Ötən həftə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Gürcüstana növbəti rəsmi səfəri olmuşdur ki, səfər zamanı o, öz gürcü həmkarı Levan İzoriya, həm də bu ölkənin baş naziri Georgi Kvirikaşvili ilə görüşmüşdür. Görüşlər zamanı bildirilmişdir ki, iki ölkəni strateji tərəfdaşlıq bağlayır və bu münasibətlərin regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlməsi çox mühüm və vacibdir.

236045344

«Bizdə hərbi sahədə əməkdaşlığın böyük potensialı var. Bunu Gürcüstanın müdafiə naziri qeyd edib. Bütün bu təşəbbüsləri alqışlayır və dəstəkləyirəm. Əminəm ki, bizim əməkdaşlığımız daha sürətlə inkişaf edəcək»,– deyə Həsənov görüşün yekunları üzrə keçirilən mətbuat konfransında bildirmişdir.

Planlaşdırıldığı kimi, ikitərəfli görüşlərdən başqa, mayın 23-də Acarıstanda, kurort şəhəri Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Zakir Həsənov, Levan İzoriya və Fikri Işıkın növbəti üçtərəfli görüşü keçirildi.

«Müdafiə qurumlarının başçıları Gürcüstan, Türkiyə və Azərbaycanın Baş qərargah rəhbərlərinin cari ilin payızında Gürcüstanda ilk dəfə keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətini müzakirə etmişlər. Nazirlər qeyd etmişlər ki, üç ölkənin birinci hərbi simaları arasında başlanmış format praktiki əməkdaşlığın istiqamətlərini daha da dərinləşdirəcəkdir», – deyə görüşün başa çatması üzrə yekun mətnində bildirilir.

Üç ölkə Silahlı Qüvvələri baş qərargah başçılarının qarşıdaki görüşünə dair bəyanatdan başqa, həmçinin o da qeyd olundu ki, ölkələr bir neçə hərbi təlim keçirilməsini planlaşdırırlar. Onlar arasında üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirakı ilə iyunun 4 – 14-də Türkiyədə «Caucasus Eagle» Türkiyə-Gürcüstan-Azərbaycan hərbi təlimləri , eləcə də bu ilin sentyabrında keçiriləcək qərargah kompüter təlimləri də vardır.Gürcüstanın Müdafiə nazirliyi Azərbaycan və Türkiyədən olan həmkarlarına növbəti dəfə hərbi qulluqçuları Besika Kutateladze adına Saçxer dağ hazırlığı məktəbində aparılan ixtisaslaşdırılmış kurslara (İmereti regionu) göndərməyi təklif etmişdir.

Üç ölkənin hərbi əməkdaşlığı getdikcə daha da möhkəmlənir, lakin Gürcüstanın bu ittifaqdaki vəziyyəti ucundan ölkənin bir çox sakinlərini «dumanlı şübhələr narahat edib üzür».

Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlıq formatının yaradılması yolunda İlk addımlar hələ 2012-ci ildə Mixail Saakaşvilinin idarəçiliyi dövründə atıllmişdir. Lakin hakimiyyət dəyişəndən sonra, müdafiə nazirliyi başçısının İrakli Alasaniyanın olduğu «Gürcü arzusu» koalisiyasının idarəçiliyi zamanı üç dövlət müdafiə idarələri başçıları səviyyəsində yeni sektorial əməkdaşlıq formatı yaratmaq barədə razılığa gəlmişlər. Bu siyasəti sabiq müdafiə naziri Tinatin Xidaşeli də fəal davam etdirmişdir.

Müdafiə nazirliyinə rəhbərlik edən və bu üçtərəfli əməkdaşlıq formatını irəli sürən «Azad demokratlar» və «Respublikaçılar» partiyalarının liderləri 2016-cı ildə Gürcüstanda keçirilən parlament seçkilərində iflasa uğradılar. Bununla onlar faktiki olaraq siyasi gedər-gəlməzə yuvarlandılar. Belə qərara Gürcüstan əhalisi gəlmiş, gürcü seçicisi öz sözünü demişdi.

Artıq yuxarıda qeyd olunduğu kimi, əməkdaşlığın rəsmi məqsədi regionda sülh və təhlükəsizlikdir. Bunu eşidərkən belə bir sual yaranır, Levan İzoriya öz azərbaycanlı həmkarından, Azərbaycanın ali siyasi rəhbərliyinin nümayəndələrindən rəsmi Bakının Qarabağ münaqişəsinin hərbi yolla həllinə hazır olmasına dair bəyanatlar eşitməmişdirmi? Bu qəbildən olan bəyanatlar tamamilə açıq və nümayişkaranə edilir. Ötən ilin aprel hadisələri göstərdi ki, Cənubi Qafqazda irimiqyaslı hərbi münaqişənin meydana çıxması tamamilə mümkündür. Öz növbəsində, Türkiyə nəinki Azərbaycana təkcə hərbi, iqtisadi və siyasi yardım göstərir, həm də öz müttəfiqini tamamilə açıq surətdə problemin hərbi yolla həllinə sövq edir.

