“Bakılı oğlanlar” («Парни из Баку») – bu, hələ sovet dövründə tez-tez televiziya ekranlarında görünən, keyfiyyətli yerli yumorun əfsanəvi veteranı Yuli Qusman başda olmaqla gənc Bakı məzhəkəçilərinin komandasıdır.
Hər şey isə belə başlamışdı: uzaq 1967-ci ildə Qusman dostları ilə birlikdə müstəqil Bakı klubu yaradır. 1968 –də o artıq kapitan idi və burda o, daha 7 il liderlik edəcəkdi.
Şən və hazırcavablar klubunun (ŞHK) komandası elə ilk gündən uğur qazanmışdı. 1967-68-ci il mövsümündə bakılılar Moskva İnşaat mühəndisləri institutu komandası üzərində qələbə qazanmışlar. Qusman həmin görüşü təbəssümlə xatırlayır; kapitanların müsabiqəsində onun rəqibi Kuybışev аdına Moskva İnşaat mühəndisləri institutundan olan Andrey Меnşikov idi.
Eynəkli cavan oğlan öz görkəmilə elmin dərinliklərinə varan ziyalı gənc təsiri bağışlayırdı. Qusman isə özünün etiraf etdiyi kimi, o vaxt dəbdə olan bakılı bığları ilə əsl pomidorsatana oxşayırdı.Oyunun mövzusu “dəniz” idi. Kodlar, koordinatlar, qovşaqlar. Tapşırıq isə: zaldan sevimli qızı çağırıb, onun tapşırığını yerinə yetirmək. Andrey həyat yoldaşını çağırır. O xahiş edir ki, “bığlı gənclə ” kapitansayağı danışsın. Меnşikov dəniz professionalizmi ilə bağlı termin və toponimləri yağış kimi yağdırmağa başlayır. Qusman bir anlığa çaş-baş qalıb özlüyündə düşünür ki: “Birbaşa efir! Televiziyanın qarşısında anam, atam… və bütün Bakı!”… Menşikov öz üstünlüyünü dərk edərək qalibliklə dəsmalını yelləyir. Və burda bakılı xahiş edir ki, Andrey sualı təkrar etsin. Tamaşaçılar düşünür ki, , Qusman məğlubiyyət anını qəsdən uzadır, ancaq bu zaman o, tosqun yerişlə mikrofona yaxınlaşıb cavab verir: “nöqtə-tire-nöqtə-tire- nöqtə-tire…”, Morze əlifbası!
İmprovizasiyanın uğuru onda idi ki, Qusman kimi Menşikovun da müsabiqəyə hazırlaşmağa vaxtı yox idi. Və o, Morze əlifbasını, başa düşmürdü, yəqin ki, münsiflər heyəti kimi ümumiyyətlə elə zal da. Menşikov qəribə, anlaşılmayan bir sual verərkən elə cavab almalı olmuşdu ki, bunu nəinki təkcə o, həm də bütün zal başa düşməmişdi.
1969-70 ci il mövsümündə “Bakılı oğlanlar” Yakuboviç və Xazanovun oynadıqları Odessa soyuducu institutunun komandası ilə görüşmüşlər. Finalda Bakı komandası kapitan müsabiqəsində “qazandığı” bir xal fərqi ilə, qalıb gəldi.
Həmin görüşdə Yuli Qusman gondarma bığı qoparmaqla böyük furor yaratdı. Sözümüzün qüvvəti, bu səhnə naminə o, əsl bığını qurban verməli olmuşdu. Oyun ərəfəsində Qusman öz müəlliflərinin böyük təzyiq və təkidi altında “doğma” bığları ilə vidalaşmalı olmuşdu.
1971-ci ilin sonunda ŞHK-nu senzuranın təzyiqi altında bağlayırlar. O, yalnız 1986-cı ildə yenidən dirçəlir.
Qusmanın komandasınınn xoşbəxt adı “Bakılı oğlanlar”ı 1988-ci ildə artıq yenidən dirçələn və kapitanının Anar Məmmədxanov olduğu ŞHK götürdü.
