Azərbaycana Olimpiya oyunlarında öz əvvəlki nəticəsini həmişəlik yaxşılaşdırmaq mümkün olmuşdur. Belə ki, Sidneydəki yay olimpiadasında Azərbaycan yığması 3 medal, Afinada —5, Pekində —7, Londonda — 10, son Rio-de-Janeyro olimpiadasında isə — 18 medal qazanmışdır.
Lakin hər halda, məsələ bu medalların sayında deyil, keyfiyyətindədir. Və əgər Azərbaycan idmançıları Londondaki olimpiadadan iki qızıl medal gətirmişdilərsə, son yarışlarda tərkibində 56 idmançı olan milli yığma komandası cəmi bir qızıl medal qazana bilmişdir.
Bununla yanaşı, Azərbaycan ictimaiyyəti öz soydaşlarının ancaq artıq digər ölkələrin bayraqları altında bütün dünya üzrə nüfuzlu yarışlardaki nailiyyətləri barədə getdikcə daha tez-tez eşidir. İdmanın inkişafı və nəhəng dövlət dəstəyindən nə qədər çox danışılsa da, Azərbaycan idmançıları ölkədən getdikcə daha çox və daha tez-tez gedirlər. Həmişəlik.
Dalma News, təəssüf ki, Azərbaycan yığmasının tərkibindən kənarda dünya şöhrəti qazana bilmiş azərbaycanlılar haqqında faktlar toplusunu təklif edir. Onların bir çoxu artıq öz adlarını Olimpiya oyunlarının tarixinə də yazmışlar.
- İlqar Yaşar oğlu Məmmədov. Bakıda doğulmuşdur. Məşq qılıncları üzrə fextavalçı (qılıncoynadan), onun rəhbərliyi altında Rio Olimpiadasında 4 qızıl medal qazanmış Rusiya qılıncoynatma yığmasının baş məşqçisi.
Komandada İkiqat olimpiya çempionu (1988, 1996), SSRİ əməkdar idman ustası, komanda yarışlarında 1989-cu ilin dünya çempionu. 1995-ci il Dünya çempionatının gümüş mükafatçısı. 1995, 1996, 1998 və 2000-ci illərdə dörd dəfə Avropa Kuboku sahibi. SSRİ və Rusiyanın çoxsaylı mükafatçısı və çempionu. SSRİ və Rusiya Kuboklarının sahibi.
İlqarın atası — Yaşar Məmmədov Azərbaycan qılıncoynatma federasiyasının vitse-prezidentidir, rus millətindən olan həyat yoldaşı Yelena Jеmаyеvа isə Azərbaycan uğrunda çıxış edir.
İlqar Məmmədov Azərbaycan haqqında: «1988-ci ildə Seul Olimpiadasında mən SSRİ yığmasının tərkibində Azərbaycanı təmsil etmişəm. Komanda üzvləri istisna olmaqla, mənim Azərbaycandan olduğumu heç kim bilmirdi. Onda mən ilk dəfə olimpiya çempionu oldum və şübhəsiz, bu məqamlar yaddaşımda əbədi olaraq qalacaq. Növbəti Barselona Olimpiadasına mən artıq MDB yığmasının tərkibində getmişdim».
- Nicat Rəhimov – əslən azərbaycanlı olan Qazaxıstan ştanqçısı. Rio Olimpiya oyunlarında 77 kq çəkidə Qazaxıstan üçün qızıl medal qazanmışdır.
Rəhimov, Azərbaycan haqqında: «Yalnız Olimpiadanın qızıl medalını qazanandan sonra, məni Azərbaycanda yada saldılar. Hər şey çox sadədir — o vaxt mənim Azərbaycanda özümü idmançı kimi reallaşdırmaq imkanım yox idi. Ağır atletika — mən bununla nəfəs alıb yaşayıram və mənə öz vətənimdə lazım olmadığımı anladanda, mən çıxıb getmək qərarına gəldim».
- Yüngülatlet Ramil Quliyev — 1990-cı il mayın 29-da Bakıda anadan olmuşdur, beynəlxalq meydanda Türkiyəni təmsil edir, indi Rioda Olimpiadadır. 60, 100 və 200 metr məsafədə sprinter, Azərbaycan rekordsmeni, həmçinin Belqradda 2009-cu ilin ümumdünya universiadasında 20,04 saniyə müəyyən edilmiş yunior Avropa rekordunun sahibidir.
İdmançının baş məşqçisi onun atası — idmançı Eldar Quliyev olmuşdur. Hazırda onun məşqçisi Oleq Мuхindir. 4 aprel 2011-ci ildən Türkiyə vətəndaşlığı var ki, həmin andan bütün nəticələr Türkiyəyə hesablanır. Azərbaycan Yüngül atletika Federasiyası Quliyevin idman vətəndaşlığını dəyişmək qərarına narazılıq ifadə etmiş, ancaq buna mane ola bilməmişdir.
