Gürcüstan çoxmillətli ölkə kimi qonşu dövlətlərdə gedən proseslərə həmişə həssasdır. 12 iyul 2020-ci il tarixində bütün dünya koronavirus pandemiyası ilə mübarizə apararkən Ermənistan-Azərbaycan sərhədində qurbanlara gətirib çıxaran atışmalar baş verdi. Qarşılıqlı ittihamlar da başlandı, Ermənistan da, Azərbaycan da bir-birini təxribatçı hərəkətlərdə ittiham etdilər.
Ermənistan tərəfi qonşu Azərbaycanın siyasi rəhbərliyini artilleriya tətbiq etməklə öz sərhəd postlarını ələ keçirmək cəhdində ittiham edib. Azərbaycan XİN isə öz növbəsində Ermənistanı iki ölkə arasındakı sərhəddə əraziləri ələ keçirmək cəhdində və Ermənistan tərəfini Azərbaycan ərazisi istiqamətində atəş açmaqda ittiham edib.
İki qonşu ölkə arasındakı münaqişəyə Gürcüstan da cavab verdi. Ölkə prezidenti Salome Zurabişvili baş verənlərdən narahatlığını bildirdi və bəyan etdi ki, bu gün hamı görünməz düşmənlə mübarizə apararkən beynəlxalq həmrəyliyin və dünya sabitliyinin qorunması son dərəcə vacibdir. O, həmçinin ümidvar olduğunu bildirdi ki, bütün lazımi tədbirlər vaxtında həyata keçiriləcək və danışıqlar yolu ilə vəziyyətin daha da kəskinləşib genişlənməsinin qarşısı alınacaqdır.
«Regionumuzun sülh və təhlükəsizliyi həm Gürcüstanın, həm də bizim dost və tərəfdaş dövlətlərimizin – Azərbaycan və Ermənistanın gələcək inkişafı və rifahı üçün vacibdir», — deyə prezidentin yaydığı bəyanatda bildirilir.
«Rədd olsun müharibə!» – Gürcüstandan Ermənistan-Azərbaycan qarşıdurmasına bu cür reaksiya verilib. Erməni gənclərinin nümayəndələri, Gürcüstanın çoxmillətli regionlarından biri olan Samtsxe-Cavaxeti sakinləri dinc aksiya keçiriblər və Gürcüstan hökumətini iki qonşu dövlət arasında münaqişəyə müdaxilə etməməyə çağırıblar.
Aksiya iştirakçılarının rəyincə, «Gürcüstan indiyə qədər heç bir milli münaqişənin olmadığı, qanun və hökumət üçün bu və digər vətəndaşının hansı milliyyətdən, irqdən və etiqaddan olmasının heç bir fərqi olmayan bir ölkədir».
«Biz hərbi əməliyyatların və zorakılığın əleyhinəyik, çünki gənclər həm bu, həm də digər tərəfdən ölür», — deyə aksiya iştirakçıları bildiriblər.
Gürcüstanda yaşayan etnik azərbaycanlılar və ermənilər sülh istəyir. Onlar hər iki ölkənin hökumətlərini müharibə etməməyə, qan tökməməyə çağırırlar. Halbuki əvvəlkitək təxribatlar gözlənilir. Son zamanlar Gürcüstanda da bir neçə xoşagəlməz hadisə baş verib. Gürcüstanda yaşayan etnik azərbaycanlıların və ermənilərin bir-birinə hücum etməsi, avtomobillərə ziyan vurması, bu isə iki ölkə arasında gərginliyin Gürcüstan ərazisinə keçməsinə cəhddən daha çox xuliqanlığa bənzəyir. Təbii ki, bu xuliqanlıq faktları qonşu ölkələr arasında vaxtaşırı hərbi əməliyyatlar aparıldığından xüsusi diqqətə layiqdir.
Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar eyni bir fikirdədirlər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları belə xuliqanlığın qarşısını vaxtında almalıdırlar ki, bu, müəyyən siyasi qruplaşmalara təxribatların qızışdırılması üçün səbəb olmasın. ki, belə xuliqanlığın qarşısını hüquq-mühafizə orqanlarının əməkdaşları vaxtında almalıdırlar ki, müəyyən siyasi qruplaşmalara təxribatların qızışdırılması üçün bəhanə və səbəb olmasın.
Xuliqanlıqla bağlı başqa faktlar da olmuşdur. Məsələn, Kvemo-Kartli regionunun sakini Anna Tandaryanın bizə dediyi kimi, təxminən bir həftə əvvəl Gürcüstan vətəndaşları olan etnik azərbaycanlılar erməni nömrələri olan yük maşınına hücum ediblər. Çünki yerli sakinlər güman etmişlər ki, yük maşını sürücüləri Ermənistan vətəndaşları imiş. Amma əlbəttə ki, bu, hücum faktına heç bir bəraət qazandırmır.
«Üç gün əvvəl naməlum şəxslər mənim sinif yoldaşımın avtomobilini Sadaxlıda yalnız ona görə sındırıblar ki, onun erməni nömrələri var idi. Digər avtomobil onunla toqquşub hadisə yerindən qaçıb. Bu da təxribat əlamətlərindən biridir. Çünki onlar tez – tez Ermənistana getməli olurlar (Red. – Ermənistanda xarici nömrə olan avtomobillərin üzərinə vergi qoyulub. Analoji qanun təxminən bir il əvvəl Gürcüstanda da qüvvəyə minib). Yerli azərbaycanlılar onları Ermənistan vətəndaşları kimi tanıdılar ki, bu da təcavüzə çevrildi. Yerli ermənilərlə azərbaycanlılar arasında isə heç vaxt heç bir problem olmayıb və mən bunu xatırlamıram», — deyə Anna Tandaryan bildirib.
