İndi “ölü” mövsümün olmasına və ümumiyyətlə, müasir Azərbaycan tamaşaçısını teatra cəlb etməyin bir o qədər də asan olmadığına baxmayaraq, kiçik, ancaq məğrur bir teatra hər halda anşlaqlara nail olub, həmçinin mətbuatın da diqqətini cəib etmək müyəssər olmuşdur.

Söz eksperimental “Oda” teatrından gedir ki, onun yeni “MimOda 18+” tamaşası mətbuat və sosial şəbəkələrdə qızğın disskusiyalar yaratmışdır. Rejissor İmam Həsənovun həmin tamaşası adından da hiss olunduğu kimi, bir qədər erotik səciyyə daşıyır. Bununla belə, dünya meyarları çərçivəsində onu hətta əxlaqlı hesab etmək olar… Lakin Azərbaycanda o, bomba partlayışı effekti yaratmışdır. Premyera bir neçə gün əvvəl olmuş və ondan sonra baş qaldıran qalmaqal öz işini görmüşdür: tamaşaçılar teatra SSRİ sakinlərinin xarici delikateslərin satışına axışdıqları kimi can atmışlar. Odur ki, bəziləri hətta şübhələnirlər ki, “Oda” bu səs-küyü qəsdən təhrikləndirmişdir. Ancaq hər necə olsa da, kələk necə deyərlər yüz faiz baş tutmuşdur…

Tamaşada rolları azərbaycanlı aktyor Elmin Bədəlov və fransalı Elza Furtado oynamışlar (yerli aktrisalar bu “biabırçılıqda” oynamaqdan imtina etmişlər). Bir çox incəsənət xadimləri öz qəti “fi” sözünü deməyə və belə tamaşaların milli Azərbaycan mentalitetinə müvafiq olmadığını bildirməyə tələsmişlər. Xarakterik olanı odur ki, bu son dərəcə əzabkeş mentalitet elə hey ən müxtəlif səciyyəli mübahisələrdə arqumentə dönür və artıq çoxdan bir növ zarafat, eləcə də sarkazmlara səbəb olmaqdadır. Sanki ictimaiyyət artıq buna çoxdan qızğın reaksiya göstərməkdən əl çəkməli idi, intəhası… Və bu, artıq heç gülünc də deyil.