Dünən, avqustun 27-də Tbilisinin Şota Rustaveli adına beynəlxalq aeroportunun 40-dək süpürgəçisi tətil elan etmişdir. Bu haqda “Новости-Грузия”ya aeroport adminstrasiyasının mətbuat xidmətində bildirmişlər.
“Tətil hava limanının işində əngəl törətməmişdir. Etiraz aksiyası olmamışdir”,- deyə aeroportun mətbuat xidmətində qeyd etmişlər.
Onların məlumatına görə, tətilçilər aeroportun podratçı şirkətinin əməkdaşlarıdır ki, onlar əmək haqqlarını qaldırmağı tələb edir, sığorta pulu almaq, həmçinin qida və iş yerinədək nəqliyyatla təmin olunmaq istəyirlər.