Ankarada Esenboğa hava limanında «İslam dövləti»nə qoşulmaq istəyən bir azərbaycanlı saxlanılıb. Bu barədə «Anadolu» agentliyinə istinadən «Haqqin.az» xəbər verir.

Ankaranın terrorizmlə mübarizə üzrə polis idarəsinin əməkdaşları Azərbaycandan gələn sərnişinin İŞİD-ə qoşulmaq istəməsi ilə bağlı xəbəri aldıqdan dərhal sonra hərəkətə keçiblər.

49 yaşlı Bakir Əliyevin yükünü araşdıran zaman məlum olub ki, o özü ilə 17 gülləkeçirməz gödəkcə, iynələr, dərmanlar və müxtəlif tibbi ləvazimatları aparırmış.

Şübhəli şəxs saxlanılıb. Əliyevlə bağlı uyğun prosedurlar aparılandan sonra o ölkədən deportasiya ediləcək.