Bu günlər Azərbaycanda baş verən vəziyyət: insanların gözündə təşviş, çaşqınlıq və inamsızlıq, eyni zamanda , baş verənlərin bir yuxu olması və adi həyatın tezliklə qayıdacağına inam epidemiyanın başlanğıcını xatırladır. Hələ bir ay əvvəl, iki aylıq karantin rejimindən sonra hökumət Karantin tədbirlərini zəiflətməyə qərar verdi. Əhali rahat nəfəs aldı, Azərbaycanda həyat adi məcraya qayıtmağa başladı. Lakin tezliklə yoluxanlarınin statistikası kəskin şəkildə artmağa başladı, epidemioloji vəziyyət əməliyyat qərargahında narahatlıq yaratdı və əhaliyə karantinin yenidən sərtləşıməsi barədə məlumzt verildi. Dalma News xəstələrin kəskin surətdə artma səbəbini araşdırmağa çalışaraq, bunu COVİD-19 infeksiyasının ikinci dalğası kimi yozma ehtimalını götür-qoy etməyə çalışmışdır.
Bu günlər hökumət Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonlarının sakilərinə öz evlərini tərk etməyi tamamilə qadağan edib. İstisnalar yalnız iki halda mümkündür: təcili tibbi yardım və ya yaxın qohumun dəfnində iştirak etmək zəruriyyəti olan hallarında. İstirahət günlərində bütün mağazalar, apteklər və iaşə müəssisələri bağlanıb, ictimai nəqliyyat işini dayandırıb. Şəxsi avtomobillərdən istifadə etmək də qadağandır. Yalnız xəstəxanalar, hüquq-mühafizə orqanları, kommunal və qəza xidmətləri, eləcə də fasiləsiz istehsal işləri davam etdirə bilər. Qərarın icrasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılıb.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə (epidemiya əleyhinə, sanitariya və karantin rejiminin pozulması) uyğun olaraq, pozucular100 manatdan 200 manatadək (yenidən hesablamada 58 və 117dollar)cərimə ediləcəklər.Polis nəzarəti bu tələbin qüvvədə olduğu şəhər və rayonların bütün hissələrində həyata keçiriləcəkdir. Biz vətəndaşları istirahət günlərində yaşayış yerlərini tərk etməməyə çağırırıq. Məqsədimiz insanları cəzalandırmaq deyil, sağlamlığını qorumaqdır. Buna görə də biz əhalinin şüuruna ümid bəsləyirik”,-deyə DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirmişdir
Bu xəbər cəmiyyətdə panikaya səbəb oldu. Cümə günü mağazalar və bazarlarda güclü bir çaxnaşma və həyəcan var idi. İnsanlar qida məhsulları və ən zəruri malları alırdılar, bir çox marketlərdə rəflər boşalmışdı. Qeyd etmək lazımdır ki, əhalinin əksəriyyəti “vur-çatlasın” ərzaq alanları anlamamış və dəstəkləməmişdir.
“İki gün bir ay deyil. Heç kim istirahət günlərində çatdırıb ala bilmədikləri ət və ya çörək yeməsə aclıqdan ölməyəcək. Özlərini təhlükə altına salmaq və süni həyəcan yaratmaq nəyə gərəkdir”- deyə sosial şəbəkələrin istifadəçiləri yazırlar.
AR Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, yoluxmuş şəxslərin sayının kəskin artması əhalinin məsuliyyətsiz münasibətindən irəli gəlir.
“Bu il mayın 4 – dən karantin rejiminin zəifləməsindən sonra müşahidə edilən vəziyyət göstərdi ki, vətəndaşlar karantin rejiminə və təhlükəsizlik tələblərinə riayət etmirlər, nəticədə yoluxmuşların sayı artmışdır”,- deyə Operativ qərargah bildirib.
Hazırda yoluxmuş şəxslərin sayı təxminən 7 min nəfər təşkil edib. Qərargahın məlumatına görə, indiyədək Azərbaycanda koronavirus üçün 330 minə yaxın test keçirilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının fikrincə, “istirahət günlərində tam təcrid olunma nəticələri 10-14 gündən sonra özünü göstərəcək”. Hakimiyyət infeksiya statistikasında mənfi dinamikanın davam edəcəyi təqdirdə, tam izolyasiya praktikasının davam edəcəyini və növbəti həftəsonu ölkənin digər bölgələrini əhatə edə biləcəyini istisna etməyib.
Каrantin — problemin həlli deyil
Dalma Newslə söhbətində infeksionist Həmid Hacıağayev Karantin tədbirlərini nə üçün faydasız hesab etməsindən, həmçinin payızda “ikinci dalğa”nın təhdidlərindən söz açmışdır.
