Bu gün Gürcüstan ağır demoqrafik vəziyyətdədir. Ölkədə qeyri-sabit siyasi və iqtisadi vəziyyət ucundan hələ fertil yaşda qadın və gənc kişilərin böyük bir faizi yaşamaq üçün xaricə yollanır.
Gürcüstanda millətin yaşlanma tempi son dərəcə yüksəkdir: əhalinin çox hissəsini pensiya sınli insanlar təşkil edir.
2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Fondunun Gürcüstanda apardığı tədqiqatın nəticələrinə əsasən, artıq 2050-ci il üçün Gürcüstanı demoqrafik böhran gözləyir. Bunun səbəbləri — ölkə əhalisinin 28% və ya 1,17 milyon nəfər azalması. Amerika beynəlxalq inkişaf agentliyinin (USAID) məlumatına görə, əhalinin sayının sürətlə aşağı düşmə siyahısında olan 232 ölkə arasında Gürcüstan 16-cı, doğum səviyyəsinə görə isə 174-cü yerdə qərarlaşıb.
Əhalinin sayını öyrənmək məqsədi daşıyan siyahıyaalmanın 10 ildə bir dəfədən az olmayaraq keçirilmə zəruriyyətinə baxmayaraq, 2002-ci ildən bəri Gürcüstanda bu proses aparılmamışdır. İntəhası, 2014-cü ilin son demoqrafik tədqiqatın nəticələri bütün ictimaiyyəti şok vəziyyətə gətirdi. “Gürcüstanın demoqrafik intibah fondu”nun təsisçisi Tamar Çiburdanidzenin sözlərincə, 2002 – 2014-cü illər arasındaki dövrdə Gürcüstan əhalisi 15% azalaraq 657731 nəfər təşkil etmişdir. Ekspertin dediyincə, dinamika belə davam edərsə, 2050-ci ildə Gürcüstan əhalisi daha 28 % azala bilər.
Son tədqiqatlara əsasən, Gürcüstan əhalisi təkcə paytaxtda azalmır. Ölkənin regionları da az ağır vəziyyətdə deyil. Мtsхеtа və Qardabani az qala kifayət sayda sakini olan yeganə rayonlardır. Digərlərinə gəlincə isə, onlarda demoqrafik vəziyyət qaneedici deyil. Raça–leçxumi və Kvemo-Svaneti bölgələrində ağır vəziyyət müşahidə olunur ki, demoqrafik tədqiqatların nəticələrinə əsasən, orda əhali 37% azalmışdır. Onların ardınca 27% göstərici ilə Sаmeqrelo və Zemo Svaneti, sonra isə əhalisinin sayı 10% azalmış Acarıstan gəlir.
“Bu, Аcar regionu üçün nonsensdir: əvvəllər bu bölgədə əhali heç vaxt azalmamışdır, odur ki, bu rəqəm Acarıstan üçün son dərəcə təhlükəlidir”, – deyə Çiburdanidze qeyd etmişdir.
İmeretidə əhali 166 min nəfər azalmışdır. Gürcüstanın iri şəhərləri arasında ən acınacaqlı demoqrafik vəziyyət Kutaisidə müşahidə olunur ki, orda əhalinin sayı 28 min nəfər əksilmişdir.
İmeretidə əhali 166 min nəfər azalmışdır. Gürcüstanın iri şəhərləri arasında ən acınacaqlı demoqrafik vəziyyət Kutaisidə müşahidə olunur ki, orda əhalinin sayı 28 min nəfər əksilmişdir.
Ölkədə əhalinin sayının azalması əsasən kəndlərin boşalması ilə izah olunur. Sakinsizləşmiş kəndlərin sayı katastrofik surətdə artır. “Gürcüstan demoqrafik intibah fondu”nun nümayəndəsi deyir ki, hələ bu yaxınlaradək içində ailə yaşayan evlərin çoxunun qapısı bu gün mıxlanmış vəziyyətdədir. Bundan başqa, belə kütləvi viran qalmaya səbəb həmçinin 2002 -2014-cü illər arasındaki dövrdə öz parlaq əksini tapan miqrasiya prosesləri olmuşdur. Ölkəni tərk edənlərin sayı bura gələnlərdən 760 min nəfər çoxdur. Bu gün miqrantlar 5%, mühacirlərin sayı isə 88 mindən çox adamı təşkil edir.
Parlamentin nümayəndəsi, Gürcüstan baş nazirinin demoqrafiya məsələləri üzrə müşaviri Dmitri Хundadze Gürcüstandaki acınacaqlı demoqrafik vəziyyətin əsas səbəbini daxili və xarici miqrasiya proseslərində görür, çünki ölkə ərazisinin 2/3-si dağlıq regionlarla təmsil olunur. Daxili miqrasiya hələ ötən əsrin 80-ci illərində özünə yer tapmışdı, son 20-30 il ərzində isə vəziyyət yalnız pisləşmişdir.
