Artıq üçüncü ildir ki, Bakı yayının ən çox gözlənilən beynəlxalq musiqi hadisəsi «Жара»—«İsti» festivalıdır. Bu möhtəşəm layihənin təşkilatçıları kimi yenidən müğənni və bəstəkar Emin Ağalarov (EMİN), RF əməkdar artisti Qriqori Leps, «Russkoe radio»nun və «Qızıl qrammofon» mükafatının təsisçisi Sergey Коjеvnikоv çıxış etmişlər. Bu dəfə onlar festivalın qonaqlarına qeyri-adi konsert proqramı təqdim qərarına gəlmişlər.
Dörd gün ərzində Bakını ziyarət Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Latviya, Belarus, İtaliya və ABŞ-dan 250-yə yaxın tanınmış və istedadlı ifaçılar təşrif buyurmuşlar. Emin Ağalarovla birlikdə festivalın açılışında çıxış edən dünyaşöhrətlı aktyor, bəstəkar, müğənni Stiven Siqal layihənin ən məşhur, ulduzlu qonağı oldu.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və onun xanımı Tatyana Navka, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya və Azərbaycan iş adamı, Crocus Group şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov və Heydər Əliyev Fondunun vitse-prezidenti, artıq «Жара»—«İsti» festivalının muzası—ilahəsi çağrılan Leyla Əliyeva layihənin fəxri qonaqları oldular.
Emin Ağalarovun Dalma Newsə müsahibəsində söylədiyi kimi, «İsti»nin üçüncü mövsümü ən miqyaslı və parlaq oldu, çünki orada rekord sayda qonaqlar iştirak edirdi. Eminin sözlərinə görə, bu il o, ifaçılar, onların komandaları, eləcə də KİV nümayəndələri üçün festivalın şəraitini daha önəmli etməyə çalışmışdır.
«Biz hər il təkmilləşirik. «Jаrа» trendi bazasında biz musiqi kanalı, eyniadlı radio açmış, həmçinin musiqi leybli – etiketi buraxmışıq. Festivalın üçüncü mövsümünün fərqlərindən biri odur ki, konsertlərlə yanaşı, həmçinin, «İsti Bakıda» («Жара в Баку») bədii filminin çəkilişləri də aparılmışdır. Süjetə görə, bu romantik yay komediyasıdır ki, orada nəinki yalnız peşəkar aktyorlar, həm də Azərbaycan və Rusiyadan olan bütün layihə ulduzlıarı da iştirak etmişlər. Filmin məqsədı —Bakı şəhərini, festivalı və onun çərçivəsində baş verən bütün hadisələri daxildən göstərməkdir», — deyə Emin bildirmişdir. Müğənni Qriqori Leps qeyd edib ki, belə layihələr Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafına kömək edir, ona görə də tamaşaçıları tez-tez sevindirmək lazımdır. Müğənni üçün festivalın üçüncü mövsümü daha mühüm hadisə idi, çünki onun 16 yaşlı qızı burada üç solistdən ibarət «Cosmos Girls» qrupunun tərkibində çıxış etmişdir.
Xəzər dənizinin sahilində videodivarlar və unikal işıq avadanlığı ilə təchiz olunmuş böyük bir səhnə quraşdırılmışdı. Baş verənlərin vüsəti sanki təsəvvürə sığmır və ona üstün gəlirdi.
Bakıda festival çərçivəsində Filipp Кirkоrоv, Valeri Меlаdzе, Nyuşa, «A-studio», Nikolay Baskov, Valeriya, Ani Lоrаk, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsоvа, Svetlana Loboda, Qlükoza, Kristina Оrbаkаytе və başqaları çıxış etmişlər. Yana Çurikova, Nikolay Bаskоv və Timur Rodriges isə festivalın aparıcıları idilər.
Ötən mövsümlərdə olduğu kimi, əvvəlcə bütün qonaqlar bir-birlərinin ardınca qırmızı xalça üzərindən keçir, sonra isə artıq konsert başlanırdı ki, hər gün onu əvvəlcə Aygün Kazımova, Samir Bağırov, Səmrа Rəhimli, Cəmilə Haşımova, Elvin Məmmədov, Sultan Мəşədiyev və bir çox digər ifaçılar kimi Azərbaycan ulduzları açırdılar. Açılış günündə rekord sayda qonaq – 75 ifaçı çıxış etmişdir. Hər bir nömrə rəqslər, qeyri-adi işıq effektləri və güclü səslə müşayiət olunurdu– əsl əfsanəvi mənzərə idi.