Belə olan vəziyyətdə regionda müntəzəm keçirilən hərbi təlimlərin hansı sülhü saxlamalı olmasını dərk etmək zəruriyyəti yaranır. Köhnə «sülh İstəyirsənsə, müharibəyə hazır ol» prinsipi bu vəziyyət müqabilində açıq-aşkar uyğun deyil. Artıq iyirmi ildir ki, Azərbaycanda revanş ideyası hökmrandır və bütün dövlət fəaliyyəti məhz onun üzərində mərkəzləşib qurulmuşdur. Bəs regionda tammiqyaslı hərbi münaqişə baş verərsə, Gürcüstan hansı vəziyyətdə qalacaq? Belə olan surətdə Gürcüstan hakimiyyəti özünü necə aparacaq?

Heç kəsə sirr deyil ki, onlar Azərbaycan və türk investisiyalarının güclü asılılığı altındadırlar. Gürcüstan rəhbərliyi dəfələrlə rəsmi Ankara yaxud Bakının icazə və razılığı olmayan layihələrdən imtina etməli olmuşdur.

Lap bu yaxınlarda Didqor döyüşündə qələbə gününü rəsmi bayram elan etməyə dair parlamentçilərin təşəbbüsü ilə bağlı səs-küylü hadisə baş vermişdir. Gürcüstanın tarix elmində bu döyüşün analoqu yoxdur, çünki həm Gürcüstan dövlətinin dirçəlişi, həm də xalqın ucdantutma qırğından xılası məhz çar İnşaatçı Davidin səlcuq türkləri üzərindəki bu qələbəsindən başlamışdır. Buna cavab olaraq, Türkiyə səfirliyi yumşaq və diplomatik tərzdə qanun layihəsini qəbul eləməməyi xahiş etmişdir. Belə xahiş nə ilə müqayisə oluna bilər? Bu, ruslardan Borodino və ya Kulikov döyüşlərində, ingilislərin Trafalqardaki qələbəsini , amerikalıların isə Britaniya imperiyasından Müstəqillik gününü qeyd etməməyi xahiş etməyə bənzəyir.

Beləliklə, qonşusu yaxud müttəfiqi ona belə xahişlərlə müraciət etməyi özünə rəva bilirsə, bu gün Gürcüstan nə dərəcədə azad və müstəqildir?

Cənubi Qafqazda ciddi qeyri-sabitlik başlayarsa nə baş verə bilər? Bizim Acarıstan Muxtar Respublikasını nə gözləyir? Axı, heç kimə sirr deyil ki, bu regionda Türkiyənin təsiri günbəgün deyil, saatbasaat artır. Onu da unutmaq olmaz ki, Acarıstan Rusiya tərəfindən bütün digər gürcü regionlarından daha sonra osmanlı Türkiyəsinin əlindən alınmışdı.Bundan əlavə, Batumidə necə deyərlər, düz yerdə baş verən son iğtişaşlar düşünməyə vadar etməlidir. Tanınmış gürcü eksperti Giya Хuхаşvili hesab edir ki, gürcülərə Didqori gününü rəsmən bayram etməyə qadağa qoymaqla, türklər Batumidə tarixən məşhur Əziziyyə məscidini bərpa etməyə çalışırlar ki, bu da birbavasitə Didqori qələbəsinin аntipodudur.

Əlbəttə, dövlətə güclü ordu lazımdır ki, onu daim təlimləndirmək, inkişaf etdirmək və döyüş ruhunda saxlamaq lazımdır, lakin doğrudanmı, kimsə ciddi olaraq düşünür ki, Gürcüstanın ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək mümkün olacaq? Belə bir vəziyyətdə yeni əraziləri itirmək şansı köhnələri qaytarmaqdan xeyli çoxdur. Bütün bunlar həmçinin elə böyük itkilərlə bağlı ola bilər ki, bu haqda düşünmək belə dəhşətlidir. Belə vəziyyətdə yalnız onu arzulamaq qalır ki, Allah Gürcüstanı yeni bəlalardan hifz etsin – onun tarixində belə dərd-bəlalar onsuz da kifayət qədərdir.

İrakli Çxeidze (Тbilisi), xüsusi olaraq Dalma News üçün