Qədim Roma şairi Horatsi deyirdi ki, sən «okeanın o tayında — ruh deyil, yalnız başqa dir səma tapacaqsan». Bu, Vətəni tərk etmək və xaricdə yaşamaq qərarına gələnlər üçün ən doğru yanaşmadır. Son statistik məlumatlara görə, respublikadan kənarda 40 milyondan artıq azərbaycanlı yaşayır. Dalma News bu gün öz ölkəsinin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla söhbət etmiş və onların orada necə yaşadıqlarını öyrənmişdir.

Xaricdə yaxşıdırsa, evdə ondan da yaxşıdır 

Şəkər Kərimova: «Türkiyəyə ilk dəfə təhsilimlə əlaqədar düşdüm, sonra isə orada qalmağa cəhd göstərmək qərarına gəldim. Əgər oradaki və Azərbaycandaki yaşayışı müqayisə etsək, onda hər şey birincidə daha asandır. Biz daha məsuliyyətliyik, onlar isə istirahət edib, sadıcə olaraq həyatdan zövq almağı sevirlər. Əgər Azərbaycanda insanlar «iş-ev» prinsipi ilə yaşamağa alışıblarsa, orada işdən sonra mütləq istirahət etmək lazımdır. Onlar yalnız bu cür feyziyab olurlar. Türkiyə cəmiyyətinə inteqrasiya olunmaq çətin deyil, çünki biz oxşar dillərə malikik, odur ki, mükəmməl ünsiyyət qura bilərik və iş tapmaq problem yaratmır. Əsas odur ki, bütün sənədləriniz qaydasında olsun. Mən özüm üçün bu ölkənin bir neçə üstünlüklərini ayırdım: qonaqpərvərlik, açıqlıq, güclü tibb və yaxşı təhsil.

Türklər olduqca tolerantlıdırlar, adət-ənənələrə hörmətlə yanaşırlar. Türkiyədə gənclər Azərbaycandakindən daha müstəqildirlər. Bizimkilər valideynlərə, onların himayə və qayğısına daha çox bağlıdırlar. Bundan əlavə, Türkiyədə geyim çox ucuz, nəqliyyat və ərzaq isə bahadır. Ancaq Azərbaycanın Türkiyədə olmayan bir sıra üstünlüklərini vurğulamaq istərdim. Vətəndə mən özümü daha təhlükəsiz hiss edirəm, çünki polisimiz Türkiyədən fərqli olaraq həmişə ictimai asayişin keşiyindədir. Orda, xüsusilə axşam saatlarında xırda oğrulara tuş ola bilərsiniz. Və əlbəttə ki, bizim yeməklərimizin qat-qat dadlı olmasını, çayın isə, ümumilikdə bizim ləyaqətimiz olduğunu qeyd etməyə bilmərəm. Mən Bakıdaki dostlarımdan həmişə bura mənim üçün çay paketləri göndərməyi xahiş edirəm, çünki Türkiyəninkini içmək olmur. İndi mən artıq təhsilimi başa vurur, eyni zamanda işləyirəm, ancaq Vətən üçün çox darıxıram»

Amerika arzusu

Aydan Əliyeva: «Mən Amerikaya «Qrin-kart» udaraq düşmüşəm. Dərhal deyim ki, bu, mənim ABŞ-a ilk səfərim idi və lap əvvəllər çox çətin idi. Şübhəsiz, ştatdan asılı olaraq çox şey dəyişir. Amma deyə bilərəm ki, əgər sənin pulun varsa, onda onların cəmiyyətinə inteqrasiya etmək daha asan olacaq. Amma hər şeyi sıfırdan başlamaq, bu, döyüşçü yolu keçmək kimi bir şeydir.

Mən sizə özümün qarşılaşdığım çətinliklər barədə danışmaq istərdim. İş tapmaq üçün ingilis dilini yaxşı bilmək lazımdır. Əgər sən şəhər mərkəzindən kənarda yaşayırsansa, maşın idarə etməyi bacarmalısan. Şübhəsiz ki, bizim mentalitetimiz, adət-ənənələrimiz Amerika ənənələrindən bir qədər fərqlənir, lakin biz tolerant bir cəmiyyətdə yaşayırıq, ona görə də bu sahədə xüsusi problemlərlə üzləşmişəm. Ancaq deyə bilərəm ki, orada yaşayan azərbaycanlılar, yaxud ruslar artıq amerikalılaşıblar. Bunlar bizim Azərbaycanda görməyə adət etdiyimiz adamlar deyil, onlar daha sərt və daha diqqətsizdirlər. Bununla yanaşı, amerikalıların özləri qanuna tabe olan vətəndaşlardır, onlar sənə açıq olmağa imkan yaradır, səs və seçki hüququ verirlər. Deyə bilərəm ki, insandan çox şey asılıdır, əgər sən bu cəmiyyətə inteqrasiya olmaq istəyirsənsə, bütün imkanlardan istifadə edirsənsə, onda çox tez öyrəşəcəksən. Mən artıq bir ildən artıqdır ki, burada yaşayıram və hər şey xoşuma gəlir.