Хundadzenin sözlərincə, əhali əsasən dağlıq bölgələri tərk edir.Rəsmi statistikaya görə, Gürcüstanda 2002-ci il üçün 164 kənd tamamilə tərk edilib boşalmış hesab olunur, 152-sində isə 10 və daha az ailə yaşayırdı. Lakin, son 14 il ərzində çox güman ki, bu kəndlər öz azsaylı sakinləri tərəfindən də tərk edilmişdir.
“Hazırda Gürcüstanda demoqrafik böhran ən böyük milli problemdir. Əhalinin tərk edilmiş bölgələrə qaytarılması düşünülmüş siyasət halında mümkündür. Son 20 il ərzindədə bizim bu sahədəki fəaliyyətsizliyimizi nəzərə alsaq, Birləşmiş Millətlər Təşkilatınin göstərdiyi fəlakətin qarşısını almaq mümkün deyildi ,” – deyə Dmitri Хundadze vurğulamşdır
Demoqrafın sözlərinə görə, bu gün ən ağır demoqrafik vəziyyət Gürcüstanın Raça regionudadır.
Bütün rayonu dolaşmaq olar, ancaq orda bir uşağa belə rast gəlmək olmaz
1966-cı ildə Rаçi Oni və Ambrolauri rayon mərkəzlərində şagirdlərin sayı 8200 nəfər idi. 2013-cü ildə isə bu rayonlarda artıq cəmi 1831-ə yaxın şagird qeyd olunmuşdu. Müvafiq olaraq, məktəblərin sayı da üçqat — 91-dən 31-dək azalmışdı.
Son məlumatlara görə, Gürcüstanda, artıq 236 tərk olunmuş kənd var. Demoqrafın sözlərincə, demoqrafların, bunların sırasına dövlət sərhədində olan yaşayış məntəqələri də daxildir. 157 yaşayış məntəqəsində 1-dən 5 nəfərədək sakin yaşayır, 2002-ci ilə olan məlumatına görə, 28 kənd çox məskunlu hesab olunurdu, intəhası, artıq 2014-cü ildə bu say, həmçinin qaçqınların da məskunlaşması nəzərə alınmaqla 12-yə enmişdir.
Bu problemin həlli üçün 2016-cı ildə dağlarda məskunlaşma haqqında Qanun çıxdı ki, “Gürcüstanın demoqrafik intibah fondu”nun təsisçisi Tamar Çiburdanidzenin fikrincə, bunun sayəsində tərk edilmiş kəndlərin sayı azalmalıdır.
O, həmçinin qeyd edib ki, cari il mayın sonunda demoqrafik siyasəti təkmilləşdirmək məqsədilə parlamentə baxılması üçün iki sənəd təqdim olunacaq: “Demoqrafik təhlükəsizlik Konsepsiyası” və ” Yaşlanma siyasəti sənədi”. Bundan başqa, həmin layihələr sayəsində Gürcüstan genofondu təhlükə altına düşməyəcək.
Gürcüstanın demoqrafik tarixi
Son illər Zaqafqaziyada tarixən yaranmış demoqrafik balans nəzərəçarpacaq dərəcədə pozulmuşdur. 20-ci əsrdə ağır həyat şəraitinə baxmayaraq, Gürcüstan əhalisi, xeyli artmışdır. 1926-cı ildən 2010-cu ilədək artım tempi 307,7% təşkil etmişdir.
Dmitri Хundadzenin sözlərinə görə, hazırda Zaqafqaziyada yaranan demoqrafik disbalans ilk növbədə Gürcüstanla bağlıdır, çünki tarixən Gürcüstan əhalisi həmişə çoxsaylı olmuşdur. Bütün Zaqafqaziya əhalisinin 35%-i, daha doğrusu hər üçdən biri burada, 30,4%-i isə Azərbaycanda yaşayırdı. Hərçənd, sonradan vəziyyət dəyişmişdir: 2010-cu ilə doğru Azərbaycanın faiz göstəricisi artaraq 38%-ə qalxmış, Gürcüstanınki isə azalaraq 18%-ə enmişdir.
Rusiya imperiyasında aparılan siyahıyaalmaya görə, artıq 19-cu əsrin sonuna doğru Gürcüstan əhalisi 2 milyon nəfər təşkil etmiş, 20-ci əsrin sonuna isə daha 5 dəfə artmışdır. 1989-1992-ci illər arasındaki dövrdə Gürcüstan əhalisi 5,4 milyon nəfər təşkil etmişdir. Bu, ölkədə ən yeni tarix dövründə ən yüksək göstəricidir. O vaxtdan əhali get-gedə azalır və millətin qocalma prosesini dayandırmaq olmur.