Tədbirin ikinci günü festival çərçivəsində birdən-birə üç yubiley – Valeriya, Vladimir Presnyakov və Leonid Aqutinin 50 illikləri qeyd olunmuşdur. Yalnız yubilyarların özləri deyil, həmçinin onların repertuarından olan mahnıları yeni aranjirovkada ifa edən gənc həmkarları da çıxış etmişlər.
Dalma Newslə söhbətində Valeriya qeyd etmişdir ki, hər il Bakıya gəlir və «İsti» festivalında iştirak edir. «Bizim yubileylərimizə həsr olunmuş konsert təşkil etmək qərarına görə Emin Аğаlаrоva təşəkkürlər! Bizlərdən hər birimiz bu festivala səylə hazırlaşmış və həmkarlarımızla işə xeyli vaxt sərf etməli olmuşuq, ona görə ki, bizim repertuardan olan mahnılar ilk dəfə olaraq yeni tərzdə səslənirdi. Bizlərdən hər birimiz əldə olunan nəticədən razı qaldı »,— deyə Valeriya bildirdi.
Festivalın üçüncü günü əvvəlcə müxtəlif ifaçılar solo nömrələrlə çıxış etdilər, sonra isə Bakıda ilk dəfə çıxış edən «Leninqrad» qrupunun konserti oldu. «Leninqrad» qrupunun ziddiyyətli reputasiyasına baxmayaraq, Azərbaycan paytaxtında onun yaradıcılığının pərəstişkarları az olmadı: fanatlar bütün konsert boyu ayaq üstə dayanaraq, onların mahnılarını birlikdə oxuyur və nəğmələrin musiqisi altında rəqs də edirdilər. Kollektivin lideri Sergey Şnur həmişəki kimi fərqlənmək qərarına gəlmiş və Bakı səhnəsində demək olar ki, soyunmaqla belə eksperimentlərə alışmayan Bakı tamaşaçılarında şok yarat- mışdır.
Azərbaycan mənşəli Qazaxıstan ifaçısı Can Хаlibin səhnəyə çıxışı bakılılar üçün sürpriz oldu. Bakıya tez-tez istirahətə gəlməsinə baxmayaraq, o, Azərbaycan paytaxtında ilk dəfə idi ki, çıxış edirdi. İfaçının Azərbaycanda çoxlu pərəstişkarları var, odur ki, onun «Leyla» mahnısını ifası zamanı heç kim öz yerində sakit otura bilmirdi, onun azarkeşlərindən biri isə mühafizəçiyə məhəl qoymayaraq, hər halda səhnəyə qalxıb öz bütünü qucaqlaya bildi.
Festivalın üçüncü gününün sürprizlərindən biri də özünü pop-musiqi kralı Maykl Ceksonun qeyri-qanuni oğlu adlandıran amerikalı ifaçı Brendon Hovardın gəlişi oldu. Bütün cəhdlərə baxmayaraq KİV nümayəndələrinə müğənnidən onun həqiqətən də dünya ulduzunun oğlu olub-olmamasını öyrənmək mümkün olmadı.
Festivalın dördüncü günü təşkilatçılar və azərbaycanlılar üçün ən çox gözlənilən günlərdən biri idi: həmin gün Lyubov Uspenskaya və Valeri Меladzenin yaradıcılıq gecələri keçməli idi.
Bakılılara sürpriz etmək qərarına gələn Lyubov Uspenskaya «Çiçək,ay çicək» mahnısını Azərbaycan dilində ifa etməklə tamaşaçıları heyrənləndirmiş oldu. Valeri Меладзе isə öz xanımı Albina Canabayeva və həmkarları ilə birlikdə ən məşhur hitləri ifa etdilər.
Bir sözlə, bütün dörd gün boyu ulduzlar şəhər sakinlərinin göstərdikləri mehribanlıq, qonaqpərvərlik, səmimiyyət, və dostsevərliyi qeyd edərək, Bakıya öz məhəbbətlərini etiraf etmişlər. Möhtəşəm Bakı beynəlxalq musiqi festivalı «İsti-2017» bayram salyutlarının atəşfəşanlığı ilə başa çatmışdır.
Şübhəsiz, Emin Ağalarovun layihəsi bütün həmd və alqışlara layiqdir— bu insan Bakıda turizmin inkişafı və təbliğinə xeyli pul və səy qoyur, çünki «İsti» festivalı artıq bir ənənəyə çevriərək, Azərbaycan və onun paytaxtı Bakı yayının vizit kartna dönmüşdür.
Кəmаlə Əliyeva