— Karantin rejiminin yumşaldılmasının əvvəlindən Azərbaycanda, demək olar ki, hər gün COVİD-19-un yayılması üzrə antirekordlar qeydə alınır. Bu nə ilə bağlıdır?
— Hətta sərt karantin tədbirləri sayəsində hava-damcı infeksiyasının yayılmasından yayınmağın mümkünlüyünü güman etmək səhvdir. Bu tədbirlər vaxt qazanmaq və kütləvi yoluxmanı keçmək üçün lazım idi. Evdə oturmaqla dünyanın hansı infeksiyasını məğlub edə bilərsiniz? Heç birini! Koronavirusa qarşı immunitetin formalaşması yalnız infeksiyadan sonra baş verir, buna görə də əhali ona yoluxandan sonra problem tamamilə aradan qaldırılacaq. COVİD-19-un yayılmasına dair antirekordlar normal və aydın bir vəziyyətdir. Statistikaya nəzər salsaq, biz qrip, vərəm, suçiçəyi, qızılca xəstəliyinə qarşı da mübarizə aparmalı idik, axı bu infeksiyalardan olan ağırlaşmalar çox vaxt xüsusilə uşaqlar üçün daha təhlükəlidir.
— Karantin rejiminin sərtləşdirilməsinə və xüsusilə istirahət günlərində vətəndaşların hərəkətinin məhdudlaşdırılmasına necə yanaşırsınız?
— Bu mənasız bir qərardır. Məgər koronavirus yalnız həftə sonu – istirahət günləri qəzəblənir, iş günləri isə istirahət edir?! Əgər əhali yaxın istirahət günləri – həftə sonu evinin divarlarını tərk edə bilməyəcəyini və çörək üçün ən yaxın mağazaya getməsinin cərimə ilə nəticələnəcəyini bilsə, cümə axşamı və cümə günü kütləvi şəkildə küçələrə çıxar. Bəziləri gəzər, digərlər mağazalardan ərzaq alaraq, piştaxtaları boşaldardılar. Hərəkətə qadağa qoyulması yalnız cəmiyyətdə mənfi bir ajiotaja və çaxşmaya səbəb oldu.
— Yoluxmuş şəxslərin sayının hazıriki artımını və virusun yayılma tendensiyasını ikinci dalğa hesab etmək olarmı?
— Birmənalı olaraq, xeyr. Bir il ərzində qrip və ya adenovirusun da neçə dalğası olur? Heç kim bunları saymamış və dünya ÇP (fövqəladə vəziyyət) rejimində onlarla mübarizə aparmamışdır. İl ərzində müxtəlif xəstəliklər həm zirvələrə, həm də enişlərə malik ola bilər və bəşəriyyət infeksiyalarla harmoniyada mövcuddur. Oturub virusun pik və ya tənəzzülünü gözləmək mənasızdır. Ümumiyyətlə, vətəndaşların əksəriyyəti ölüm və infeksiya statistikası ilə maraqlanmırlar. Siz dünyanın Ebola, Donuz və Quş qripinə qalib gəldiyinimi düşünürsünüz? Əlbəttə ki, yox. Sadəcə, heç kim hər gün bu məlumatla paylaşmır, KİV bu barədə yazmır, heç kimdən bu və ya digər xəstəliyin daşıyıcılarını müəyyən etmək üçün testlər götürülmür, buna görə də çoxları bu virusların mövcudluğunu unutmuşlar.
— Belə bir fikir var ki, tezliklə dünyada vəziyyət pisləşəcək. Karantin yataq yerlərinin yaradılması, IVL aparatlarının sayının artırılması üçün lazımdır, çünki payızda epidemioloji vəziyyət pisləşəcəkdir…
— Mən bununla müəyyən dərəcədə razılaşa bilərəm. Xüsusilə, koyko-yerlərin yaradılması üzrə, çünki karantinin tətbiqinə başqa bir izahat yoxdur. Payız və qışın ORVI (kəskin respirator virus infeksiyası) mövsümü olduğunu nəzərə alaraq, koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayacaq. Əgər hökumət payız-qış dövründə də “ikinci dalğa”nın qarşısını almaq üçün insanları oturmağa məcbur etsə, düşünürəm ki, biz başqa bir fəlakətlə — iqtisadi böhranla və təhsil sistemində ciddi problemlərlə üzləşəcəyik. Qeyd edim ki, Azərbaycan ÜST ilə razılaşdırılmadan heç bir iş görmür. Ona görə də indiki halda dövləti günahlandırmaq düzgün deyil, çünki hökumət dünya tələblərinə uyğun hərəkət edir.
İradə İmanova