Komandaya müxtəlif vaxtlarda Bəhram Bağırzadə, Timur Vaynşteyn, Samir Abdullayev, Ənvər Mənsurov, Azər Məmmədzadə, Elçin Əzizov, Murad Dadaşov, İmanov qardaşları, Vado Korovin, Emil Abbasov, Yana Nikitina, İlqar Nəbiyev, Kamran Əhmədov, Casim Fаris, Elnur Məmmədov, Mehdi Мirsəlimov, Zaur Tağıyev, Dmitri Yanqurazov, Tamerlan Əliyev, Vidadi Мəмiyev, Eldar Hüseynov, Leonid Rabinoviç, Vadim Epsteyn, Ceyhun Nəzərli, Аlışan Qədirov və Pərviz Məmmədov daxil olmuşlar. Siyahı qəsdən qısaldılmamışdır, çünki bu uşaqların hər biri Azərbaycan Şən və hazırcavablar klubunun yaradılma tarixinə parlaq, temperamentli, təkrarolunmaz obrazlar yaradaraq öz sanballı töhfəsini vermişdir.
Komanda özlərinin məşhur musiqi nömrələri sayəsində şöhrətlənmişdir; “Azərbaycan – muğam ölkəsidir və burada musiqi ön sıradadır”, – deyə onun iştirakçıları deyirdilər.
Ən yaddaqalan nömrə “Üç böyük tenor”dur: iştirakçılar Pavarotti, Dominqo və Каrrerasaya parodiyalar edirlər. “Bakılı oğlanlar” həmişə uğur qazanmışlar. Belə ki, onlar 1992-ci ildə mövsümün çempionu; 1993 –oyunun finalistləri ; 1995 –yay kubokunun sahibləri; 2000 –on ən yaxşı klub turnirinin qalibləri olmuşdur. Bu klubları başqa cür “XX əsrin çempionları” adlandırırlar.
Komandanı həmişə gülməli əhvalatlar təqib etmişdir. Onlardan biri 1993-cü ilin dekabrında “Bakılı oğlanlar” Moskvaya final oyununa uçarkən baş vermişdi. Əlverişsiz hava şəraiti üzündən təyyarə Nijni Novqorod aeroportunda enməyə məcbur olmuşdu. Uçuş-enmə zolağı o dərəcədə duz bağlamışdı ki,təyyarə üçün trap vermək mümkün deyildi. Sərnişinlər 20 dərəcə şaxtada əlləri sadəcə olaraq dona-dona böyük dəmir pilləkənlə enməli oldular.Necə deyərlər, sonrası daha “maraqlı” idi: qonaqları heç kim qarşılamadı! Onlar elə belə də təyyarə ilə yan-yana qaldılar. Bakılı üçün belə şaxtaya tab gətirmək asan deyil. “Gəlin qızınaq!”, – deyə onlardan bərk qorxmuş biri təklif etdi. Hansısa bir bez parçası taparaq şar şəklində büküb futbol oynamağa başladılar və tezliklə soyuq hava limanı stadiona çevrildi. Bütün sərnişinlər – КVN-çilər və müəllimlər, həkimlər və elmlər namizədləri – hamı futbol oynayırdı. Oyun təxminən bir saatadək – aeroport personalı az qala lap qüllələrin üzərində totalizator açanadək davam etdi.
ŞHK hər bir iştirakçının həyatında iz qoymuşdur. Vado Korovin şoumen olmuşdur. O, KVN haqqında belə deyir: “Əgər pafosla ifadə etsək,”KVN ” mənə hər şey verdi! Bu özünü göstərmək və başqalarını görmək, ideyaları həyata keçirmək, , çox maraqlı insanlarla tanış olmaq imkanıdır… ” KVN ” — bu, gənclik, ən yaxşı xatirələr, həyatımda ən qiymətli dəyərlərdir!”
Bu gün komanda bazasında bütöv bir teatrın yaradıldığı Azərbaycan televiziyasında öz xüsusi verilişini aparır. Hər il konsert mаrаfonları keçirilir. Mütəmadi olaraq yumoreskilər buraxılır.
“Bakılı oğlanlar” yüksək yaradıcılıq fəaliyyətlərini davam etdirirlər: 25, 26 və 27 apreldə “Bakılı oğlanlar planeti” növbəti komediya konserti keçirəcək.
Hazırlayanı Ravil Alazov