Rusiya və Azərbaycan Dağıstanın üç rayonunda sanksiyalaşdırılmış ərzaq mallarının məhv edilməsi üçün poliqonlar yaradacaq. Bu barədə Azərbaycanın baş nazirinin müavini Şərip Şəripov Oxu.az-a bildirib.

Xüsusi poliqonlar Dərbənd, Məhərrəmkənd və Qarabudağkənd rayonlarında yaradılacaq.

“Sabah bu rayonlara Rusiya kənd təsərrüfatı nəzarəti, Rusiya istehlakçı nəzarəti, Dağıstan respublikasının Kənd təsərrüfatı və malları nazirliyinin, Respublikanın Təbii sərvətlər və ekologiya nazirliyinin, veterinariya üzrə komitənin nümayəndələrindən ibarət işçi qrupları yola düşəcək. Onlar yerli idarə orqanlarının əməkdaşları ilə birgə ətraf mühitə zərər vermədən sanksiyalaşdırılmış malların məhv edilməsi üçün yerləri müəyyənləşdirəcəklər”, – Şəripov deyib.

Qeyd edək ki, bu addım Dağıstan istehsalçılarına piştaxtalara öz mallarını çıxarmaq imkanı verəcək.

Xatırladaq ki, ABŞ, Aİ ölkələri, Kanada, Norveç və Avstraliyadan gətirilən ərzaq mallarına 2014-cü ildə Rusiya hökuməti tərəfindən qoyulan qadağa sonradan 2016-cı ilin avqustuna qədər uzadılıb.

Cari ilin iyun ayının sonunda isə ölkə rəhbərliyi Rusiya bazarlarına sanksiya siyahısına daxil olmayan ölkələrin istehsalı kimi daxil olan sanksiyalaşdırılmış malların məhv edilməsi barədə qərar qəbul edib.