Yay — istirahət və məzuniyyət vaxtıdır. Buna baxmayaraq, Bakının mədəni həyatı yerində saymır. Hələlik bəzi mədəniyyət ocaqları nisbətən rahat vəziyyətdə olub, yeni mövsüm üçün güc topladıqları halda, YARAT Müasir incəsənət məkanı fəal işləyir.

Məhz YARAT «həmkarlarından» estafet çubuğunu alıb, öz mədəni proqramını daha zəngin etdi ki, Azərbaycan paytaxtının sakin və qonaqları aktyorlar, yazıçılar, şairlər, rejissorlar, müğənnilər, rəssamlar və fotoqraflar daxil olmaqla tanınmış mədəniyyət və incəsənət xadimlərilə görüşüb söhbət edə bilsinlər, həmçinin istedadlı Azərbaycan musiqiçilərinin ifasında canlı musiqidən həzz alsınlar.

yart

«YARAT müasir incəsənət məkanı» müstəqil qeyri-hökumət təşkilatı 2011-ci ildə Aidə Mahmudova tərəfindən müasir incəsənətin həm Azərbaycan, həm də xaricdə inkişaf etdirilməsi məqsədi ilə təsis olunmuşdur.

Bu yay coxlarında xoş təəssürat doğuran YARAT mədəni proqramı məhz bu məqsədə xidmət edir. Mərkəz tam gücü ilə və müxtəlif istiqamətlərdə işləyir: kino nümayişi, maraqlı insanlarla görüşlər, klassik, caz, müasir pop-musiqi konsertləri. Tədbirlərin xeyli çox sayını nəzərə alaraq, onların hamısından bir məqalədə danışmaq mümkün deyil — axı, söhbət mərkəzin üç aylıq işindən gedir. Odur ki, mədəni tədbirlərin bizim nəzərimizcə ən parlaq olanları üzərində dayanaq.

«Canlı» musiqi konsertləri

Bu yay «YARAT» elektron və klassik musiqiyə həsr olunmuş bir sıra rəngarəng tədbirlər hazırlamışdı. İyulun sonunda proqramın qonaqları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası «Baku Chamber Orchestra»sının musiqiçiləri olmuşlar. Klassik musiqi həvəskarları onların Vivaldi, Motsart və Bramsın əsərlərini ifasına heyran qalmışlar.

«Baku Chamber Orchestra» gənclər kamera orkestri 2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaradılmışdır. Orkestrin bədii rəhbəri —SSRİ və Azərbaycan xalq artisti, BMA-nın (Bakı Musiqi Akademiyası) rektoru, professor Fərhad Bədəlbəylidir. Bu kollektivdə öz ustalığını geniş ictimaiyyətə çatdırmaq, öz dinləyicisinin qəlbini fəth etmək istəyən gənc və istedadlı musiqiçilər təmsil olunmuşlar.

yy

Çıxış uğurlu oldu. Musiqiçilər tamaşaçıları cuşa gətirir, tamaşaçılar isə hər bir musiqi əsərinin ifasından sonra onlara sürəkli alqışlar bəxş edirdilər. Gözəl dirijor, respublikanın əməkdar artisti Fuad İbrahimov musiqi prosesinə əla rəhbərlik edirdi.

Muğam və regginin sintezi

Digər bir tədbir — dinləyicilərə Araz ÔzarA və Elvin Mehmanlının reggi və klassik Azərbaycan muğamı ritmlərilə sintezləşdirilən ən orijinal layihəsinin təqdim olunduğu heç də az maraqlı olmayan konsert idi.

Bütün çıxışları boyu musiqiçilər dinləyiciləri etnik, klassik, andeqraund musiqi sədaları ilə sevindirirdilər. İlk dəfə olaraq xalq aşıq mahnıları rok, blüz və psychedeliclə birləşirdi.Gəlin, razılaşaq ki, belə bir sintez kifayət qədər qeyri-adidir və həmişə diqqəti cəlb edib maraq doğurur.Əsas odur ki, musiqiçilər yerində saymır və yaradıcılıq eksperimentinə baş vururlar.

