Bu gün RF Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana qısamüddətli işgüzar səfəri gözlənilir.
Rəsmi informasiya mənbələrinə görə, bu səfər çərçivəsində ikitərəfli əlaqələrin müxtəlif aspektləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ATƏT-in Minsk qrupu həmsədri kimi Rusiyanın onun nizamlanmasındaki rolu müzakirə ediləcək,- deyə “Sputnik.az” xəbər verir.
Xatırladaq ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə ərazi zəminində baş qaldırmışdı. Münaqişənin mərkəzində Dağlıq Qarabağ vilayəti durur. 1994-cü ilin mayında tərəflər atəşkəs rejimi əldə etmiş və bu günədək ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa, eləcə də ABŞ-nın həmsədrliyilə hələlik heç bir nəticə verməyən danışıqlar aparılır.