Ucuz neft və problemli kreditlər fonunda iqtisadi islahatlar

Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatını yenidən qurmaq prosesinə başlamışdır. Bu gün Azərbaycanın qarşısında ölkəyə investorlar, turistlər cəlb etmək , eləcə də sənayenin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədi durur ki, məntiqə görə bu, əhalinin məşğulluğunun, həmçinin ölkədə alıcılıq qabiliyyətinin artmasına səbəb olmalıdır

Fitch proqnozu

“Fitch” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, Azərbaycanın milli valyutasının kursu qarşıdaki yaxın 6-12 ay ərzində sabit səviyyədə qalmaqda davam edəcək. Agentliyin fikrincə, çox şey neftin qiymətinin nə qədər müddətə aşağı səviyyədə qalmasından, belə vəziyyətə cavab olaraq hökumətin nə kimi addımlar atacağından, cari əməliyyatların hesabının səviyyəsindən asılı olacaq.Fitch

“İndi ixrac aşağı düşmüşdür və əgər idxal da azalarsa, onda cari əməliyyatların hesabının kəsiri ortaya çıxmayacaq və, ehtimal ki, kursa təzyiqdən yayınmaq mümkün olacaq”, – deyə Fitch Ratings maliyyə təşkilatları üzrə direktor Dmitri Vasilyev jurnalistlərə bildirmişdir.

Reytinq agentliyi nümayəndəsinin fikrincə, əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə qalarsa və ixrac aşağı düşərsə, onda müvafiq olaraq cari əməliyyatların hesabına təzyiq yaranacaq. “Bu halda, bütün məsələ hökumətin dollara nisbətdə manatın məzənnəsinin saxlanılmasına öz ehtiyatlarından nə qədər sərf etməyə hazır olmasındadır”- deyə Vasilyev əlavə etmişdir.

Agentliyin analitikləri respublika iqtisadiyyatının destablizasiya amli kimi, həmçinin kredit problemlərilə bağlı məsələləri qeyd etmişlər. “Fitch”in ekspertləri hesab edirlər ki, problemli kreditlərin (90 gün) xüsusi çəkisi 2015-ci ilin nəticələrinə görə kreditlərin ümumi həcmində 9,5% artıb. Qeyd olunur ki, 2014-cü ilin sonunda bu göstərici 8,3% təşkil etmişdir.

 

Manatın məzənnəsi

Fevralın sonlarında manatın öz rekord həddinədək düşməsinə —bir dollar üçün 1.62 baxmayaraq, artıq martın sonuna doğru manat 1.50. azn səviyyəsində möhkəmlənmişdi.

Azərbaycan prezidenti İlham Əliyev manatın taleyindən danışarkən bəyan edib ki, indi bank sektorunun möhkəmləndirilmə və sağlamlaşdırılma prosesi gedir və bu istiqamətdə çox mühüm addımlar atılmışdır.

Aliev

“Maliyyə nəzarəti sahəsində addımlar atılmışdır. Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət edəcək. Biz bank əmanətlərinin tam sığortasına dair qərar qəbul etmişik ki, bu həm sosial səciyyə daşıyır, həm də əhalinin bank sektoruna inamını artırır. Təəssüf ki, bu gün əmanətlərin böyük bir hissəsi dollarla saxlanılır. Təbii ki, bu amil iqtisadiyyat üçün pozitivlik təşkil etmir”, – deyə İlham Əliyev bildirmişdir.

Bununla yanaşı, dövlət başçısı qeyd etmişdir ki, manatın məzənnəsi sabitləşib və innən belə dollarlaşdırma meylləri dayandırılacaq. “Mən hesab edirəm ki, milli valyutaya inam artdıqca, əhali müvafiq qərarlar qəbul edəcək. Heç kimi heç nəyə məcbur etmək lazım deyil. Elə etmək lazımdır ki, vətəndaşlar öz əmanətlərini milli valyutada saxlamaqda daha maraqlı olsunlar”, — deyə o əlavə edib.

