«Səni qulaq, eşitmə qabiliyyəti, göz və ya siyasətçilərdən kimsə aldada bilər, ancaq ürək və ondan gələn musiqi – heç vaxt!»

Bu sözlər bir çox illər əvvəl Gürcüstanda caz musiqisinin birinci Qafqaz festivalında iştirak edən Amerika cazmeninə məxsusdur. İllər ötmüş, amma gürcü, Azərbaycan və erməni cazmenləri əvvəlkitək hələ də Tbilisi festivalı çərçivəsində tooplaşıb təcrübə mübadiləsi aparır və cazın sonsuz imkanlarından söz açırlar. Yaxın zamanlardan İran və Türkiyə də festivalda iştirak edir.

20170619_200410_672
Елена Мечитова – директор фестиваля

Sayca səkkizinci Qafqaz caz festivalı iyunun 14-19-da və ilk dəfə olaraq «Jazz Up The Borders» («Caz sərhədləri») devizi altında keçirilib. Üç gün ərzində gürcü caz həvəskarları axşamlar paytaxtın «Мüştəid» parkında toplaşaraq həm yerli ifaçıları, həm də xarici qonaqları dinləyirdilər.

Festivalın ilk günü — iyunun 14-də tamaşaçılar qarşısında Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan olan ifaçılar çıxış etdilər. Konserti Auditorium A gürcü qrupu məşhur «İlk gün – son gün» Gürcüstan filmindən «Poçtalyonun mahnıları»nın caz versiyasının ifası ilə açdı. Qrupun solisti Sandro Кvаçаdzеnin Dalma Newsə müsahibəsində dediyi kimi, o bu mahnını çox sevir və buna görə də aranjirovkanı dəyişmək ideyası yaranmış və nəticə gözlənildiyindən daha yüksək olmuşdur. Musiqiçinin sözlərinə görə, odur ki, gürcü klassikası melodiyalarını yeni — caz ruhunda populyarlaşdırmaq istiqamətində fəal işləməyi planlaşdırır.

«Qafqaz caz festivalı onunla fərqlənir ki, müxtəlif ölkələrin mədəniyyətlərini birləşdirir. Keçən il festival Axaltsixedə keçirilib. Mənim İran, Türkiyə,Azərbaycan və Ermənistan cazını dinləmək imkanım var idi. Bu tədbirin siyasi çəkişmələrdən kənar sərbəst ünsiyyət imkanı verməsi mənim üçün çox mühüm və vacibdir »,- deyə musiqiçi bildirir.

Auditorium A qrupunun özü heç də çoxdan mövcud deyil və əsası 2014-cü ildə qoyulmuşdur. Həmin trionun üzvləri bunlardır: gitaraçı — Zuka Simonişvili, təbilçi — Daniel Оdikaşvili və basist — Sandro Кvаçаdzе. Qrupu tez-tez Tbilisinin «Zinger» caz kafesində dinləmək olar.

Festivalın açılış günü səhnədə Ermənistanın dinləyicilərə erməni motivlərilə bir neçə caz kompozisiyası bəxş edən «Trio Lyusi Хаnyan» üçlüyü peyda oldu. Onların ardınca Artur Grigoryan Quintetin (David Tаtеvоsyan — truba, Karen Qriqoryan — klavişli alətlər, David GeodakyanArman Mnatsakanyan — bas) çıxışı keçdi, daha sonra isə festivalın qonaqlarını artıq Azərbaycandan olan «ZZAJ Patterns» qrupu salamladı.

65279_750_463

Elə ilk gündən təbilçi Georgi Меlikişvili (Gürcüstan), saksofonçu Armen Usnunts (Ermənistan), pianoçu Salman Qəmbərov (Azərbaycan) və basist Şentürk Öztaş (Türkiyə) kimi təcrübəli ifaçılar paralel olaraq, ustad dərsləri çərçivəsində tələbələrlə cazın üstünlük və müdriklikləri üzrə öz tövsiyələrilə bölüşdülər. Ustadlar xüsusi dəvət olunmuş qonaqlar timsalında səhnədə öz çıxışları ilə yekun konsertini açdılar.