Filmlərin nümayişi

Azərbaycan kinosu öz ənənələri ilə məşhurdur. Sovet və postsovet dövrlərində çəkilən filmlərin bir çoxu Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur. Bu gün bizim rejissorlar əsasən komediya janrında yaradırlar, lakin son zamanlar ekranlara getdikcə daha tez-tez Azərbaycan boyevikləri (bir növ yaraqlılara dair macəra süjetli filmlər), dedektivlər, sənədli filmlər və real hadisələr əsasında çəkilmiş filmlər çıxır.

Belə kinofilmlərdən biri iyulun sonunda YARAT-da «Sara» adı altında nümayiş etdirilmişdir. Film ərini itirmiş, həyatı təhlükəyə məruz qalan qızın tarixçəsindən bəhs edir. Filmin rejissoru — Elvin Əhmədovdur. Baş rollarda Rasim Balayev, Cəmil Cəfərov, Duyğu Devəli çəkilmişlər.

81935-13962501_10154370725852158_3591958047462872092_n

 

 

Dеtеktiv tarixçənin mərkəzində ərini itirmiş Sara adlı qız dayanır ki, naməlum cinayətkarlar onun ovuna çıxmışlar. Qaynatası onun müdafiəsinə qalxır və bu məqsədlə əsl döyüş vərdişlərinə malik professional cangüdən tutur.

Film sözün əsl mənasında diqqətə layiqdir, onun Azərbaycan dilində işıq üzü görməsi isə xüsusilə sevindirici haldır.

Milli kino günü və «Təhminə» filmi

Hər il avqustun 2-də qeyd olunan Milli kino günü Bakıda bir sıra tədbirlər keçirilir. Bu il YARAT-da bayramı Azərbaycanın xalq artisti, görkəmli aktyor Fəxrəddin Маnafovla birlikdə qeyd etmişlər. Həmin axşam xeyli çox qonaq toplaşmışdı.

Təşkilatçılar səbəbkarı doğum günü münasibətilə təbrik edib ona uğurlar arzuladılar, pərəstişkarları isə hədiyyələr bağışladılar. Tədbirin qonaqları Azərbaycanın əfsanəvi teatr və kino aktyoru ilə böyük məmnuniyyətlə söhbət edərək, Fəxrəddin müəllimi onun aktyor fəaliyyəti, yaradıcılıq planları ətrafında suallra tutdular. Qonaqlar o qədər çox idi ki, bəziləri birbaşa döşəmə üzərində yerləşməli olmuşdular.

Sonra tamaşaçılara Azərbaycan rejissoru Rasim Ocaqovun əfsanəvi «Təhminə» filmi təqdim olunmuşdur.

Filmə baxışdan sonra tamaşaçılar sevimli artistlə ünsiyyəti davam etdirdilər. Gecə xoş dostluq atmosferində keçdi ki, şübhəsiz, bunu Fəxrəddin Manafovun özü yaratmışdı.

Yaradıcılıq görüşləri

Yuxarıda qeyd etdiyimiz kimi, bu yay YARAT Müasir incəsənət mərkəzində kino, musiqi, rəssamlıq, ədəbiyyat, foto və hətta psixologiya aləmindən olan görkəmli insanlar ilə görüşlər keçirilmişdir.

yarat_271014_03

 

Proqram çərçivəsində Azərbaycanın xalq artisti Faiq Ağayev ilə görüş keçirilib. Bu zala istedadlı artistin yaradıcılığının pərəstişkarları toplaşmışdı. Söhbət xoş, şən və sərbəst idi. Ağayev mütəəssir idi — qonaqların suallarını cavablandırır, zarafat edir, sənət və yaradıcılıq planlarına dair fikirlərini bölüşürdü.

