Gürcüstanda noyabrın 24-də Türkiyənin “F-16” qırıcı təyyarəsi Suriya ərazisində Rusiyanın Su-24 bombardmançı təyyərəsini vurandan sonra Rusiya və Türkiyə arasındaki qarşılıqlı münasibətlərin pisləşməsini etinasızlıqla izləyə bilməzlər. Gürcüstan hökuməti sanki donub qalaraq ehtiyatla hadislərin sonraki inkişafını izləyir. Dünyanın qalan hissəsində isə üçüncu dünya müharibəsi mövzusunun fəal muzakırəsinə və yeni geosiyası poseslərdən danışmağa baslamışlar.

Moskva və Ankara hədələyici tonda kəskin bəyanatlarla çixiş etmiş, Rusiya turoperatorları isə Türkiyəyə putyovka satışına son qoymuşdur.

1718765

Eyni zamanda onlarla Rusiya vətəndaşı Türkiyənin Moskvadaki səfirliyinin yanına toplaşaraq öz etirazlarını Türkiyə səfirliyi binasını yumurta “atəşinə” tutmaqla ifadə etmişlər.

rubric_issue_event_1016442
Rusiya prezidenti Vladimir Putin baş verəni “arxadan zərbə” adlandırmış və Türkiyə hökumətini öz ərazisində radikal islam qruplaşmaları ilə əlbirlikdə suçlamışdır. Rusiya xarici işlər naziri Sergey Lavrovun qənaətinə görə isə insident əvvəlcədən hazırlanmış təxribat səciyyəsı daşıyirdi. Ancaq nazirin sözlərincə, Rusiya Türkiyə ilə vuruşmaq niyyətində deyil və o yalnız Türkiyə ilə öz qarşılıqlı münasibətlərini yenidən nəzərdən keçirəcək.
Türkiyə üzr istəmək niyyətində olmasa da, Rusiya Türkiyədən bunu gözləyir. Üstəlik, Ankara türk təyyarələrinə hücüm halında cavab tədbirləri qəbul edəcəyilə hədələyir Türkiyə prezidenti Rəcəb Teyyib Ərdogan bildirir ki, Rusiyanın türk hərbi-hava texnikasına hücumu Türkiyənin suverenitetınə təcavüz kimi qiymətləndiriləcək. Və belə olan halda Türkiyə öz ərazi bütövlüyünü müdafiə edəcək. Ancaq vəziyyət ildırım sürətilə dəyişir. Türkisə KİV-nin məlumatına görə, Rusiya ilə münasibətlərin gərginləşməsindən sonra Ankara Türkiyə-Suriya sərhəddi boyu uçuşlarına son qoymuşdur. Rusiya hərbi təyyarələri, həmçinin Türkiyə sərhəddinə yaxınlaşmamağa çalışırlar.

Vakhtang-Maisaya_1
Tanınmış gürcü hərbi eksperti Vaxtanq Maisayanın sözlərincə, o, rus-türk munasibətlərinin kəskin surətdə pisləşməsini gözləyir və onlar arasında hərbi qarşıdurmanı istisna etmir ki, bu nəinki təkcə Şərq, həmçinin bütün Qafqaz regionunun durumuna təsir göstərər..

“Qafqaz həmisə Rusiya və Türkiyə qarşıdurmasının əsas episentri olmuşdur. Şübhəsiz, Rusiyadan cavab tədbirləri S-400 “Triumf” zenit-raket sistemlərının (ZRS) təsir arealı 600 km təşkil edir. Onlar Rusiya hərbi birləşmələrinin yerləşdiyi Suriya ərazisindən radiolokasiya sistemlərinə nəzarət edərək 30 km yüksəklikdə istənilən təyyarəni vura bilər. Bundan əlavə, onlar Türkiyənin öz ərazişində də məqsədlərinə çatıb hədəfi vura bilərlər. Odur ki, Türkiyə hökumətındə çaşqınlıq müşahidə olunur. Vəziyyət hər an gərginləşə biər. Rusiya açıq surətdə elan edir ki, belə addıma gedə bilər”, -deyə Vaxtanq Maisaya bəyan edir.

Bu böyük ölkələr arasında vəziyyətin gərginləşməsi halında məbii ki, Gürcüstan özunə əlverişsız vəziyyətdə qala bilər. Gürcüstan üçün hadısələrin ən piş inkişafı hansı ola bilər, sualına ekspert cavab verdi ki: ”Gümrüdəki hərbi baza Rusiyanın sərəncamındadır, Türkiyə ilə Ermənistan arasındakı münasibətlər isə onsuz da gərgindir. Cənubi Qafqazla sərhəddə Türkiyənin təxminən 200 minlik hərbi kontingenti yerləşmişdir. Ən nəhayət, Ermənistan istiqamətində yerləşən 9-cu korpus, həmçinin Türkiyə silahlı qüvvələrinin mühüm hissəsini təşkil edir. Türkiyə həmçinin Bosfor və Dardanel korfəzlərini bağlayıb faktiki olaraq Rusiyanın Aralıq dənizinə çıxışını blokadaya sala bilər ki, Bundan sonra hərbi tranzit qeyri-mümkün olar. Onda Rusiya Suriya hərbi qruplaşmalarını təchiz etmək üçün Gürcüstanın hava məkanından istifadə etməyə cəhd göstərər ki, bu da Gürcüstan üçün problem yarada bilər”,- deyə hərbi ekspert fikrini açıqlayır.

