Dalma News qarışıq döyüşlər üzrə (ММА) xaricdəki yarışlarda Azərbaycanı təmsil edən yeganə idmançı Lyudmila Sadırina ilə müsahibəni təqdim edir.

Lyudmila Sadırina

Qarışıq təkbətək döyüş və ya qaydasız döyüşlər – xüsusən də Azərbaycanda qadınlar üçün qeyri-ənənəvi idman növüdür. Siz idmanın bu növü ilə məşğul olmağa necə qərar verdiniz?

Mən deməzdim ki, bu, qadınlar üçün qeyri-ənənəvi idman növüdür. Ümumiyyətlə, bütün dünyada qadınlar idmanın bu növündə heç də pis uğurlar qazanmamışlar. Və onlar gündən-günə daha da çoxalır. Amma Azərbaycana gəldikdə isə, siz haqlısınız, bu idman növünü burada uğurlu adlandırmaq olmaz. Çox təəssüf ki, Azərbaycanda qaydasız döyüşlərlə məşğul olan qızlarları barmaqla saymaq olar..

O ki qaldı məhz mənə, burada hər şey bayağı və sadədir. Hər şey uşaqlıqdan başladı. Mən oğlan uşaqlqrının əhatəsində və burada, müvafiq olaraq, kişi xüsussiyyətlərinin üstünlüyü altında böyümüşəm . Ona görə də artıq erkən gənclikdən mən idmanla fəal məşğul olmağa başladım. 21 yaşimda isə MMA-a gəldim. Əlbəttə, çox hallarda mənim seçimimə elə bu cür həyat tərzi təsir göstərmişdir.

Maraqlıdır, bəs doğmalar və tanışlar buna necə yanaşdılar?

Axı, doğmalar bunu nqcə qəbul edə bilərdilər? (gülür). Əlbəttə, mənfi. Bizim cəmiyyətdə qızın idmanın döyüş növlərilə məşğul olması qeyri-məqbuldur. Əlbəttə, bu məsələdə mentalitet də öz rolunu oynayır. Mən öz doğmalarımdan eyni sözləri eşidirdim: «axı, sən qızsan», «bəs, birdən sənin burnunu sındırsаlar?»…Eh, mən nələr eşitmirdim ki?!… Amma mənim xarakterim uşaqlıqdan möhkəmdir, əgər müəyyən bir qərara gəlmişəmsə, məni ondan döndərmək çətin məsələdir.Odur ki, əzizlərim mənim qərarımla barışmalı oldular.

Bəs onlarda buna münasibət indi necədir? Dəstəkləyirlərmi?

İndi isə hər cür dəstəkləyirlər. Və mən çox şadam ki, onlar mənim seçimimlə razılaşmış və qələbələrimə azarkeşlik edib sevinirlər. Dostlar da dəstəkləyir, lakin qızlar çox vaxt həyəcan keçirib narahat olurlar.

Gəlin, geri – sizin idman karyeranızın əvvəlinə qayıdaq. O necə başladı?

Mənim idman karyeram adi fitnessdən başladı. Ümumi fiziki formanı önəmləşdirmək üçün idman zalına getməyə başladım. Amma sonra MMA ilə məşğul olmaq qərarına gəldim. Əvvəlcə mən heç təsəvvür edə bilməzdim ki, nə vaxtsa yarışlara çıxacaq və ya bu işlə peşəkarcasına məşğul olacağam. Lakin, çox keçmədən mən idmanın qarışıq döyüşlər növünə aludə oldum. Məşqçi məndəki potensialı görüb özümü rinqdə sınamağa imkan vermək qərarına gəldi.

İlk döyüşünüzü xatırlayırsınızmı?

Hə, əlbəttə, yadımdadır, belə bir şeyi unutmaq çətindir! Həm də təkcə ona görə yox ki, bu, mənim ilk çıxışım idi. Mən, nəhayət, öz ölkəmi xaricdə təqdim etmək imkanı qazandım. Yarışlar Böyük Britaniyanın Birminqem şəhərində keçirdi. Bu, həvəskar MMA üzrə Avropa çempionatı idi. Əgər desəm ki, mən son dərəcə sinirli və həyəcanlı idim,deməli, bu, heç nə demək deyil. Məni sadəcə olaraq, vəhşətli bir həyəcan bürümüşdü. Lakin, buna baxmayaraq, mən ölkəmizə bürünc gətidim. Mən Azərbaycan Respublikasının tarixində idmanın bu növü üzrə ölkəni xaricdə təmsil edən ilk döyüşçü qız idim.

Adətən kişilər (hətta, bir çox qadınlar) təkbətək vuruşlarla məşğul olan qadın idmançını tənqid еdirlər.Belə hallarla tez-tezmi üzləşirsiniz? Və onlara necə yanaşırsınız?