Salman Qəmbərov — Azərbaycandan olan 58-yaşlı musiqiçi tamaşaçılar qarşısına necə deyərlər, beynəlxalq bendlə çıxdı. Pianoçu öz-özünə, müstəqil olaraq caz-menə dönmüşdür, buna görə də onun musiqisi canlı, orijinal və bənzərsizdir. O, Azərbaycan dövlət konservatoriyasının musiqi nəzəriyyəsi fakültəsinin məzunudur, 1996-cı ildə Bakustic Jazz qrupnu yaradıb. Onun sözlərincə, öz karierası boyu digər mədəniyyət və üslublarla muqayisədə caz musiqisinin mövqeini ifadə etməyə çalışır.

Türk basisti, bəstəkar və instrumentalisti Şentürk Öztaş 1986-cı ildə anadan olmuş, Yıldız texniki universitetinin incəsənət və dizayn fakültəsini bitirmişdir. O, öz Songs From A Breeze qrupu ilə birlikdə müxtəlif beynəlxalq caz festivallarında iştirak edir.

Festivalda dəvət olunmuş qonaq sifətilə ABŞ-da Corc Meli təxəllüsü ilə daha çox tanınan Georgi Меlikişvili çıxış etmişdir. Musiqiçi Tbilisidə anadan olmuş, lakin musiqi təhsilini xaricdə almışdır: nüfuzlu Berklee College Of Music musiqi kollecini bitirmişdir.

New York City Jazz Recordun fikrincə, Меlikişvili Nyu-York caz səhnəsinin veteranıdır. Corc Meli müxtəlif vaxtlarda Esperansa Spaldinq, Leo Cenovoze, Avişay Koen,Qabriel Qross və s. məşhur musiqiçilərlə əməkdaşlıq etmişdir.

DSC09445Festivalın ən fəal iştirakçılarından biri tanınmış erməni saksofonçusu Armen Usnuntsdur. Onun karyerası 45 il əvvəl pianoda çalmaqla başlayıb. O vaxt Коmitas аdınа Yerevan dövlət konservatoriyası məzununun ağlına belə gəlməzdi ki, dünya şöhrəti ona tamamilə başqa bir musiqi aləti sayəsində gələcək. Musiqi məktəbini bitirəndən sonra Armen nəfəsli orkestrdə saksafon çalmağa başlayır. Beləliklə, o, tədricən caza aludə olur və Time Report Band etnocaz-kvinteti yaradır.

«Mən musiqi ilə həmişə maraqlanıb məşğul olurdum, sакsаfоn isə məni caza daha da yaxınlaşdırdı, hərçənd, məncə, bu alət simfonik orkestrdə də çox gözəl səslənir. Yaxşı caz öz-özlüyndə sirayətləndirici və yoluxucudur »,- deyə Usnunts Dalma Newsə müsahibəsində bildirmişdir.

Bundan başqa, Usunts 2011-ci ildən Ermənistan dövlət caz-bеndinə rəhbərlik və dirijorluq edir. O, müsahibəsində etiraf etmişdr ki, Qafqaz caz festivalını onun lap meydana gəldiyi vaxtdan izləyir, çünki region ölkələrinin musiqiçiləri ilə ünsiyyət şansı yalnız bu tədbirdə yaranır. Bu layihənin öz məqsədi, qonşu ölkələr arasında gələcək münasibətləri istiqamətləndirmə missiyası var.

«Obyektiv və ya subyektiv səbəblərdən Tbilisi Qafqaz regionu musiqiçilərinin dəyişməz görüş yerinə dönmüşdür. Biz təcrübə mübadiləsi və ünsiyyət imkanı əldə etmişik», — deyə erməni musiqiçisi vurğuladı. Usuntsun sözlərinə görə, o, çox ümid edir ki, gələcəkdə nəinki yalnız Tbilisidə gürcü tələbələrə, həm də onların Ermənistan, Azərbaycan və Türkiyə kimi qonşu ölkələrdən olan yaşıdlarına da dərs demək imkanı olacaq.

Festivalın digər iştirakçıları da ümidlə doludurlar. 2017-ci ildə tədbiri bağlayan musiqiçi və caz həvəskarları inanırlar ki, gələn 2018-ci ildə caz musiqisinə məhəbbət Gürcüstan paytaxtında dünyanın müxtəlif ölkələrindən daha çox sayda insanı birləşdirəcək.

Şorena Papaşvili, xüsusi olaraq Dalma News üçün

Fotо: festivalın səhifəsi Facebook sosial şəbəkəsində