Amerika filmlərdə və reallıqda çox fərqlidir. Əgər kinoda biz Amerika gənclərinin diskotekalarda necə əyləndiyini görməyə alışmışıqsa, həyatda onlar təhsil və idmana daha çox vaxt ayırırlar. Orada insanlar amal və məqsədlə yaşayır və onlara nail olmaq üçün hər şeyi edirlər. Bu müddət ərzində mən belə qənaətə gəlmişəm ki, ABŞ-da güclü təhsil sahəsi və çox baha səhiyyə vardır. İndi işləyirəm və artıq Amerika həyatına öyrəşmişəm».

Yeni həyat axtarışında

Aytac Abdullayeva: «Deyə bilərəm ki, azərbaycanlı qız Avropada yaxşı yaşayır. Burada həyat səviyyəsi daha yüksəkdir, nəinki postsovet ölkələrində. Qeyd edə bilərəm ki, kişi və ya qadınlığından asılı olmayaraq, burada sənin hüquqların eyni dərəcədə qorunur. Mən Avropada, xüsusən indi yaşadığım Almaniyada təhsilin gözəl səviyyəsini, keyfiyyətli, eyni zamanda əlverişli səhiyyə və təbabəti nümunə göstərə bilərəm. Orada sağlamlıq sığortası məcburi bir şeydir ki, bu da adi vətəndaşların həyatını çox yaxşılaşdırır.

Buna qədər mən İsveçrədə magistratura oxuyurdum, ilk dəfə mən ora 2013-cü ildə düşmüşdüm. 22 yaşında Avropada tək qaldım və əvvəlcə mənim üçün çox çətin idi. Təəssüf ki, orada olarkən öz təhsilinin kifayət olmadığını dərk edirsən. Özünün kifayət qədər ixtisaslı mütəxəssis olmadığını başa düşmək və bunu qəbul etmək çox çətin idi. Bunlar Sovet təhsil sisteminin bütün mənfi cəhətləridir. Dil baryeri də çox böyük rol oynayır. İngilis dilini yetərincə yaxşı bilirdim, amma bu dildə təhsil almaq təssəvvür olunandan daha çətindir. Bəzi mənəvi məqamlardan danışsaq, əlbəttə ki, sənin vərdişlərini anlamayanlar və qəbul etməyənlər də var.Lakin avropalılar əksəriyyətində tolerant xalqdır və digər millətlərə hörmətlə yanaşırlar. Bir çoxları donuz əti yemədiyimi və spirtli içki içmədiyimi öyrənərkən təəccüblənirlər, amma seçimimə hörmət edirlər.

Uyğunlaşma dövrü adətən yarım il və ya bir ildir, sonra isə alışırsan, dostlar, bəzən də iş tapıb lşləyirsən. İsveçrədən sonra Almaniyaya köçdüm, nişanlım var idi, odur ki, uyğunlaşma dövrü tez keçdi. Deyim ki, çox bürokrat dövlətdir,ona görə də bütün sənədləri qaydasında saxlamaq, nə vaxtsa aldığın və ya sənə verilən bütün arayış və kağızları qorumaq lazımdır. Almanlar Şərq dünyagörüşü və zehniyyətinə çox diqqətlə yanaşırlar. Bu onunla bağlıdır ki, orada almanlardan xeyli fərqlənən ərəb və türk yaşayır. Onların öz məhəllələri var ki, onlar burada bir neçə on illiklər boyu yaşayırlar. Onları alman cəmiyyətinə assimilyasiya etmək çox çətindir, hətta onlar alman dilində heç danışmırlar.

Ən asan yol, orada yaşayarkən, onların mühitinə daha sürətlə inteqrasiya edə bilmək üçün alman dilini öyrənməkdir. Mən və həyat yoldaşım bir çox millətlərin nümayəndələri ilə dostluq edir, həm alman dilində, həm də ingilis dilində danışırıq. Yeri gəlmişkən, Azərbaycanda bizim toyumuz zamanı avropalı dostlarımızın çoxu toy təntənəmizə gəlmişdi. Avropadaki həyatımın altı ili ərzində biz çox dost tapmışıq, amma əlbəttə ki, hər şeyə bir anda nail olmağa ümid etməyə dəyməz. Burada hər şeyə nail olmaq lazımdır.

