Seminarlardan birində  jurnalistlərə  yüngülləşmək  üçün testdən  keçməyi təklif etdilər. Bizdən günün başlanğıcı ilə özümüzdə nəyin assosiasiya olunduğunun  kağız üzərində təcvirini xahiş etdilər.  Mən çox  fikirləşmədən nəlbəkidə qəhvə ilə dolu bir fincan şəkli çəkdim. Düzdür, mən təsviri incəsənət şedevri  yaratmamışdım, ancaq cəkdiyim  şəkillə  mənim  psixoloji  portretimi  yaratmaq  çətin deyildi. Mən səhəri adəti üzrə vərdiş halı almış  və mənə  bol enerji  bəxş edən bir fincan qəhvə ilə başlayıram.

Yəqin bu vərdişimlə mən heç də bütün dünyada tək deyiləm və buna əlavə  sübut Beynəlxalq qəhvə günüdür ki, onun təşkilatçıları  Beynəlxalq qəhvə  təşkilatı və 74 ölkədən 27 milli qəhvə  assosiasiyası  olmuşdur. Beynəlxalq qəhvə  günü ilk dəfə cari il oktyabrın 1-də qeyd  olunur. Adətən qəhvə  günü hər  ölkədə özünəməxsus və müxtəlif vaxtlarda keçirilirdi, indi isə Beynəlxalq qəhvə  təşkilatının rəsmi saytında qəhvə  günü  dəgig  müəyyən edilmişdir ki, həmin gün  təsadüfi seçilməmişdir. Beləliklə, cari il oktyabrın 1-də  Milanda  EKSPO-2015  çərçivəsində  Qlobal  qəhvə  forumunun (Global Coffee Forum) açılışı keçirilir.

Beynəlxalq qəhvə  günü bu  içkinin  populyarlaşması, onun xüsusiyyətləri, hazırlama və istifadə qaydaları ilə tanışlıq atmosferində  keçəcək.

“Qəhvə cəhənnəm kimi zil gara , ölüm kimi  güclü və sevgi qədər şirin  olmalıdır”- deyə türk  məsəlində  vurğulanır. Əgər  Amerika qəhvə assosiasiyasının məlumatına inanmalı olsaq,  bütün  dünya üzrə hər  gün 2,250 milyard  fincanadək  qəhvə içilir. Belə  populyarlığın səbəbi  qəhvənin tərkibində orqanizmin fəallığını stimullaşdıran  böyük miqdarda  kofeinin olmasıdır.

Cari il  Gürcüstan  da  bu günün  bayram edilməsinə  qoşulmuşdur. Belə ki,  bir neçə gün əvvəl – sentyabrın 29-da  Tiflisdə  “Çi Qusta” italyan kafesində  Qəhvə günü  qeyd edilmişdir. Qəhvəxana  öz  qonaqlarına  xüsusi qiymətə qəhvə kokteylləri təklif etmiş,  axşam isə bura  gələnlər  böyük ekranda  dünya kinematoqrafının  klassiki – “Roma tətilləri” filminə baxmaq şərəfinə layiq olmuşlar. Deyilənə görə,İtaliya şəhəri Neapolda belə bir ənənə olmuşdur ki , həmin ənənəyə  əsasən,  kafeyə gələn varlılar bir  fincan  qəhvə  içib  ikisinin pulunu verirmişlər ki, ikinci fincanı sonradan kasıblar içə bilsin.

Gəhvənin vətəni kimi  Efiopiya  taninir. Təbiətdə qəhvə ağacının 73 növü vardır.  Onun  istehsalında  isə  iki  ən  populyar  çeşiddən – Arabika və Robustadan istifadə olunur. Arabikanın  dənələri bir qədər uzunsov forma və hamar səthə malikdir. Robustun tərkibində isə kofeinin miqdarı yüksəkdir, ancaq  ətri nisbətən az  hiss olunur. Bu növün dənləri  yumru formada olub yaşıl-boz rəngə çalır. Robustu espressoya əlavə edirlər.

Qəhvə haqqında əfsanələr arasında  ən çox  yayılanı  çoban Kaldim barədə olan mifdir. Həmin mifdə bu bitkinin yarpaqlarını yeyən keçilərin həyəcana gələrək coşğunluqla  atılıb-düşmələrindən  söz  gedir. Kaldim bu barədə yerli monastr keşişinə danışmış, o isə yoxlamaq  üçün cəsarət  göstərərək  həm qəhvə ağacının yarpaqları, həm də dənlərini yemişdir. Özündə tonuslaşma  və coşma hiss edən keşiş  belə bir qərara gəlmişdir ki, öz rahiblərinin uzun çəkən xidmətlər zamanı yuxulamamaları üçün bu bitkinin həlimi faydalı olar.

