İndi bütün dunya siyasətçi və politoloqları yeni ABŞ prezidenti Donald Trampın nə kimi xarici siyasət aparacağını aydınlaşdırmağa çalışırlar. Azərbaycanı isə, təbii ki, ilk növbədə Trampın ümumiyyətlə Cənubi Qafqaz regionuna və xüsusilə Azərbaycana münasibəti maraqlandırır.

Belə təsəvvür yaranır ki, ABŞ hələ də bu məsələni həll etməmişdir və bəlkə də onun qəbulu Cənubi Qafqaz ölkələri elitalarının gözlədiyindən daha çox vaxt tələb edəcək. Bir çox Amerika siyasətçiləri və ekspertlərinin lap tezliklə ABŞ-nın regionda əvvəlki siyası mövcudluq formatına qayıdacağını bildirsələr də, Vaşinqtonda hazırki əhval-ruhiyyə bu ümidləri doğrultmur.

Bu rəylə MKİ və ABŞ Dövlət departamentinin eks-analitiki, publisist Pol Qobl da razılaşır. Onun sözlərincə, Trampa görə, böyük ölkələr kurs verməli, qalanları isə ona əməl etməlidir. «Trampın belə yanaşması nəinki təkcə Cənubi Qafqaz, həmçinin digər ölkələr üçün də fəlakətə dönər»,- deyə ekspert bildirmişdir.

2631cd21-7cb6-4d28-b20a-ff0375a1bb08_cx0_cy1_cw0_mw1024_s_n_r1İntəhası, onun fikrincə, Tramp, həmçinin kobud və aqressiv ultramillətçı ritorikaya meyllidir və güman etməyə ciddi əsas var ki, onun xarici siyasəti müxtəlif ağlasığmaz və xoşagəlməz nəticələrə gətirib çıxara bilər. «Ola bilsin ki, Tramp özunə maraqlı olmayan sahələrə aid hərbi-siyasi məsələlərə məhəl qoymur və bütün ehtimallara görə, Cənubi Qafqaz da bura daxildir ki, ABŞ-nin ona munasibətdəki xarıcı siyasəti dəyişməz qalmalıdır. Digər tərəfdən hamıya yaxşı məlumdur ki, Tramp Putinə rəğbət bəsləyir və o güman ki, Rusiya ilə dostluq munasibətlərini saxlamağa çalışacaq. Beləliklə, belə bir ehtimal var ki, Trampın prezidentliyi dövründə ABŞ-nın Cənubi Qafqaza dair siyasəti bu regionda Rusiyanın azad əl-qol açmasını nəzərdə tutacaq»,- deyə o vurğulamışdır. регионе»,- отметил он.

4f952c89-fa84-42a4-9cba-fd350f42885c_cx0_cy5_cw0_w987_r1_s_r1

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn Dalma Newslə söhbətində Trampın seçilməsinin xüsusilə, postsovet məkanının siyasət məsələlərində bəzi risklər daşıdığını istisna etməmişdir. «Postsovet məkanı gündəminin bir çox məsələləri üzrə Putinə güzəştlər mümkündür. Ancaq ABŞ-da belə bir məsəl var: prezidentliyə namizədin meydanlarda dediklərinin heç də hamısı Ağ evdə təkrar olunmur. Odur ki, gəlin, Trampın prezident vəzifəsində ilk addımlarını gözləyək. Ancaq birmənalı olaraq, Trampın prezidentliyi dövründə bizim regionun problemləri, Qarabağ məsələsi onun xarici siyasətində prioritet kəsb etməyəcək»,- deyə o bildirmişdir.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə qeyd edir ki, Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır. «İndiki halda Amerika xalqı Trampı seçmişdir və biz onunla is aparacağıq.

«Bizi bu halda yalnız Amerika prezidentinin gələcəkdə ölkəmizin maraqlarını nə dərəcədə nəzərə alacağı narahat edir. Və bununla əlaqədar istərdik ki, ABŞ-nın yeni rəhbərliyi hər cür lobbiçi qruplar və anti-azərbaycan qüvvələrin nüfuzundan qaçaraq, Azərbaycan qarşısında tərəfdaşlıq öhdəliklərini dəstəkləsin.

