Tanınmış azərbaycanlı skripkaçı, Beynəlxalq və Ümumrusiya müsabiqələrinin diplomantı, Rusiyanın «Qızıl skripkası» adlandırılan Anar Yusifov Azərbaycana qayıtmış və qarşısına gənc həmkarlarına kömək etmək məqsədini qoymuşdur. Musiqiçi Dalma News müsahibəsində özü və yaradıcılıq planları barədə ətraflı söz açmışdır.
— Anar, siz artıq uzun müddətdir ki, Rusiyada yaşayırsınız. Ziz oraya nə üçün köçmüsünüz?
— On yaşım olanda skripkada çalmağı öyrənməyə başladım. Anam məni 16 saylı musiqi məktəbinə verdi, orada üç il oxuyub Bülbül adına xüsusi orta musiqi məktəbinə, məşhur musiqiçi, professor, xalq artisti Azad əliyevin sinfinə keçdim. Onun rəhbərliyi altında təhsil aldım, məktəbi fərqlənmə ilə bitirdim və təhsilimi Rusiyada davam etdirməyə qərar verdim. Bu, mənim köhnə arzum idi, çünki Rusiya skripka məktəbi həmişə məşhur olmuşdur.Mən Rostov-na-Donuya yola düşdüm və məşhur professor Solomon Borisoviç Kutsevskinin sinfinə daxil oldum.
— Təhsili bitirdikdən sonra niyə geri qayıtmadınız?
— Çünki artıq dördüncü kursda işləməyə başladım. Bu mənim xoşuma gəlirdi. Mənim konsert fəaliyyətim, qastrol turlarım başlandı, sonra bütün Rusiya Federasiyası üzrə qastrol səfərlərində olduğum müxtəlif layihələr yaratmağa başladım. Hətta layihələrdən birilə Bakıya da gəlmişdim. Bu,altı il əvvəl olmuşdu. O zaman mən Azərbaycan ictimaiyyətinə «Gızıl skripka» adlı ən uğurlu layihələrdən birini təqdim etdim. Konsert Azərbaycan dövlət akademik rus dram teatrında kеçirildi.
— Siz Azərbaycanda cəmi bir dəfə konsert verdiniz. Niyə?
— Düzünü desəm, heç kim məni belə məxsusi dəvət etməmişdi. Əsasən yayda, konsert mövsümü artıq bağlandığı vaxt gəlirəm. Vətənimə qayıtmaq qərarına gəldim, çünki çoxlu təcrübə toplamışam – həm pedaqoji, həm də ifaçılıq. Təcrübəmi azərbaycanlı uşaqlarla bölüşmək istərdim. Moskvada keçirilən skripka yarışları çoxdur, amma təəssüf ki, Azərbaycanda yoxdur. İndi mənim vəzifəm uşaqların bu cür ciddi tədbirlər və yarışlarda iştirakına kömək etməkdir.
— Sizi Bakıya kimsə dəvət edib?
— Xeyr, qayıtmağın vaxtı olduğunu hiss etdiyim üçün gəldim. Baxmayaraq ki, bu çox nadir hallarda baş verir, çünki adamlar əsasən vətənlərini tərk edib gedir və onu unudurlar. Artıq mənim 25 deyil, 44 yaşım var. Bu yaşda başa düşürsən ki, xaricdə nə qədər uğurla irəliləsən də, vətənin Azərbaycandadır. Bura mənim üçün daha sakit və rahatdır, əzizlərim və dostlarım yaxındırlar,orda isə ailə və uşaqlar var.
— Rusiyada yolunuzun başlanğıcında xəyalən arzuladığınız hər şeyə nail oldunuzmu?