Ölkə iqtisadiyyatının maliyyə “şok”undan sonra az və ya çox dərəcədə oyanmasına baxmayaraq, iş yerlərinin ixtisarı dayanmamışdır ki, bu isə əhalinin ödəniş qabiliyyətinə güclü zərbə vurur. Belə vəziyyət öz növbəsində təbii ki, bank sistemi və iqtisadiyyatın digər sahələrinə neqativ təsir göstərir .

Problemli kreditlər
Və məhz bu səbəbdən bu gün bank kapitalının üçdə birini 1 mart 2016-cı ildə ümumi həcmi 1 329,5 milyon manat olan problemli kreditlər təşki etmişdir.

“Problemli kreditlərin həcmi 1 fevral ilə müqayisədə 14,9 milyon manat və ya 1,13%, illik hesablamada 191,3 milyon manat və ya 16,8% artmışdır. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,5% təşkil etmişdir. Fevralın 1-də bu göstərici 6,2% -ə, 2015-ci ilin analoji dövründə isə 5,5%- ə bərabərdir “, – deyə, Mərkəzi Bankın bəyanatında bildirilir.

Bütün bu rəqəmlər onu göstərir ki, bu gün Azərbaycanda bank sektoru böyük təzyiq altındadır və bankların “özünə gəlməsi” üçün ölkə iqtisadiyyatının sağlamlaşdırılması üzrə tədbirlər davam etdirilməlidir. Azərbaycandaki iqtisadi durumu şərh edən ekspert Fuad Əlizadə, əmin olduğunu bildirmişdir ki, Azərbaycan ilin əvvəlində ölkə ÜDM-in artım templərinin enməsindən irəli gələn mənfi tendensiyanı qıra bilər.

“Növbəti dəfə lokomotiv kimi qeyri-neft sektoru çıxış etməlidir. Əsas təlimat sahələrini tikinti sektoru və kənd təsərrüfatı təşkil etməlidir. Tikinti sektorunun İnkişaf etdirilməsinin vacibliyi belə bir üstünlüklə şərtlənir ki, burda hər qoyulan manat digər sahələrdə əlavə olaraq dörd manat verir. Kənd təsərrüfatında söz əlbəttə ki, pambıqçılığın inkişaf etdirilməsindən gedə bilər. Qeyd edək ki, artıq bu ilin sonu üçün biz mühüm həcmdə pambıq əldə edə bilərik və artıq “ağ qızıl”ın realizəsi ölkəmizin iqtisadiyyatına əhəmiyyətli valyuta ehtiyatları verə bilər “, – deyə iqtisadçı vurğulamışdır.

Azərbaycanda turizm sahəsinin inkişafı haqqında danışarkən isə, ekspert qeyd edib ki, turistlər atəş səslərindən qorxurlar, odur ki, Garabağ münaqişəsi həll olunmayınca əcnəbilər regiona səfərlərdən çəkinib ehtiyat edəcəklər.

Tikinti sahəsinin dirçəlişi

Son iki il ərzində tikinti sektorundaki vəziyyət məlum səbəblərə ğörə çox dəyişmişdir ki, bu da məhz həmin sektorun əsas gəlir mənbəyi olduğundan bir çox azərbaycanlılar üçün problemə dönmüşdür. Məlum olduğu kimi, inşaat sektoru bir sıra digər zəncirvari sahələri işə cəlb edir ki, bu da böyük sayda iş yerləri deməkdir və hazırki reallıqlar fonunda bundan imtina məqsədəuyğun deyil. Və əgər ölkə prezidenti bu sahəyə diqqət yetirməsəydi, ölkə iqtisadiyyatı yaxın gələcəkdə tikinti sahəsində böhranın bütün nəticələrini öz üzərində hiss edərdi.

Beləliklə, prezidentin göstərişi ilə cari ilin birinci rübündə 31 mini daimi olmaqla 37 min yeni iş yeri yaradılıb. Digər tərəfdən 13 min iş yeri bağlanmışdır, bununla belə, müsbət balans göz önündədir.

“Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda olmuşdur. Bu məsələ həllini mənim göstərişimlə tapdı, çünki tikinti və digər sektorlarda bəzi işlər təxirə salınmışdı. Ona görə də işsizliyi aşağı səviyyəyə endirmək üçün mən dövlət şirkətləri və dövlət qurumları tərəfindən yeni iş yerlərii açmağa dair qərar verdim. İctimai işlər liə bağlı yerlər açılır. Əlbəttə ki, ilin birinci rübündə belə miqdarda iş yerlərinin açılışı insanların sosial müdafiəsi üçün nəzərdə tutulub”, – deyə prezident vurğulayıb.Həmçinin qeyd etmək lazımdır ki, artıq bu il regional inkişaf sahəsində də böyük layihələr öz həllini tapmalıdır ki, buna təxminən 2 milyard manat lazımdır.Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə özəl sektorun hesabına təmin edilməlidir. Beləliklə, qeyri-neft sektoruna qoyulacaq investisiyalar, iqtisadiyyatın daha da canlanması, yeni iş yerlərinin yaradılmasına yardım göstərəcək və ölkədə yeni ixrac məhsulu istehsal olunacaq.

Bundan başqa, bu gün Azərbaycanın tikinti kampaniyaları əsasən postsovet məkanında olmaqla artıq Azərbaycanın hüdudlarından kənarda böyük sifarişlər həyata keçirirlər. Əgər bu sahəyə tikinti materiallarını da əlavə etsək, ölkə xarici valyuta ilə də xeyli gəlir əldə edə bilər.

Qərb qaz dəhlizinə stavka edir

Azərbaycan ABŞ-nın Cənub Qaz Dəhlizinin $1 mlrd dəyərində istiqrazlarıni almasına nail olmuşdur. Bundan başqa, Azərbaycan prezidentinin ABŞ səfəri və Amerika rəhbərliyi ilə Cənub Qaz Dəhlizi üzrə razılaşmaları rəsmi Vaşinqtonun bu layihənin həyata keçirilməsində maraqlı olduğunu göstərdi.

gazMövcud reallıqlarda Cənub Qaz Dəhlizinin ABŞ – na nə qədər lazım olduğunu şərh edən Fuad Əlizadə Dalma Newsin müxbiri ilə söhbətində ABŞ- nın bütün qərb dünyasının maraqlarının müdafiəçisi rolunda çıxış etdiyini bildirmişdir.

“ABŞ administrasiyasının mövqeyi ondan ibarətdir ki, Azərbaycan bu gün təbii qazın Avropa İttifaqına çıxış mənbəyinin yeganə yeni alternatividir. Yəni təklif olunan Rusiya layihələrindən fərqli olaraq, Avropa İttifaqına enerjidaşıyıcılarının nəqlinin diversifikasiyası üzrə yeni resurs bazası və Azərbaycanın simasında yeni provayder barədə söz gedir. Daha doğrusu, ABŞ-ın öz müttəfiqi— Aİ-na enerjidaşıyıcılarının nəqlinin diversifikasiyası məsələsində siyasi dəstəyindən söz gedir”,-deyə o qeyd edib.

Ekspertin sözlərinə görə , BTC (Bakı-Tbilisi-Ceyhan) neft kəmərindən fərqli olaraq, Cənub Qaz Dəhlizinin ABŞ-ına birbaşa iqtisadi faydasından danışmağa dəyməz. Axı, əgər BTC-nın həyata keçirilməsində Amerika şirkətləri də iştirak etmişdisə, “Cənub Qaz Dəhlizi”nin layihəsində onlar fəaliyyət göstəmirlər.

Borununı təhlükəsizliyinin təmin edilməsinə gəlincə, burada təhlükəsizliyin qarantı Cənub Qaz Dəhlizi iştirakçıları olan ölkələrdir. “Yəni, burada layihənin mühafizəsi üçün ABŞ tərəfindən hər hansı qüvvələrin cəlb ediləcəyindən söz ola bilməz”,- deyə Əlizadə bildirmişdir.

Hazırlayanı Nicat Hacıyev