Məşhur  azərbaycanlı aktrisa, hind rəqslərinin ifaçısı, Hindistanın ən populyar «India’s Best Cine Stars Ki Khoj» telelayihəsinin qalibi Oksana Rəsulova  Dalma Newsə müsahibəsində  hind  rəqsi, Hindistan və Azərbaycanın başlıca teleşoularındaki  duyğuları, özünün kinofilmlərdəki rolları haqqında  danışdı.

Siz hind rəqslərinin heyranedici ifası ilə tanınmısınız. Bu, bir  azərbaycanlı üçün çox qeyri-adi seçimdir. Bir qədər nə üçün rəqsin məhz bu növünün yrəyinizcə olması haqqında danışın.

Bəli, mən hələ Rusiyada yaşayarkən məhz  hind rəqslərilə tanınmışam. Azərbaycana isə xalis  azərbaycanqanlı olmağıma baxmayaraq, 2008-ci ildə köçmüşəm. Elə orada  Amur dövlət tibb akademiyasında həkim ixtisası üzrə təhsil almış, hərçənd sənətin məhz bu növü məni hələ məktəbdə oxuyarkən cəlb etsə də, hind rəqslərini  əvvəlcə  müstəqil öyrənməyə başlamışam. Sonralar akademiyada mənim xüsusi fakultətivdə (dərnəkdə) real öyrənmək imkanım yarandı. Mənim ilk çıxışlarım da elə orda başlandı. Uzun illər boyu mən  öz  rəqs bacarığı  və qabiliyyətimlə akademiyanı ərazi dairəsi  üzrə birinci yerlərə çıxarmış, hətta  Moskvada xeyriyyə konsertində çıxış etmişəm.

Mən hind rəqsləri, hind filmləri, hind adət-ənənələri və bu ölkə ilə bağlı nə varsa —bunların hamısını lap uşaqlıqdan sevirəm.  O qədər sevirəm ki, hətta hind dilini öyrənməyə başladım. Hind rəqsləri gələcək yaradıcılıq və daxili aləmi qavrayıb dərk etmək üçün mənə çox böyük platforma yaratdı. Hind rəqsləri məndə həyata tamamilə başqa istiqamətlər açdı və bir daha başa düşdüm ki, bu, birmənalı zəkildə mənim gələcəyimin bir hissəsi olacaq. Mən hind rəqsinin dərinliyinə varmağa başladım və rəqsə olan məhəbbət Azərbaycanda analoqu olmayan çox yüksək ustalıq səviyyəsinə gətirib çıxardı.

Оксана Расулова
Oksana Rəsulova

Azərbaycanda milli rəqslər populyardır.Milli rəqsləri ifa etmək  Sizin özünüzə  lazım gəlibmi?

Bəli, mən onları ifa etmişəm. 2014-cü ildə  Hindistanda  10 ildən bir keçirilən «India’s Best Cine Stars Ki Khoj» müsabiqəsindəki  qələbədən sonra  mən Vətənə qayıtdım  və Azərbaycanın mədəniyyət nazirliyi mənə «Sari gəlin» mahnısına  klipin çəkilişində dəstək verdi ki, orda  mən üç versiyadan birini ifa etmişdim.

Siz Hindistanın ən məşhur «India’s Best Cine Stars Ki Khoj» telelayihəsinin qalibi olmusunuz. Buqeyri-aditəcrübə barədə danışın.

«India’s Best Cine Stars Ki Khoj», o, həmçinin — «Hindistanın ən yaxşı kinoulduzuna dön» adlanır ki,  bu,  mənim həyatımda ən böyük layihələrdən biridir və mən ora bu barədə valideynlərimdən başqa heç kəsə heç nə demədən getmişdim. O vaxt valideynlərim məni çox dəstəklədilər. Və mən, allahın köməyilə birinci yeri tutdum. Düzünü deyim ki, 2012-ci ildə mən «Аnupama Кхеrin aktyorluq sənəti Bollivud məktəbini» fərqlənmə diplomu ilə bitirmişəm və bundan sonra məni başqa bir ölkəni təmsil etmək üçün müsabiqəyə dəvət etdilər. Bu, əlbəttə, çox çətin idi. Altı aylıq məşəqqətl iş, sutka ərzində cəmi 2-3 saat yata bilmək imkanı, ancaq mən yorulmurdum, bütün bunlar mənə böyük zövq və məmnunluq bəxş edirdi. Biz elə müsabiqənin keçdiyi «Rac Kapur film studiya»sında yaşayırdıq.