403165320

Əlbəttə, Obama adminstrasiyası ölkəmizə münasibətdə xeyli ədalətsizliyə yol vermişdir, ancaq zənnimcə, indiki adminstrasiya bu səhvləri düzəldərək münasibətlərin əvvəlki səviyyəsinə qayıdacaq Bizim bir arzumuz var, bu da ondan ibarətdir ki, Ağ Evin yeni sahibi bizim ölkənin regiondaki rolu və əhəmiyyətini dərk etsin. Mən bu gün onu əcaş tuturam ki, regionumuzda ABŞ-nın maraqlarının realizəsi Azərbaycanla strateji və qarşılıqlı faydalı əməkdaşlıqdan asılıdır»,-deyə Seyidov bildirmişdir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Trampa taniş və yeri gəlmişkən, yetərincə yaxşı taniş olan ölkədir. Tramp əvvəllər Azərbaycana investisiyalar həyata keçirdiyindən şübhəsiz, bu baxımdan ölkənin cəlbediciliyini başa düşür. O, Azərbaycanda layihə həyata keçirmişdir ki, bu işdə onun tərəfdaşları Azərbaycanın nəqliyyat naziri, oliqarx Ziya Məmmədov və onun oğlu Anar olmuşlar. Tramp 2014-cü ildə bildirmişdi ki, Trump İnternational Hotel & Tower Baku onun rəhbərlik etdiyi təşkilatın ən önəmli layihələrindən biridir. Onun adını daşıyan əksər otellər kimi, Bakıdaki 33 mərtəbəli bina da şəxsən Donald Trampa məxsus deyil. Onun prezident kampaniyası zamanı təqdim olunan maliyyə hesabatlarına əsasən, hələ istifadəyə verilməmiş otelin menecmentı üzrə toplanan pul 2,5 milyondan 2,8 milyon ABŞ dollarınadək təşkil etmişdir.

Bir neçə vaxt öncə isə, əldə olan məlumata görə, Ziya Məmmədov öz yaxın əhatəsində demişdi ki, Tramp ABŞ prezidenti olarsa, onun baş-nazir kürsüsü ilə təmin olunduğunu demək olar və beləliklə o, təqiblərdən qurtarar . Lakin gurcü politoloqu Gela Vasadzenin fikrincə, hərçənd Trampın Azərbaycandaki biznes-maraqları bu ölkənin ABŞ ilə münasibətlərində müəyyən rol oynaya bilsə də, onları çətin ki, elə bir mühum amil hesab etmək olar. «ABŞ kimi ölkənin xarici siyasət kursu kiminsə, o hətta Birləşmiş statlarin prezidenti olarsa belə, şəxsi maraq və mənafelərlə deyil, institutlarla müəyyənləşir.

Bu başqa məsələdir ki, ABŞ respublika partiyasının əksər nümayəndələri Azərbaycanla əzəli və möhkəm təmaslara malikdirlər. Heç də təsadüfi deyil ki, Amerikanın «Azərbaycanla dostluq qrupu» üzlərinin əksəriyyətini məhz respublikaçılar təşkil edir»,-deyə Vasadze vurğulamişdir.

gela_vasadze2

ABŞ on illiklər boyu Cənubi Qafqaz ölkələri ilə öz münasibətlərinin arxitekturasını qurur. Əlbəttə üslub azca da olsa dəyişə bilər, ancaq fundament və aparıcı konstruksiyalara gəlincə, onlar dəyişməz qalacaqlar»,- deyə Gela Vasadze fikrini yekunlaşdırır.

ABŞ səfiri Robert Sekuta, həmçinin Azərbaycana münasibətdə yeni prezidentin kursunun necə olacagını proqnozlaşdırmağa ehtiyat edir. «Biz hələ Trampın Azərbaycana hansı siyasəti seçəcəyini bilmirik. Yeni adminstrasiya formalaşandan sonra o öz xarici siyasət kursunu formalaşdırar»,-deyə o vurğulamışdır.

Lakin bununla belə, ABŞ və Azərbaycan arasında 24 il ərzində yaranmış münasibətlər cətin ki, pozula. Donald Trampla yanaşı, ABŞ Konqresinin qəbul etdiyi qanunlar, eləcə də Dövlət departamenti və Pentaqonun instruksiyaları ilə idarə olunacaq. Bundan əlavə, ABŞ-nın öz milli mənafeləri və təhlükəsizliyin təminı üzrə maraqları var ki, Tramp bir prezident kimi, onları kənarda qoya bilməz .Və təsadüfı deyil ki, «New York Times» qəzetinin redaksiyasında nəşrin kollektivi ilə görüşü zamanı Donald Tramp deyib ki, özünün radikal seçkiqabağı bəyanatlarını ciddi qəbul etməsinlər.

 Məqsud Talıblı (Bakı)