— Rusiyadakı yaradıcılıq həyatım asan olmadı, çünki azərbaycanlı olaraq başqa bir şəhərdə, qürbətdə olmaq, qohum-əqrəbası, yaxınları olmayan bir ölkədə olmaq çox çətindir. Mən oddan, su və mis borulardan keçmək məcburiyyətində qaldım. Bütün bunlar məni sərtləşdirib bərkitdi. Deyə bilmərəm ki, hər şeyə nail oldum, çünki eniş və yoxuşlar var idi. Musiqiçilərin hamar və düz həyat yolu olmur. İfaçı yaradıcılığa qədər həmişə ac olmalıdır. O, hər gün oyanmalı və daha sonra nə edəcəyini düşünməlidir. Ən əsası, sınmamaq, özünüzə və peşənizə xəyanət etməməkdir. Təəssüf ki, bu gözəl peşəni atan bir çox dostlarımı tanıyıram. Onlar maliyyə problemləri üzündən sınmışdılar. Mən isə sınmamış və qarşımda o vaxt hiss etdiyim kimi, qeyri-real məqsədlər qoymuşam. Sonradan onlar reallaşmışlar. İndi mənə yaratmaq və uşaqları öyrətmək vaxtı gəlib çatmışdır. Ancaq azərbaycanlı həmkarlarımla da çıxış edəcək, öz layihələrimi həyata keçirəcəyəm.
—Sizin «qızıl skripka» şousu hələ də populyardır?
— Mən bu layihəni Moskvada dondurdum, çünki artıq Rusiyanın yarısını onunla gəzmişəm. Mənim həmçinin başqa layihələrim də var. Hər zaman bir layihə ilə məşğul olmaq mümkün deyil. Bakıda Uşaq layihəsini də reallaşdırmaq mümkün olacaq. Fikir və ideyalarım var. Çox ümid edirəm ki, Mədəniyyət nazirliyi və digər dövlət orqanları mənim təşəbbüsümü dəstəkləyəcəklər.
– Siz böyük pul dəyərində olan skripkanızla məşhursuınuz. Şaiələrə görə, o, 200 min avroya dəyər?
— Onun qiyməti 200 min avro deyil. Bəli,mənim skripkam da çox bahadır, buna hər kəsin imkanı yoxdur, ancaq bir az ucuzdur. Bu alət olduqca qeyri -adi formadadır, yəni klassik modeldən fərqlənir. O, Barokko üslubundadır. Bu tip skripkalara hətta Antonio Stradivarinin əsərlərində də rast gəlinir.
Mən bu skripkanı 15 il bundan əvvəl Rusiyada tamamilə təsadüfən aldım. Bir dəfə skripka ustası olan dostum mənə zəng elədii və alətə baxmağa dəvət etdi. Bu musiqi aləti 1862-ci ilin skripkası idi. Anladım ki, bu alət işdə mənə kömək edə biləcək. Həyatımda nə baş verisə versin, bu skripkanı heç vaxt heç kimə verməyəcək və satmayacağam. O, mənim bir hissəmdir. Mənim ondan başqa çox alətlim var. Hər hansı skripkaçının iki və ya üç skripkası olmalıdır.
— Yeni başlayan skripkaçılara nə məsləhət verərdiniz?
— Məsləhətlər olduqca çoxdur. Musiqiçi aləti əlinə aldığı ilk gündən onu sevməlidir. Skripkaçının tərbiyəsi uzun bir prosesdir. Ən azı 20 il məşğul olmaq lazımdır. Mənim 44 yaşım var, amma hələ də öyrənirəm. Sinfimdə hər yeni uşaqla mən də oxuyuram. Onların sayəsində mən də öz qabiliyyətimi, pedaqogikamı inkişaf etdirirəm. Müəllim olmaq üçün sənin sinifində 15-20 şagirdin olması vacibdir. Mənim məktəbim «Qızıl skripka» yaradıcılıq mərkəzi adlanır. Moskvadan başqa, Rusiyanın müxtəlif kiçik şəhərlərinə gedirəm, çünki onlarda vəziyyət o qədər də yaxşı deyil. Orada müəllimlər üçün açıq dərslər, seminarlar, ustad dərsləri keçirirəm. Layihə kiçik şəhərlərə yönəldilir.
Каmillа Seyidova