Hərçənd, bir çoxları düşünür ki, bu, rəqs müsabiqəsidir, ancaq belə deyil. Bu aktyor ustalığı müsabiqəsi idi ki, onun bütün iştirakçıları xüsusi müəllimlərlə məşq edib işləyirlər. Müsabiqədə iştirak etdiyim vaxt mən artıq hind dilini 70% bilirdim ki, bu mənə çox kömək etdi. Qələbədən sonra mənə xüsusilə Azərbaycanda yaşayan hindlilər  tərəfindən  çox böyük sayda təşəkkürlər yağdırıldı. Mənim  qələbəm sayəsindəHindistanda nəhayət Azərbaycanın  harada yerləşdiyi və buranın  necə ölkə olduğunu  anladılar. Bu, mənim həyatımda ən sevindirici an idi.

Bəs sizin aktyorluq fəaliyyətiniz indi necə gedir?

Aktyorluq  fəaliyyətim çox yaxşı irəliləyir. Mənim ilk filmim «Qaranlıq düşən zaman» 2014-cü ildə rejissor Samir Кərimoğlu  və «Oksi Media»nın  prodakşeni tərəfindən çəkilmişdir. Bu, triller, fantaziya idi. Sonra isə həm komediya, həm də melodram janrında son dərəcə çox müxtəlif  filmlər və baş rollar olmuşdur. Lap yaxınlarda işıq üzü görən «Mələyin öpüşü» isə zənnimcə,  nəinki təkcə mənim üçün, həmçinin  filmin  bütün  iştirakçıları və tamaşaçıları üçün ən yaxşı müasir kino əsərlərindən biri hesab oluna bilər. Son dərəcə fövqəladə film, fövqəladə aktyor heyəti və gözəl  tarixə maliik əsər. Bu, kino sənayesində Azərbaycanın real irəliləyişidir. Sadəcə ona görə ki, bu, janr baxımından Azərbaycan üçün tamamilə tipik olmayan filmdir

Оксана Расулова
Oksana Rəsulova

«Mələyin öpüşü»/«Поцелуй Ангела»/ filminin  baxışına qədər çoxları onu gurultulu «Səninlə görüşdən əvvəl» filmi ilə müqayisə edirdilər. Hər halda, bu film nə haqdadır?

Bəli, adamların bəzi fikirləri var. Bu fikirlər xüsusilə, sosial şəbəkələrdə rəsmi treylerlə bölüşəndən sonra yaranıb. İnsanlar filmi «Səninlə görüşdən əvvəl»və hind filmi «Kapriz»in plagiatı adlandırmağa başladılar. Mən, öz növbəmdə, bütün bunlara  məhəl qoymamaq qərarına gəldim, ancaq israrla filmin çıxışını gözləməyi, plagiatdan isə daha sonra danışmağı xahiş etdim. Film çıxandan sonra ona baxanlar  artıq  onun bu və ya digər filmlə oxşarlığından söz açmağa son qoydular, əksinə heyran qaldıqlarını bildirdilər və mən bu günə qədər bizim filmin ünvanına heç bir pis şərh yaxud rəyə rast gəlməmişəm.

Tanınmış reper Elşad Xose çəkiliş meydançasında sizin tərəf-müqabiliniz olmuşdur. Onunla işləmək sizin üçün necə keçdi? Çətinliklər oldumu?

