Çimərlik mövsümünün açılışı özüylə təkcə əyləncə deyil, həm də ölüm faktlarını gətirdi. Səbəblər müxtəlifdir, lakin bədbəxt hadisələrin baş verməsi çox hallarda insanların öz məsuliyyətizlikləri və ehtiyatsızlıqları ucbatından baş verir.
Dənizdə sağ qalmağın çox sadə qaydaları var. Xilasedicilərin olmadığı ərazilərdə çimmək olmaz, xüsusi quraşdırılmış nişanlardan uzağa üzmək olmaz, dalğalı havada dənizdə çimmək olmaz.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində 7 nəfər həyatı ilə vidalaşıb, daha 4 nəfəri isə FHN-nin xilasediciləri ölümün cəngəsindən qurtara biliblər.