Ermənistanda “Təbabətdə reablitasiyanın müasir aspektləri beynəlxalq” konfransı başlamışdır. News.am Medicine -nin müxbirinə ER kurortologiya və fiziki təbabət ETİ –nun direktoru Benik Harutyunyanın dediyincə, bu konfrans institutun yaradılmasının 85 illiyinə həsr olunmuşdur.

Onun sözlərincə, bu mövzuda elmi konfrans artıq 7-ci dəfədir ki, keçirilir və onu şərti olaraq 2 hissəyə – təntənəli və elmi hissələrə bölmək olar. Elmi proqram çərçivəsində mütəxəssislər reablitasiya sahəsinin aktual problemləri və onun muasir təbabətdə roluna dair məruzələrlə çıxış edəcəklər.

Konfransda dunyanın müxtəlif ölkələrindən 50-dən çox mütəxəssis iştirak edir ki, doktor Harutyunyanın qeyd etdiyi kimi, onların hamısı reablitasiya təbabəti sahəsində tanınmış mütəxəssis, akademik və alimlərdir.

Rusiya Təbabət reablitasiyası və kurortologiyası elmi mərkəzinin elmi əməkdaşı Aleksandr Şakulanın sözlərincə, o və onun həmkarlarl Ermənistanda reablitasiya təbabəti üzrə keçirilən bütün elmi konfranslarda iştirak edirlər və Ermənistanla Rusiya mərkəzləri arasında əlaqə ldən-ilə möhkəmlənir.

“Biz elmi informasiyaları mübadilə edir, tibbi texnologiyaların tətbiqinə kömək edirik. Bizim həmçinin elmi şura xətti üzrə də kontaktlarımız var, bəzi erməni mütəxəssisləri isə bizdə dissertasiya müdafiə edirlər”,-deyə Şakula bildirmişdir.