Gürcüstanın Rusiya ilə diplomatik əlaqələrinin olmamasına baxmayaraq, gürcü hökuməti ticarət və iqtisadiyyat baxımından məhz bu ölkəni daha önəmli hesab edir. Və bu istiqamətdə konkret addımlar atılmışdır. Digər tərəfdən Türkiyə də Gürcüstan üçün mühüm iqtisadi partnyordur. Beləliklə, ölkə rəhbərliyi Rusiyanın onun ərazisi vasitəsilə tranzitə ehtiyacı üzündən çətin vəziyyətdə qala bilər.

Nodar-Khaduri

Rusiya-Türkiyə qarşıdurmasına həmçinin Gürcüstanın maliyyə naziri Nodar Xaduri də toxunmuşdur ki, onun sözlərincə, Rusiya və Türkiyə arasındaki gərginlik Gürcüstanın iqtisadı inkişafına mənfi təsir göstərəcək. Bununla belə, nazir ümidvar olduğunu bildirir ki, sonraki eskalasiya və qarşıdurmadan qaçınmaq mümkün olacaq.
“Bu gərginlik nə bizim ölkə, nə də bizim əsas ticarət partnyorlarımız olan ölkələr üçün iqtisadiyyatın inkişafına heç cür sərfəli ola bilməz”,- deyə Xaduri bildirir.

Gürcü ekspertlərinin fikrincə, Gürcüstan hökuməti uzun muddət gözləmə mövqeində qala bilməz, o oz mövqeini bildirməlidir. Hakim koalisiya nümayəndələri hadisələrin inkişafını diqqətlə izlədiklərini bildirərək, hələlik vəziyyəti ehtıyatla səciyyələndirməklə kifayətlənirlər.

Kakha-Kaladze_14

Bas nazirin birinci müavini, Gürcüstanın enerji naziri Kaxi Kaladzenin sözlərincə, Rusiya və Türkiyə arasındaki işlərin vəziyyəti ağır, hətta böhranlıdır və bu, bütün dünyanı narahat edir.

Manana-Kobakhidze_5

Gürcüstanın hakim koalisiyasının daha vir nümayəndəsi, parlament sədrinin müavini Manana Kobaxigzenin qənaətinə görə, Gürcüstan hökumətində Rusiya və Türkiyə arasındakı münaqişə məsələsinə ölçülü-biçili qərar qəbul edilməlidir. Parlamentçi belə hesab edir ki, ehtimal edilən təhlükələri üzə çıxarmaq lazımdır, ölkənin bütün güc strukturları isə kimsə Gürcüstana ziyan vurmağa cəhd göstərərsə vaxtında preventiv tədbir görmək üçün səfərbər olunmalıdır.

“Ölkəmizin komponentli orqanları koordinasiyalı əməkdaşlıq edirlər. Mən ümidvaram ki, ölkəmiz qeosiyasi vəziyyətdən çıxış edərək əlavə təhlükələrlə üz-üzə durmayacaq. Düzgün addımlar ataraq ölçülü-biçili qərarlar qəbul etmək lazımdır”,-deyə Kobaxidze vurğulamışdır.

Zurab-Abashidze_1-1024x679

Rusiya və Türkiyə qarşıdurmasından həmçinin Gürcüstan baş nazirinin Rusiya ilə qarşılıqlı əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze də narahatdır ki, o, regionda ciddi destabilizasiyadan söz acır. Onun sözlərincə, bu qarşıdurmanın bəzi elementlərini öz üzərində tranzit ölkə olan Gürcüstan da hiss eləmişdir. “Xususilə cahan muharibəsi ərəfəsində tarixi təcrübə göstərir ki, eskalasiya kiçik bir bəhanədən baslayir, bunun ardınca isə atişma gəlir. Vurulmuş təyyarə ciddi məsələdir, ancaq zənnimcə, yaranmış vəziyyətdən mütləq çıxıs yolu tapılacaq, çünki münaqişənin dərinləşməsi obyektiv olaraq heç kimin maraq dairəsinə daxil deyil. Və bunun elementləri artıq nəzərdən keçirilir. Moskva və Ankaradan kiçik də olsa müsbət səciyyəli siqnallar gəlir”,- deyə Abaşidze bildirir.

Mamuka-Areshidze_3

Öz növbəsində Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze bu ölkələr arasındakı münaqişənin müharibəyə gətirə bilmə ehtimalını istisna edir.

“Biz hər gün münaqişənin dərinləşmə əlamətlərini görürük. Bu gün belə bir məlumat yayılmışdır ki, Rusiya Türkiyədən olan avtomobilləri artıq öz ərazisinə buraxmır və yaxın vaxtlarda Rusiya gəmilərinin də anoloji olaraq Bosfor və Dardaneldən buraxılmayacağını gozləyirəm.

Beynəlxalq sənədə müvafiq olaraq hərbi eskalasiya halında Türkiyənin istənilən ölkə gəmisinin yolunu bağlamaq haqqı var. Bu ölkələrin tərəfdarlarına hucümlar olacaq: Rusiya artıq Suriyanın türkmənlər yaşayan əyalətlərinə hava zərbələri endirməyə başlamişdır. Elə həmin əməliyyatların Rusiyanı dəstəkləyən kürd döyüşçülərinə qarşı tətbiq olunacağı istista olunmur.

Dünya liderləri tərəfindən Türkiyənin yekdil dəstəklənməsinə gəlincə, Areşidzenin sözlərincə, bu qəbildən olan bəyanatlar çox vaxt “bəyanat naminə” edilir. Türkiyə NATO-nun üzvüdür və indiki vəziyyətdə bu təşkilatın müəyyən qaydaları artıq isə salınmışdır, hərcənd qürcü ekspertinin fikrincə, Rusiya və Türkiyənin sonraki konfrontasiyasını dünyada heç bir ölkə lideri dəstəkləməz.

Şorena Papaşvili