Bəli,bəli! Bu, mənim «sevimli» mövzumdur. Lakin bu mövzuda tənqid deyil, daha tez-tez zarafat edirlər. Necə yanaşıram? Cavabında onlara gülümsəyirəm. Mən tənqidi təbəssümlə qarşılamağa çalışıram. Mən həyat və idman karyerasından nə istədiyimi bilirəm, ona görə də buna doğru gedirəm . Mən önəmli insanların rəyini dinləyə bilərəm, amma seçim hüququnu özümə saxlayıram.

Azərbaycan Respublikasında təkbətək döyüşlə məşğul olan idmançı qadınlara olan münasibət dəyişibmi?

Bizdə bir çox qızlar müxtəlif təkbətək döyüşlərdə təmsil olunurlar. Üstəlik, əgər bu idmanın olimpiya növləridirsə. Mən ümid edirəm ki, onlar var idi, var və olacaq. Əgər söhbət təkbətək döyüşlərdən gedirsə, bu gün artıq idmançıları kişi və qadınlara ayırmırlar. Sadəcə, idmançı var. MMA-daki qadınlara gəlincə, bizim cəmiyyət hələlik onlara öyrəşməmişdir. Bu, idmanın bir qədər təhlükəli növüdür, çünki qadınları nədənsə zəif cins adlandırırlar və onlara müvafiq münasibət göstərirlər. Mən hesab edirəm ki, bütün bunlar stereotiplərdir və onları nə vaxtsa sındıracaqlar. Amma zənnimcə, bu, yaxın beş ildə baş tutmayacaq.

Sizin üçün MMA — bu, həyatda əsas məşğuliyyətdir yoxsa sadəcə bir hobbi?

Mən öz həyatımı bütünlüklə bu işə həsr etmək istərdim, amma, çox təəssüf ki, Azərbaycanda bu idman növündə qadınlar üçün perspektivlər görmürəm. Təəssüf ki, mən bunu indi dəqiq başa düşürəm, amma çox ümid edirəm ki, hər şey dəyişəcək.

ММА-da sizin qibləgahınız kimdir?

Ümumiyyətlə, mənim iki qibləgahım var (gülümsəyir). Kişilər arasında – bu, əlbəttə ki, Коnоr Макqreqоrdur. Qadınlar arasında isə — Кris Sayborq.

Bu gün Azərbaycanda MMA hansı səviyyədədir?

Bu gün qarışıq təkbətək döyüş bütün dünyada böyük populyarlıq qazanır. Azərbaycanda da MMA federasiyası var. Ölkə idmanın bu növünün inkişafı istiqamətində ilk addımlarını atır. Bizdə artıq beynəlxalq yarışlarda çıxış edən bir sıra kişi döyüşçüləri var. Eyni şeyi qızlar haqqında demək olmaz. Təəssüf ki, qızlar qarışıq təkbətək döyüşə böyük maraq göstərmirlər.

İndi siz MMA–ı müvəqqəti tərk etmisiniz. Nə üçün? Və bu gün siz nə ilə məşğulsunuz?

Artıq yuxarıda dediyim kimi, mən qadın MMA-nın perspektivlərini görmürəm, ona görə də hələlik getmək qərarına gəlmişəm. Bu gün yalnız fiziki formamın inkişafı ilə məhdudlaşır, güc göstəricilərimi təkmilləşdirirəm. MMA – bu, elə bir idman növüdür ki, hərtərəfli inkişaf tələb edir, ona görə də mən MMA ilə bərabər, pauerliftinq və krossfitlə məşğulam. Və indi də bu istiqamətdə inkişafı davam etdirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə pauerliftinq və krossfit üzrə yarışlarda iştirak edəcəyəm.

Adətən bir çox qadın idmançılar heç lətafətli və qadınlığa müvafiq görünmürlər ki, sizin haqqınızda isə bunu demək olmaz. Siz bu idman növü ilə məşğul olmaqla belə bir qadın zərifliyi və gözəlliyinə necə müyəssər olursuz?

Lyudmila Sadırina

Çox sağ olun! Yəqin ki, mənim gözəlliyimə görə ilk növbədə, atamla anama təşəkkür eləmək lazımdır (gülür). Mən özüm də bilmirəm, bu mənə necə müyəssər olur. Görünür, öz üzərimdə inadkar məşq illəri hədər getməmişdir.

İdman və məşqlərdən asudə vaxtınızı necə keçirirsiniz? Bəlkə, gözəllik salonları, manikür və ya başqa qadın zəiflikləri?

Əlbəttə, hər bir qız kimi, mən də özümə qayğı və qulluq göstərməyi, maska və manikür…. etməyi sevirəm. Amma ümumiyyətlə, mənim həyatımda bir neçə zəiflik var— bu yuxu və qidadır (gülür). Və əgər mənim boş vaxtım olursa, mən adətən, ya yeyirəm, ya da sadəcə uzanıb televizora baxmağı sevirəm.

 

Hazırlayanı Таtyana Ələkbərova