Avqustun 15-də Azərbaycan manatının dövriyyə buraxılmasından 23 il ötdü.

1992-ci ildə ilk dəfə 1, 10 və 25 manatlıq, noyabrında isə 5, 10, 20 və 50 qəpikliklər, dekabr ayında 5 manatlıq əskinas dövriyyəyə buraxıldı.

Azfakt.com xəbər verir ki, Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Prezident İlham Əliyevin 7 fevral 2005-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutuldu.

AZM və AZN 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edildi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here