Yerevanın heyvanat parkına Niderlanddan yeni kiçik vəhşilər – iki mar (Pataqon donuzcuğu) və uç surikat (manqust fəsiləsindən olan məməli heyvan) təşrif buyurmuşlar. Bu haqda MAУ-nın “Yük dasımaları üçün professional qərarlar” proqramı çərçivəsində heyvanların daşınması ilə məşğul olan “Ukrayna beynəlxalq hava yolları” (MAУ) aviaşirkətinin saytında bildirilir.
Heyvanlar Yerevana avqustun 12-də “Ukrayna beynəlxalq hava yolları” aviaşirkətinin Amsterdam-Kiyev və Kiyev-Yerevan reyslərilə gətirilmişlər.
Heyvanların bir yerdən başqa yerə aparılması texniki cəhətdən mürəkkəb və son dərəcə məsuliyyətli prosesdir ki, aviakompaniyadan prosfessionalizm, “canlı yükün” transportirovkası və onunla davranmaq üzrə geniş təcrübə tələb edir. Həmkarlarımızın cəld və səriştəli işi, eləcə də əvvəlcədən formalaşdırılan gömrük-tranzit sənədləşməsi hesabına biz Kiyevdə ekzotik heyvanları rekord qısa müddətdə bir reysdən digər reysə keçirməyə müvəffəq ola bildik. Uzunmüddətli “səyahət” zamanı mara və surikatlar, uçuşun maksimal komfort səraiti və xususi qulluqla təmin olunmuşdular”,- deyə “MAУ”nın xüsusi yük ərzaqlarının satışı və təşkili üzrə baş mühəndisi Yevgeniya Maqas qeyd etmişdir.
Amsterdamdan gələn heyvanlar Kiyevin “Borispol” hava limanında 2,5 saat mütəxəssislərin nəzarətı altında olmuş, sonra isə sağ-salamat Yerevan zooparkına çatdırılmışlar.
Surikat, yaxud surikata (suricata surikatta) – manqust (Herpestidae) fəsiləsindən olan məməli növüdür. Cənubi Afrikada yayılmışdır (əsasən Kalaxarı səhrası rayonu: Anqolanın cənub-qərb əraziləri, Namibiya, Botsvan və CAR), əvvəllər onlara Madaqaskarda da təsadüf edilmişdir. Surikatlar xırda manqust fəsiləsinə aiddir, onların çəkisi 700-750 qramdır. Surikatın uzunluğu (başı ılə birlikdə) 25-35sm, quyruğunun uzunluğu isə 17,5sm-dən 25sm-dək təşkil edir.
Surikatlarin hər bir ailə qrupu bir cüt yaşlı heyvan və onların nəsli, necə deyərlər, oğul-uşaqları, nəvə-nəticələrindən ibarətdir. Surikatlar qrupunda matriarxat hökm sürür, dişi heyvan erkəkdən daha cüssəlidir və onun üzərində hökmranlıq edir. Surikatlar tez-tez öz aralarında söhbətləşir, onların səs qurumu ən azı iyirmi-iyirmi beş səs birləşməsini təskil edir.
Surikatlar yaxşı əhlilləşirlər. Onlar soyuğa çox həssasdırlar. Cənubi Afrikada onları qəmirici və ilanları tutmaq üçün evdə saxlayırlar. Surikatları bəzən onların yan-yanaşı yaşadıqları sarı manqustlarla (Cynictis) səhv salırlar. Ancaq sarı manqustlar əhlilləşmir və onlardan ev heyvanı alınmır.
Marlar (Dolichotinae), həmçinin Pataqon dovşanı yaxud Pataqon donuzcuğu kimi tanınaraq gəmiricilər dəstəsindən olan donuz fəsiləsinə aid olub eyniadlı nəslə məxsusdur. Bu fəsiləcik bir Dolichotis nəslindən ibarətdir ki, digər donuz növlərindən çox uzaq olması ilə fərqlənmisdir. Marların iki növü vardır: Pataqon marı (D. Pataqonum) və Çakoan marı (D.Salinicola). Mara – kapibar, qunduz və oxlu kirpidən sonra böyüklüyünə görə dunyada dördüncü gəmirici hesab olunur.
Bəzi heyvanların boyu yarım metr, yzunluğu isə bir metrə çatır. Onlar çox vaxt ev heyvanına döndərilirlər.
Marlar Cənubi Amerikada yaşayırlar. Pataqon mara genis Arqentina düzləri, Çakaon marası isə Qran-Çakonun quru və duzlu əyalətlətində məskunlaşmışdır.
Dalichotis pataqonu növünün bədəninin uzunluğu 69-75 sm, Dolichotis salinıcolanınki isə cəmi 45 sm-dir. Dolichotis pataqonunun ən irisinin çəkisi 9-16 kq təşkil edir. Quyruğunun maksimal uzunluğu 4,5 sm olur. Bədəninin üst və alt hissələrinin dərisinin rəngləri fərqlidir. Yuxarı hissə bozumtul, aşağı hissə isə ağımtıldır. Xəzi sıxdır, Dolichotis salinicola böyürlərində sarı və ya ağ tüklərdən ibarət üfqi zolaqlara malikdir.
Heyvanlar sürətli qaçış və uzun ayaqlı bədənlərilə dovşanı xatırladırlar. Arxa ayaqları uzun olmaqla dal pəncələrinin üç barmağı və hər barmağın isə öz caynağı var. Dişi Dolichotis salinıcola iki cüt, disi Dolichotis pataqonumlar isə dörd cüt doş vəzinə malikdirlər.