlət orqanlarının yaratdığı imkanlar” mövzuları üzrə müxtəlif treninqlər keçiriləcək.

Uşaq evi və qocalar evinə baş çəkiləcək, azimkanlı ailələrin evləri abadlaşdirilacaq, tullantılardan təmizləmə və digər sosial yönlü aksiyalar keçiriləcək.

Həmçinin, 50 min ailəyə könüllülük fəaliyyətinə dair maarifləndirici bukletlər paylanacaq.