“Kofe” – qəhvə  sözünün mənşəinin tədqiqi  bugünədək davam edir. Bəzi mənbələrə görə, həmin  söz   ərəbcə “güc” yaxud “enerji” mənasına  gələn “кауе” sözündən  əmələ gəlmişdir. Ərəblər qəhvəni  həmçinin ilahiləşdirmişlər. Müsəlmanlar onu  islam şərabı adlandırmışlar. Bitki  müqəddəs  Məkkə şəhərinə də gedib  çatmış və ondan məsciddə də istifadəyə icazə verilmişdir. Ərəblər qəhvə ağaclarına bir növ saf və müqəddəs münasibət bəsləyir, necə deyərlər onun üstündə əsirdilər. Bitkinin qələm və tinglərinin ölkədən  kənara  çıxarılmasına qadağa qoyulmuş və bu cinayəti törədəni ölüm gözləyirmiş. Belə  qadağa  həmin  bitkinin  məhsulunun  ticarətinin  çox  gəlirli  olması ilə bağlı idi. Artıq  1475-ci  ildə  Konstantinopolda  ilk  xüsusi  “Kiva  Xan”  qəhvə  mağazası  açılmışdı. Avropaya  isə  qəhvə  tingləri  1596-cı  ildə  Hans  Belus  tərəfindən  gətirilmişdir. İtaliya  qəhvəyə  nisbətən  dinc  yolla  nail  olmuş  və  o, milli  nailiyyət  hesab  olunmuşdur. XVII əsrdə  Venetsıyada  ilk  qəhvəxana  açılmış  və  bütün  Avropa  üzrə  triumfal  qəhvə  yürüşü  başlanmışdır.

Avropada  qəhvə  plantasiyalarını  ilk  dəfə  olaraq  öz  koloniyalarında  hollandlar  salmışlar. Artıq  XVII əsrdə  Nıderlandlar  Avropada  ən  iri  qəhvə  tədarükçüsü  hesab  olunurdu. İohann  Sebastyan  Bax isə, hətta  alman  şairi  Pikanderin  şerlərinə  məzəli  “Qəhvə  kontatası” yazmışdı. Sonralar  Avropa  müstəmləkəçiləri  qəhvə  tinglərini  Cənubi  Amerikaya  aparmışlar  ki, orda  bitki  yerli  iqlimə  çox  yaxşı  uyğynlaşmışdır. Bu  gün  məhz  bu  qitə  qəhvə  dəni  istehsalçıları  arasında  liderlik  təşkil  edir. Gürcüstana  gəlinçə, yəqin  çox  az  adam  qəhvənin (likör  də  daxil  olmaqla) çar II  İraklinin  menyusuna  daxil  olmasından  xəbərdardır. Ancaq  o  vaxt  qəhvə  cah-calal  nümunəsi  idi  və  o  yalnız  XX əsrdə  hamı  üçün  əlçatan  olmuşdur.

Sahilyanı  bölgələrdə  qəhvəni  bir  qərarda  dəmləmək  üçün qızmar  qum  üzərində  hazırlamaq  ənənəsi  yayilmışdır. Türk  qəhvəsində  ən  başlıca  dəyər  isə (dad  və  ətrindən  başqa) necə  deyərlər, onun  üzünü  ortən  hamar  köpük  hesab  olunur. Şərqi  Gürcüstanda  qəhvəni  uzun  müddət  dəmləmək (köpük  tamam  itənədək), sonra  ələmək(süzmək)  və  yalnız  bundan  sonra  istifadə  etmək  qəbul  olunmuşdur. Gəhvənin  dəmlənməsində  ərəb  üsulu  da  xeyli  maraqlıdır. Onlar  qəhvəni  mixək  və  darçın, yaxud  zəncəfil  ədvası  ilə  hazırlayırdılar. Bu  ədvaların  qan  təzyiqini  tənzimləməsini  nəzərə  alaraq, onların  kofeinlə  zəngin  qəhvəyə  əlavə  edilməsi  məntiqi  olur.

Bütün müsbət  məziyyətlərinə  baxmayaraq, mütəxəssislər  qəhvəni  səhər  saat 10-dan  sonra  içməyi  və  ondan  orqanizmin  oyanması  üçün  istifadə  etməməyi  məsləhət  görürlər, belə  ki, əslində səhərlər  orqanizm  özü  oyanmalıdır. Gəhvə  çoxlu  antioksidantlara  malikdir  və  bizə  orqanizmdə  necə  deyərlər, bir  çox  xəstəliklərə  səbəb  olan  sərbəst  radikallarla  mübarizədə  kömək  göstərir. Həmçinin  belə  bir  fikir  var  ki, tez-tez  qəhvə  icən  adamlar  Parkinson, şəkərli  diabet  və  ürək  xəstəliklərinə  az  tutulurrlar. İntəhası, qəhvədən  istifadə  həddini  aşmaq  da  düz  deyil, gündəlik  norma  iki  fincandan  çox  olmamalıdır.