Onun sözlərinə görə, Marneuli Gürcüstanın çoxmillətli bələdiyyələrindən biri olsa da, yerli hakimiyyət, hətta bəyanat səviyyəsində belə, heç bir belə fakta reaksiya verməyib.
«Hətta 2016-cı ilin aprelində, 4 günlük müharibə zamanı yerli sakinlər arasında qarşıdurma yox idi. Yadımdadır, azərbaycanlı və ermənilərin təhsil aldığı məktəbdə müəllimə rəfiqəm deyirdi ki, hətta müəllimlər otağında bir-biri ilə baxışlarla belə təmasda olmamağa çalışırlar ki, təxribat cəhdləri olmasın»,— deyə Аnnа Таndaryan əlavə edib.
Onun sözlərinə görə, yeni nəsil sülh istəyir, bu işdə isə təhsilə böyük rol ayrılır. Anna qeyd edir ki, Ermənistan-Azərbaycan qarşıdurmasının Gürcüstan ərazisinə köçürülməsi yolverilməzdir, gənc ermənilərlə azərbaycanlılar arasında isə daha çox təmas olmalıdır.
«Biz, gələcək nəsil bu münaqişənin həllində, hətta çağırışlar səviyyəsində belə, öz müsbət rolumuzu oynamaq istəyirik»,- deyə Samirə Bayramova bildirir.
Əslən Marneulili, milliyyətcə azərbaycanlı olan Samirə Bayramova hesab edir ki, Gürcüstan faktiki olaraq etnik azlıqlara münasibətdə öz funksiyalarını yerinə yetirmir. Onun sözlərinə görə, hökumət öz vətəndaşını başqa bir dövlətlə bağlayan və ona başqa dövlətə məxsus hesab edən zaman bu, Gürcüstanda xarici dövlətin maraqlarının yaranmasına yol açır.
«Burada yaşayan azərbaycanlılar bəzi siyasətçilərin tarixi vətənimizin başqa ölkə, Azərbaycan olduğunu söyləməsindən həmişə narazı olmuşlar. Bu, tamamilə başqa bir ölkədir, sadəcə, orada bizim dilimizdə danışırlar. Vətənimiz buradadır. Problem ondadır ki, Gürcüstan öz vətəndaşlarının qayğısına qalmır, bunu etmək hüququnu isə başqa ölkəyə, bizim halda Azərbaycana verir»,– deyə Samirə Bayramova bildirir.
Onun sözlərinə görə, Gürcüstanda dövlət dili pulsuz öyrənilməlidir, lakin onlara gürcü dilinin öyrənilməsində xarici dövlət kömək edir.
«Biz Gürcüstan vətəndaşlarıyıq, lakin Gürcüstanla inteqrasiyamıza Azərbaycan yerli hakimiyyət orqanlarından daha çox qayğı göstərir. Azərbaycanın “SOKAR” şirkəti mərkəzi açıb ki, orada azərbaycanlılar qeyri-formal təhsil ala, gürcü dilini öyrənə bilərlər. Yəni Gürcüstan vətəndaşı Gürcüstanda gürcü dilini öyrənməyə pul ödəyir. Belə olmamalıdır. Gürcüstanda dövlət dilinin öyrənilməsi ödənişli olmamalıdır», — deyə Samirə Bayramova bildirmişdir.
Ermənistan-Azərbaycan münaqişəsi və çoxmillətli Gürcüstan
Avropa Universitetinin assosiativ professoru olan Georgi Mçedlişhvili Gürcüstanın hər iki dövlətlə münasibətləri dəstəklədiyini qeyd edir. Bundan başqa, Azərbaycan və Türkiyə ilə birlikdə Gürcüstan da bir neçə əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirak edir. Onun sözlərinə görə, Gürcüstan bu münaqişədə neytral mövqe saxlayır və həmişə sülh tərəfdarı olub, çünki, Avropa Universitetinin dosenti Giorgi Mchedlishvili qeyd edir ki, Gürcüstan hər iki dövlətlə münasibətləri davam etdirir. Bundan əlavə, Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə bir sıra mühüm enerji və nəqliyyat layihələrində iştirak edir. Onun sözlərinə görə, Gürcüstan bu münaqişədə neytral mövqe tutur və hər zaman sülhün tərəfdarıdır, çünki istənilən gərginlik vətəni üçün təhlükəli ola bilər.
«Bildiyimə görə, hələlik Gürcüstanda etnik zəmində heç bir toqquşma olmamışdır. Mən şəxsən bir neçə erməni və azərbaycanlıları tanıyıram, özü də bir-biri ilə dost olan adamları tanıyıram və ümidvaram ki, Gürcüstanda Vaşinqtonda, Moskvada və Avropanın bir sıra digər paytaxtlarında baş vermiş hadisələr heç vaxt baş verməyəcəkdir. Hələlik münaqişə Tbilisidə yaşayan etnik azərbaycanlılara və ermənilərə çox cüzi təsir göstərib», — deyə Gеоrgi Мçedlişvili bildirir.
Onun fikrincə, Gürcüstan hökuməti bütün etnik azlıqlarla – Gürcüstan vətəndaşları ilə fəal işləməli, onların Gürcüstan vətəndaşları və eyni cəmiyyətin üzvləri olduqlarını dərk etmələrinə şərait yaratmalıdır. Мçedlişvili vurğulayır ki, hər iki xalq vahid vətən — Gürcüstan uğrunda birgə işləməlidir. Professor onu da əlavə edir ki, ermənilər və azərbaycanlılar öz xalqlarına Gürcüstanda mövcud olan əməkdaşlıq nümunəsini göstərmək üçün işləməlidirlər.
Şоrenа Pаpаşvili