Gürcüstan Dövlət departamentinin statistikası demoqrafiya idarəsinin son məlumatlarına görə, ölkədə demoqrafiyanin real mənzərəsi xarici mütəxəssislərin göstərdiklərindən daha ağırdır. Əvvəllər ildə 20 min nəfərdən çox olmayan xarici miqrasiya göstəricisi bu gün 27 min nəfər təşkil etmişdir. Nə qədər kədərli olsa da, statistika təsdiq edir ki, Gürcüstan demoqrafik fəlakət qarşısındadır.
Yoxsulluq statistikası
Gürcüstanın müxtəlif regionlarında yaxınlarda aparılan araşdırmalar göstərdi ki, ölkə əhalisinin 38%-i yoxsulluq həddində yaşayır. Gürcüstanın ən kasıb bölgəsi Rаçа-leşxumidir ki, region əhalisinin 44% -indən çoxu dövlətdən sosial yardım alır. Yoxsul əhalinin miqdarı üzrə ikinci yeri Şida Kartli tutur ki, orda 263 383 nəfərlik əhalinin 54 935 nəfəri (20,8%) sosial yardım alır. Üçüncü yerdə Mtsexa-Mtianetidir ki,orda 94500 nəfərin 18 702-si (əhalinin 19,8%-i) sosial yardım alır, ancaq 39 319 nəfər (41,6%) yoxsulluğa iddia edir.
Demoqraf Avtandil Sulaberidze hesab edir ki, hər bir ölkənin demoqrafik və iqtisadi inkişafı fundamental prinsiplərə əsaslanır. Bugünkü vəziyyət – bu, necə deyərlər, demoqrafik keçiddir ki, tez və ya gec hər bir xalq ordan keçməli olacaq.
“Mənim hazırladığım layihədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün lazım olan bütün kompleks tədbirlər cızılmışdır. İlk növbədə demoqrafik siyasət bəyannaməsini daxil etmək lazımdır ki, burada yalnız bir Fondun səyləri kifayət deyil. Proqram dövlət səviyyəsində həyata keçirilməlidir, lazım olan miqdarda maddi və maliyyə resurslarının səfərbər edilməsi tələb olunur. Məsələn, körpə və uşaqlara bir ilədək 20 –dən 30 lariyədək yardım göstərmək üçün büdcədən 20-dən 22 milyon lariyədək vəsait ayrılması lazımdır, Hökumət nə deyirsə desin, bu gün belə proqram var, yalnız və yalnız onu tətbiq etmək lazımdır “, – deyə demoqraf bildirmişdir.
Tamar Çiburdanidzenin qeyd etdiyi kimi, son vaxtlar 1 yaşdan 5 yaşadək uşaqların sayı artmışdır. Həmçinin gənclər arasında ölüm faizi nəzərəçarpacaq dərəcədə azalıb, lakin kişilər arasında qəza və ya ürək-damar xəstəliklərı üzündən ölüm hallarının səviyyəsi hələ də yüksəkdir.
Rəsmi məlumatlara görə, abortların sayı 6 min azalmışdır. 2002-2008-ci illər ərzində ölkədə doğumun kəskin azalması müşahidə olunurdu. 2015-ci ildə Bütün Gürcüstan Katolikos-Patriarxı, Müqəddəs və Mərhəmətli İkinci İlyanın ailədə üçüncü və ondan sonrakı bir uşağın
Patriarxın xaç övladı ola biləcəyinə dair təşəbbüsü sayəsində ölkədə doğum səviyyəsi kəskin surətdə artmışdır. Bu gün Patriarxın 27 min xaç övladı vardır.
2001-ci ildən bəri ölkədə 630 min uşaq doğulmuşdur, halbuki, onun hüdudlarından kənarda 200 min gürcü anadan olmuşdur. Parlamentin səhiyyə və sosial məsələlər üzrə komitə sədri Dmitri Хundadzenin qənaətinə görə, ölkədə demoqrafik vəziyyətə ən böyük mənfi təsiri vətəndaşların mühacirəti göstərmişdir.
2014-cü ildə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə, ölkənin altı regionunda bir proqram işə salınmışdır ki, onun çərçivəsində ailədə üçüncü və ondan sonrakı bir uşaq dövlətdən pul yardımı alırdı.
“Biz demək olar ki, bir il ciddi ekspertlərlə işləmiş və nəticədə altı bölgədə əhalinin əhəmiyyətli dərəcədə artmasına nail olmuşuq. 2015-ci ildə rekord sayda üçüncü və sonrakı uşaqlar anadan olub — 9149”, – deyə Tamar Çiburdanidze vurğulayır.
BMT-nin Gürcüstan əhalisinin sayı ilə bağlı proqnozları çin olacaqmı,mühacirlər ölkəyə qayıdacaqlarmı, boşalmış kəndlər məskunlaşacaqmı — bütün bunlar zamanın məsələləridir. Bununla belə, hakimiyyət radikal tədbirlər görməyincə əhalinin yoxsulluğu və millətin qocalma prosesi gürcü reallığının ən mühüm və ağrılı məsələlərl olaraq qalacaq.
Şorena Papaşvili, xüsusi olaraq Dalma News üçün