Şübhəsiz, Avropanın, mənfi cəhətləri də var. Özünüzü dərhal tapmaq çox çətindir. Dili öyrənmək, yaxşı bir iş tapmaq, təcrübəli bir mütəxəssis olduğunuzu sübut etmək, necə deyərlər, günəş altında haqqınız uğrunda mübarizə aparmaq lazımdır. Yalnız bu tikanlı, keşməkeşli yolu keçərək, rahat nəfəs ala bilərsiniz. O ki qaldı, müsbət cəhətlərə – yaxşı təhsil, yüksək maaşlar, gözəl iş şəraiti, hüquq və azadlıqların tam qorunması – həyatda heç bir şey asanlıqla əldə edilmir. Sonda demək istəyirəm ki, Azərbaycan qadını Avropada rahat və yaxşı yaşayır, həm də sevindirici haldır ki, heç kim sənə Azərbaycanda olduğu kimi həyat dərsi vermir və müdaxilə etmir».

Cənubi Koreyadan İtaliyaya

Ülkər Kərimova: «Hər şey 2011-ci ildə Çunqnam Milli Universitetinin (Cənubi Koreya) astrofizika fakültəsinə daxil olarkən başladı. Dərhal deyə bilərəm ki, şəhər məni heyran etdi: gözəl, yaşıl, parlaq, təmiz, baxmaqla doymaq olmayan bir şəhər… Və ümumiyyətlə, çox inkişaf etmiş bir ölkə, lakin bir il yaşayandan sonra tənhalıqdan darıxıb sanki dəli olmağa başlayırsan. Bakıda həyat çox fərqlidir, insanlar emosionaldır, açıqdırlar, şəhər özü-özlüyündə qaynayır, ancaq Koreya haqqında bunu deyə bilməzsən. Orada insanlar necə deyərlər, planla yaşayırlar, dostlarla və ya həmkarlarla təsadüfi və kortəbii görüşə bilmirsən. Koreyalılar çox soyuq və hesab güdən, lakin eyni zamanda kifayət qədər nəzakətli və qanuna riaət edən xalqdır. Ədalət naminə deyim ki, Koreyada olduğum zaman xüsusi çətinliklərlə üzləşmədim, amma dost tapmaq çətin idi, bu məni üzürdü. Mən faktiki olaraq yalnız təhsillə yaşayır və eyni zamanda laboratoriyada işləyirdim. Koreyada yaşayan azərbaycanlılar da artıq soyuqlaşıblar, amma mən ciddi xəstələnəndə və xəstəxanaya düşəndə onların hamısı mənə kömək etməyə gəldilər. İndi bunları təbəssümlə xatırlayıram və bu mənim üçün çox xoş dur təəssüratdır.

Xəstəliklə əlaqədar Mən Vətənə qayıtdım, sonra isə İtaliyada təhsilimi davam etdirmək qərarına gəldim. Sənədləri İtaliyanın ali təhsil müəssisəsinə təqdim etdim və daxil oldum. Hal-hazırda Romada Kosmik astrofizika və Planetologiya İnstitutunda çalışıram, Merkuriyanın «Bepi Kolombo» tədqiqatı üzrə Beynəlxalq Kosmik layihədə iştirak edirəm. Bu, Yaponiya aerokosmik tədqiqatlar Agentliyinin (JAXA) də cəlb olunduğu Avropa Kosmik Agentliyinin (ЕКА) layihəsidir. Və sizə dərhal bildirim ki, bu mənim ölkəmdir. Mən elə bil Azərbaycandan getməmişəm. İnsanlar, memarlıq, hətta bəzi adətlər, məsələn, böyüklərə hörmət, qonaqpərvərlik, qarşılıqlı yardım və s.kimiləri bənzərdirlər… Özünü evindəki kimi hiss edirsən. Burada sən özünü heç vaxt tənha hiss etməyəcəksən.

Mən, əlbəttə, öz vətənim üçün bir az darıxıram, amma burada Koreyadan daha asandır. İtalyan cəmiyyətinə çox tez inteqrasiya etdim. Bəzən mənə elə gəlir ki, mən Azərbaycandayam, amma nədənsə ətrafdakı insanlar birdən-birə italyanca danışmağa başlayıblar. Mədəniyyət baxımından və mental cəhətdən nəzərə çarpan kiçik bir fərq var. İtaliyada insanlar heç vaxt müdaxilə etmirlər, sən həmişə özün qərar qəbul etməyə haqlısan. Azərbaycanda isə cəmiyyət həmişə sənin işlərinə qarışmağa üstünlük verir, xüsusən də söhbət şəxsi həyatdan gedir. İtaliyada bu məsələdə tam azadlıqdır. Sevindirici haldır ki, İtaliyada milliyyətindən asılı olmayaraq, hər hansı bir insana ilk yardım pulsuzdur. Özü də söz məhz ixtisaslı tibbi yardımdan gedir. Amma Cənubi Koreyada – bu, çox baha başa gəlir. Birmənalı olaraq deyə bilərəm ki, azərbaycanlı ücün Koreyada yaşamaq çətindir, amma İtaliyada yaşamaq yaxşı və sadədir».

 

Günel Мəmmədli