Milli kinematoqrafın təşəkkül tapdığı dövrdə – demək olar ki, yüz il ərzində Azərbaycanda təxminən 240 tammetrajlı və 50-dən çox qısametrajlı bədii film, habelə 1200-dən artıq sənədli və təxminən yüz cizgi filmi çəkilmişdir. Bununla belə, Azərbaycanın kino sənayesinə geniş beynəlxalq səhnəyə çıxmaq mümkün olmadı. Azərbaycan kinosu haqqında hətta eşitməmişlər. Halbuki, axı, hələ səssiz (lal) kino dövründə məhz Bakıda qısametrajlı filmlər çəkilirdi, ilk rəngli filmlərdən biri də məhz burada çəkilmişdi.

Bəs uğursuzluqların səbəbi nədədir? Bəlkə iş zəif süjetlər və ya rеjissorlardadır? Ancaq axı, bizim rejissor Nikita Mixalkovun ssenari müəllifi Azərbaycan yazıçısı və rejissoru Rüstəm İbrahimbəyovun olduğu və Oskar mükafatı qazanmış «Günəşdən yorulmuşlar» filmi kimi gözəl bir nümunəmiz var. Azərbaycan filmləri dünya kinofestivallarında dəfələrlə mükafata layiq görülmüşlər.

Dalma Newsin müxbiri Azərbaycan kinematoqrafiyasının ön mövqelərə çıxmasına məhz nəyin mane olması barədə Azərbaycanın aparıcı kinoşünaslarından biri, Rusiya kinoşünaslar və kino tənqidçiləri Gildiyasının üzvü Ülvi Mehdi ilə danışmıçdır.

Azərbaycan kinosu — Sizin ağlınıza dərhal nə gəlir?

Məsələn, Qonşu Gürcüstandan fərqli olaraq, Azərbaycan parlaq kinematoqrafçılar pleyadası ilə öyünə bilməz. Gürcü kinosu, tutalım gürcü şərabı kimi brendə — markaya çevrilmişdir. Mənim üçün Azərbaycan kinosu, hər şeydən əvvəl — fərdi fraqmentlər, 100 illik tarix ərzində azsaylı, lakin parlaq adların püskürtüsüdür. Vaxtilə rejissor Rasim Ocaqov öz «İstintaq» filmi ilə ümumittifaq şöhrəti qazanmışdı. Rusiya TV-də «Ad günü», «Qətldən yeddi gün sonra» kimi filmlərin çoxsaylı telenümayişləri, həmçinin ondan xəbər verir ki, Azərbaycanda yaxşı film çəkməyi bacarırlar.

Yenidənqurma dövründə «Əclaf» filmi meydana çıxdı ki, o, həmin vaxt əsas etibarilə hansısa durğunluqda olan Azərbaycan kinosu üçün bir növ «milli bombaya» döndü. Sovet kinosunda ilk uğur «xalqların rəhbəri» — İosif Stalinin sayəsində baş tutmuşdu ki, bütün SSRİ-də möhtəşəm müvəffəqiyyət qazanmış «Arşın mal Alan» film-operettası onun son dərəcə xoşuna gəlmişdi. Ağır və üzücü müharibədən sonra SSRİ xalqlarına nəsə yüngül, əyləncəli bir şey lazım idi və baş katib adi insanların incə hiss və arzularını çox dəqiq dərk edə bilirdi. Bundan başqa, Hindistan «Bollywood»u öz kütləvi kinematoqrafının formalaşmasına məhz bu tamaşanın start verdiyini hesab edir. Şübhəsiz, hər üç filmin «Аzərкino»nun ziyanla işləyən layihələrini bir növ kompensasiya edən kassa yığımları da var idi.

Bəs müasir kino haqqında nə demək olar? Demək olarmı ki, bu gün o, yeni bum yaşayır?

Bum — bu, yalnız mətbuat üçün necə deyərlər, tələ yemidir. Bu gün hətta Rusiya kinematoqrafı barədə belə demək olmaz. Moskvada, Piter və periferiyada əsl vəziyyəti bilən adekvat mütəxəssislər, tamaşaçılar, kino tənqidçiləri qalmışdır.

Azərbaycanda kinematoqrafik buma dair uydurmalar mədəni səviyyəsi o qədər də yüksək olmayan cəmiyyət tərəfindən asanlıqla «həzm olunur». Əslində, «Аzərкino» istehsalı olan əksər dövlət layihələri sərfəli deyil, çünki hələ əyaləti demirik, hətta Bakıda ağıllı-başlı kinoprokat sistemi yoxdur. Son 30 il ərzində ancaq ilk dəfə olaraq bu il Bakı hüdudlarından kənarda — Gəncədə kinoteatr açılmışdır.

Beynəlxalq kino festivallarında sözün əsl mənasında bəyənilən film timsalında yalnız müstəqil müəlliflərin çəkdikləri hesab oluna bilər. Məsələn, necə deyərlər, ilk qaranquş Vaqif Mustafayevin «Hər şey yaxşılığa doğru» (1997) qısametrajlı filmi idi. Post-sıfır illərdə bu təşəbbüsü gənc kinematoqrafçılar Elmar İmanov, Rüfət Həsənov, Elvin Аdıgözəl, Teymur Hacıyev dəstəkləmişlər. Sənədli kino sahəsində Vaqif Mustafayevin başqa Heydər Əliyev haqqındaki kino-video-epopeyasından savayı, elə tutarlı bir şey baş vermir ki, bu da əsl bəladır.

15049927_1361873857186874_1867943782_n

Özünü dünya səviyyəsində tanıtmaq üçün nə çatışmır?

Burada problem bütün Azərbaycan ictimaiyyətinə aid ümumi problemdir. Həm professional, həm də ümumhumanitar təhsilin olmaması. Belə «мinus»dan çıxmaq üçün onilliklər lazım olacaq. Dünya səviyyəsi, eləcə də azad yaradıcılıq haqqında hələlik yalnız xəyala dalıb arzulamaq olar. Bütün bunlar daxili qapalılıqdan, hərəkət və fikir azadlığının olmamasından irəli gəlir. Ehtimal ki, heç bu bir-birini tamamlayan komponentlərsiz kino saxta olardı – elə saxta ki, əslində əvvəlkitək cansız, bir növ donub keyimiş yarırəsmi «Аzərкino» təsiri bağışlayardı.

Bütün cəmiyyət kimi, Azərbaycan rejissorlarının özləri də, türk seriallarınn azarkeşi və aludəçilərinə dönmüşlər. Bəs bizə belə filmlər çəkmək üçün nə çatışmır?

Türkiyənin təcrübəsindən istifadə üçün, cəmiyyətimizə Stalin dövründə olduğu kimi, ancaq son… il ərzində çaşqın surətdə özünü maarifləndirmə ilə məşğul olmaq lazımdır. Bu gün türk kinosundaki səviyyə — bu, Atatürk fərmanından başlayaraq, ən ilk mənbələrin təkamülünün nəticəsidir.

Dövlət dəstəyi varmı, yoxsa hər şey kağız üzərində qalır?

Prezidentin proqramı, «2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafı üzrə dövlət proqramı haqqında» İlham Əliyevin fərmanı var və o, nəzəriyyədə çox gözəldir, amma praktikada, peşəkar menecment və filmmeykerlərin olmadığı şəraitdə hələ ki, həyata keçirilməzdir.

P.S. Azərbaycanda müasir avadanlıq var, maliyyə kimi bu da mühüm rol oynayır, lakin bütün ehtimallara görə, — heç də əsas rolu yox.

Söhbəti Nicat Hacıyev apardı