- Aleksandr Əliyev – adı demək olar ki, MDB-də hər bir futbol azarkeşinə tanışdır. Futbolçu Ukrayna yığmasının, eləcə də Kiyev «Dinamo»sunun oyunçusudur.
Aleksandr Əliyevi «özününki» adlandırmaq hüququ uğrunda vaxtilə üç ölkə mübarizə aparmışdı. Ukrayna və Rusiyadan fərqli olaraq, Azərbaycana münasibətdə «mübarizə» sözü bir növ mübaliğə təsiri bağışlayır ki, bu, doğrudan da belədir. Bakı başa düşürdü ki, milliyyət və soyadına baxmayaraq, o illər (2001-02-ci illərdə) Kiyev «Dinamo»sunun və bütün Ukrayna futbolunun başlıca ümidini tovlayıb gətirmək nəsə bir fantastika demək ıdi. Çünki o vaxt idmançının vətənində futbol dərin böhran yaşayırdı. Sonra isə, yığmaya ümumiyyətlə, başqa bir azərbaycanlı — yenə də Aleksandr, amma bu dəfə artıq soyadı Səmədov olan Aleksandrın cəlb edilməsinin təşviqi başlandı.
- Aleksandr Səmədov – Rusiyanın əsas yığmasının və «Lokomotiv» futbol klubunun oyunçusu.
Səmədov Azərbaycan haqqında: «Azərbaycan – mənim deyil, atamın vətənidir».
Səmədovdan qısa iqtibas çox şeydən xəbər verir və yəqin ki, Bakıda öz istedadlı futbolçusunu cəlb etmək səylərinin mənasızlığını başa düşməyə səbəb məhz bu olmuşdur.
İran azərbaycanlıları – bu, ayrıca bir söhbətin mövzusudur. Elə səbəblər var ki, bunlar təxminən 30 milyonluq (90% – i azərbaycanlılar) əhaliyə malik Cənubi Azərbaycandan olan istedadlı gənclərə Azərbaycan millisində çıxış etməyə imkan vermir. Lakin bütün bunlar siyasi səbəblərdir və gəlin, onların dərinliyinə varmayaq. Qısa desək, onlar İran İslam Respublikasının vətəndaşlaridır və de-yure Azərbaycan üçün oynaya bilməzlər. Onlar çoxdur, lap çoxdur, ancaq biz yalnız birini – Əli Dаеini qeyd edək.
- Əli Dаеi – hazırda «Persepolis» (İran) komandasının baş məşqçisidir. Bu futbolçunun təqdim edilməyə ehtiyacı yoxdur. Heç də hər oyunçuya, özü də Asiyadan olan oyunçuya Münxen «Bavariya»sı kimi superklubun idman formasını geymək qismət olmyr.
Cənubi Azərbaycanda doğulmuş bu gənc Münxen klubunda başlı-başına qalmadı. 1999-cu ildə Bundesligə qalib gələrək, Çempionlar Liqasının finalına çıxdı və Asiyanın ən yaxşı futbolçusu kimi tanındı. Əli Daei İran yığmasında öz 109 topu ilə milli yığma uğrunda vurdyğu qolların sayına görə rekordunu saxlayır. O, Asiya Kubokunun ən yaxşı bombardiri – 1996 (8 top), həmçinin Asiya oyunlarının ən yaxşı bombardiridir -1998 (9 top). Daei İFFHS reytinqdində XX əsrin ən yaxşı Asiya oyunçuları arasında 7-ci yeri tutur.
Bakıdan dəfələrlə edilən təkliflərə baxmayaraq, Əli Daei, hətta karyerası başa çatandan sonra belə, Azərbaycanda işləməkdən boyun qaçırmışdır.
- Və nəhayət, «Emmen» Holland futbol klubunun yarımmüdafiəçisi, Ermənistan yığmasında çıxış etmək üçün Aslanyan soyadını (arvadının soyadı) götürən Norayr Məmmədov. Uzun müddətdən bəri Hollandiyada yaşayan Azərbaycanlı kişi və erməni qadınının oğlu olan Məmmədov bu addımı Ermənistan futbol federasiyasının dəvətini alandan sonra atmışdır (Armfootbаll nəşrinə müsahibəsində Norayr hər iki valideyninin erməni olduğunu bildirmişdir. «Mənim anam və atam – ermənidirlər və təbii ki, mən də əsil erməni olmağımla daha çox fəxr edirəm», – red.)
«Mən Ermənistan milli komandasından dəvət aldım. Ermənistan yığmasında çıxış etmək — mənim arzumdur» – deyə o bildirmişdir.
P.S.: Müxtəlif Azərbaycan yığmalarının istedadlı idmançılara ehtiyacı olmasaydı, bütün bunlara göz yummağa dəyərdi. Ancaq bu gün onlar Nigeriya və ya Uqandadan olan legionerlərlə doldurulur. Legioner axtarışı ilə Afrikaya getməkdənsə, özümüzdə olanın qədrini bilib qiymətləndirmək daha yaxşı olmazdımı?
Hazırlayanı Anar Hüseynov