Musiqişünasla görüş

Jurnalist, musiqişünas, Marionet Teatrının aktrisası Fərizə Babayeva ilə görüş heç də az maraqlı olmamışdır. Tədbir «Cazibə oyunu» adlanır —söz incəsənətin cazibə qüvvəsindən getmişdir.

Fərizə xanımla söhbət həmişə maraqlıdır. O, musiqiçilər ailəsində anadan olmuşdur. Onun atası Rafiq Babayev Azərbaycanda məşhur caz pianoçusu və bəstəkar idi, ana və bacısı isə — musiqişünaslar. Belə ki, qonağın həyat yolu müəyyən mənada əvvəlcədən müəyyənləşmişdi. 1991-ci ildə Fərizə xanım Üzeyir Hacıbəyov adına Konservatoriyanın musiqişünaslıq sinfini bitirmişdir. Əsl bir həqiqi yaradıcı insan kimi Fərizə Babayeva eksperimentlərdən qorxmur. Bu gün o, eyni həvəslə konsertlərə prodüsserliklə məşğul olur, rəqs şoularında, rəssamların performanslarında, kino çəkilişlərində, tamaşa və ədəbi layihələrdə iştirak edir.

Əbədi pomantik

Azərbaycanın əməkdar artisti İlqar Muradovla «Müdrik YARAT» proqramı çərçivəsində keçən görüşü də diqqətdənkənar qoymaq olmaz.

Bu gün proqram iştirakçıları İlqar Muradovla münasib və sərbəst atmosferdə söhbət aparmaq imkanı əldə etmişlər. Diskussiya «Nə yaxşı, nə pis, sadəcə başqa cür» mövzusunda aparılırdı.

Fotoqrafiya sənəti

Bu gün demək olar ki, hər kəs özünü fotoqraf hesab edir, axı, indi şəkilləri sadəcə olaraq yalnız öz telefonumuzla da çəkə bilərik. İntəhası, fotoqrafiya sənəti – tamam başqa məsələdir. Əbəs yerə demirlər ki, fotoşəkil sözlə ifadəsi mümkün olmayan emosiya, duyğu və anları ifadə etmək qüdrətinə malikdir.

Azərbaycan ictimaiyyətinə foto sənətinin əsaslarını dərk edib mənimsəməkdə gənc, istedadlı fotoqraf Elmar Mustafazadə kömək etdi. Bu, «Mən bu peşəni necə seçdim» silsiləsindən mоtivli mühazirə idi. Mustafazadə tamaşaçılarla öz təcrübəsini bölüşdü, həm yeni başlayan, həm də professional fotoqrafların suallarını cavablandırdı.

yarat (2)

Yaradıcı insanlarla ünsiyyət üçün bu cür «platformaların» yaradılması — şübhəsiz, əla təşəbbüsdür. Fotoqrafiya — bu, yaradıcılıq, fasiləsiz eksperimentlər prosesi, yeni ideyaların özünüinkişaf və təcəssümüdür. Bu, həmişə diskussiyalar doğurur, yeni təəssüratlar yaradır və fikir mübadilələrinə gətirib çıxarır. Həmin gecə buna inandırıcı sübut idi. Qonaqlar bu yaradıcı insandan bir-birindən maraqlı və peşəkar cavablar almışlar. Diskussiya hamının xoşuna gəlmişdir.

Mədəni proqram daha geniş vüsət alır

Başa çatmaqda olan ayın son dekadası da istisna olmayıb. İndi hər cümə paytaxt sakinləri və qonaqlarının musiqi kollektivlərinin canlı çıxışlarını dinləmək imkanı var. Belə konsertlər sanki göz qabağında xoş ənənəyə çevrilir.

Beləliklə, Müasir incəsənət Mərkəzi YARAT, hətta yay mövsümündə paytaxt sakinləri və qonaqlara Bakının mədəni həyatında fəal iştirak etmək imkanı təqdim edir.

Hazırlayanı Nicat Hacıyev