Elşad Xose (Rəsulovanın keçmiş əri — müəllifin qeydi) ilə bağlı mən yalnız bir şey deyə bilərəm. Meydançada o, çox yaxşı idi, bu, ilk aktyorluq işi olmasına baxmayaraq, o öz rolunu çox gözəl oynadı. Doğrusu, bizdə çox yaxşı hazırlıq var idi. Süjetə görə, Elşad demək olar ki, bütün film boyu  əlil arabasında yerləşir və  buna alışmaq, həm də inandırıcı görünmək üçün o, düz iki ay həmin arabanı idarə etməyi öyrənmişdi. Bu film, həqiqətən də ən yaxşı rəylərə və tamaşa edilməyə layiqdir.

Oynamaq arzusunda olduğunuz  rollar  vardırmı? 

Əlbəttə, oynamaq istədiyim rollar var. Onların arasında çox  çətin  olanları da var, amma bu məni qorxutmur. Mən, ümumiyyətlə, həyatda çətin olan hər şeyi xoşlayıram. Hətta yaxın dostlarım  məni «yaradıcı manyak» adlandırırlar, çünki mən həmişə nəsə yeni və başqalarının  gücü xaricində  olan bir şeyi sınaqdan çıxarmağı sevirəm. Hazırda mən yenə də «Oksi Media»nın hazırladığı serialda əsas rolu  oynayıram və biz onu Rusiyada göstərmək istəyirik.

Lap yaxınlarda Azərbaycan televiziyasında böyük uğurla ən reytinqli «Maşin» (Maşın) realiti-şousu keçmişdir. Siz orada iştirak edib üçüncü yeri tutaraq qadınlar arasında qalib olmusunuz. Şoudan sonra nə kimi duyğular yaşayırsız?

Bəli, bu 14-cü mövsüm idi. Mən orada üçüncü yeri tutaraq qadınlar arasında qalib çıxdım. Layihə başa çatandan sonra məndə çox xoş hiss və müsbət emosiyalar qaldı, çünki tamaşaçılar mənə  məlum olmayan  səbəbdən mənim davranışıma heyran qalmışdılar. Mən  bu şouda  güclü olmağa, hansısa dərin hisslərə qapılmamağa  çalışırdım, hərçənd bunun realiti-şou olduğunu və mənim coşğun, temperamentli  xarakterimi  nəzərə alsaq, bu, çox çətin idi.

Оksana Rəsulova
Оksana Rəsulova

Bu şouda hər şeydən çətin olanı nə idi?

Şouda səbrli olub özünü saxlamaq çətin idi, çünki iştirakçıların hamısı müxtəlif idi. Mən özüm-özlüyümdə  ağlağan deyil, çox möhkəm və güclü insanam, ancaq elə anlar olur ki, necə deyərlər, küncə qısılmamaq və ya divara dirənməmək çətin olur. Ən ağırı, canlı efirdə pis əməllər gözləmədiyin insanlardan incikliyə məruz qalmaqdır, belə anlarda süstlüyə dalıb zəifliyə yol verirsən.

Sizdə uğurun hansısa bir sirri varmı?

Mən yalnız bir şeyi bilirəm —əgər siz nəyəsə nail olmaq istəyirsinizsə, əgər həmişə istədiyinizi etmək istəyirsinizsə, onda bunu sadəcə deyil, bütün canın və ruhunla istəmək lazımdır. Həm də əlbəttə, maksimum səy göstərmək  lazımdır, çünki heç bir şey göydən sizə elə-belə düşməyəcək. İnanın mənə. Mən həmişə birinci yerə karyeranı qoymuşam və məndə hər şey məhz bu sahədə alınır. Əgər mən şəxsi həyatı və ya sərvəti məqsəd  qoysaydım, bəlkə məndə bu sahələrdə də hər şey alınardı. Bəlkə, bu səhvdir, ancaq mən peşman deyiləm, çünki, mənə  xoşbəxtlik  gətirən yeganə şey  —  mənim işimdir.

 

Söhbəti Leyli Xəlilova aparmışdır