Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət və turizm nazirliyinin təşkil etdiyi doqquzuncu ənənəvi Qəbələ beynəlxalq musiqi festivalı Azərbaycan tamaşaçılarının yaddaşında zəngin konsert proqramı, unudulmaz ifaçılıq məharəti və dünya şöhrətli musiqiçilərin peşəkarlığı ilə qaldı.

2009-cu ildən başlayaraq festival hər il keçirilir və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük maraq doğurur. Bu layihə proqramı ildən-ilə daha rəngarəng və genişmiqyaslı olaraq yeni-yeni iştirakçılarla zənginləşir.

Bu il, altı gün ərzində Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan olan tanınmış bədii kollektivlər, solistlərdən Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Меrcelli, Stefen Deyts, Anna Sеrоvа, Roberto Моlinelli, Nomeda Каzlaus Azərbaycanda çıxış etmişlər. Azərbaycanı müsabiqədə xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, əməkdar artist İsfar Sarabski və opera müğənnisi Azər Rzazadə təqdim etmişlər. Musiqiçilər Üzeyir Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestri, Azərbaycan dövlət akademik opera və balet teatrı simfonik orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasının Kamera orkestrinin, BMA Tələbə simfonik orkestrinin, Femusa kamera orkestri, Clarte klarnetistlər kvartetinin müşayiəti ilə çıxış ediblər.

Festival çərçivəsindəki çıxışlarla yanaşı, həmçinin tanınmış musiqiçilərin ustad dərsləri də keçirilmlşdir.

фархад бадалбейли
Фархад Бадалбейли

Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasının rektoru, Qəbələ festivalının bədii rəhbəri Fərhad Bədəlbəylinin Dalma Newsə müsahibəsində bildirdiyi kimi, bu layihə öz möhtəşəmliyi ilə Azərbaycan və xarici musiqi həvəskarlarının rəğbətini qazanmışdır. Onun sözlərinə görə, festivalın nüfuzu ildən-ilə artır və bir çox tanınmış musiqiçilər orda iştirak etmək istərdilər.

«Qəbələ festivalı bütün digər musiqi layihələrindən onunla fərqlənir ki, o, kommersiya xarakteri daşımır və klassik musiqi, maarifçilik təbliği məqsədilə həyata keçirilir . İnsanlar bir neçə gün ərzində pulsuz olaraq musiqidən zövq ala  bilmişlər. Çıxışlar həm konsert salonlarında, həm də açıq səma altında, təbii akustika ilə yüksək dağ və sıx meşələr arasında orijinal səhnədə keçirdi »,- deyə Bədəlbəyli bildirir.

Festivalın İkinci bədii rəhbəri, tanınmış Rusiya-amerika dirijoru, violonçelçi Dmitri Yablonski, öz növbəsində hesab edir ki, musiqi layihələri Azərbaycan və digər ölkələr arasında əlverişli münasibətlərin inkişafına yardım göstərir, odur ki, tamaşaçılara zövq verib tez-tez sevindirmək lazımdır.

Qəbələ festivalının əksər iştirakçıları onda bir neçə dəfə iştirak etmişlər. Onlardan biri, İerusəlim (Güds) simfonik orkestrinin konsertmeystri, Güds (İerusəlim) musiqi məktəbinin müəllimi, tanınmış skripkaçı Janna Qandelman artıq üçüncü dəfədir ki, Qəbələdə çıxış edir. «Dostum Dmitri Yablonski məni hər dəfə dəvət edir və mən bu təklifdən sadəcə olaraq, imtina edə bilmərəm. Azərbaycana gəlməyə həmişə şadam, çünki, burdan yaxşı təəssüratla qayıdıram. Təəssüf ki, hələlik gəzmək, ölkənin görməli yerlərinni ziyarət etmək mümkün olmadı. Söz verirəm ki, gələn il Azərbaycana mütləq turist kimi gələcəyəm», – deyə Qandelman Dalma News müxbirinə bildirmişdir.

Жанна Гандельман
Жанна Гандельман

O, qeyd edib ki, bu il məşhur musiqiçi Murad Adıgözəlzadə, violençel ustası Dmitri Yablonski və valtorna çalan (valtorna – nəfəslə çalınan musiqi aləti) Mixail Slatkin ilə bir səhnədə çıxış etmişdir. Skripkaçı əmindir ki, onlar bütün tamaşaçılara gözəl əhval-ruhiyyə bağışlaya bilmişlər.

Qəbələ festivalı çərçivəsində ən yadda qalanlardan biri Heydər Əliyev adına Konqres mərkəzində keçirilən konsert olmuşdur ki, orda Azərbaycan dövlət filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Qəbələ beynəlxalq pianoçular müsabiqəsi münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-da Dikbüri Musiqi festivalının bədii rəhbəri Stefan Dеits və İtaliyanın «L.Perosi» Beynəlxalq musiqi akademiyasının professoru Anna Serova (viola) çıxış etmişlər. Onların ifasında Frans Şubert, İohannes Brams, Corc Gerşvin və Qabriel Forenin əsərləri səsləndi.

«Əgər hardasa dörd il əvvəl festivalın gənc olduğu deyilirdisə, indi əminliklə demək olar ki, layihə baş tutmuş və onu bir çox ölkələrdə tanıyırlar. Bu gün beynəlxalq Qəbələ festivalı yüzlərlə qonaq və turistlərin musiqi və təbiətdən zövq almağa gəldikləri musiqi tədbirlərindən biri sayılır. Klassik musiqi ilə yanaşı, bütün tamaşaçıları zövqünü oxşamaq üçün burada digər musiqi janrları da ifa olunur», — deyə Adıgözəlzadə Dalma News ilə söhbətində vurğulamışdır.

Мурад Адыгезалзаде
Мурад Адыгезалзаде

Altıgünlük Qəbələ festivalı dünya şöhrətli italyan dirijoru Roberto Моlinellinin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestrinin çıxışı ilə başa çatdı. Konsertdə Litva opera ifaçısı Nomeda Каzlаus (soprano), hazırda təhsilini İtaliyada davam etdirən Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (bariton) öz ifaçılıq məharətlərini nümayiş etdirdilər. Onların ifasında bəstəkarlardan Rixard Vaqner, Pyotr Çaykovski, Cüzeppe Verdi, Volfqanq Amadey Motsartın və Roberto Моlinellinin əsərləri səsləndi.

Festival parlaq notla başa çatdı. Hamı — həm tamaşaçılar, həm təşkilatçılar, həm bacarıqlarını əsirgəməyən musiqiçilərin özləri , həm dirijor və solistlər, bir sözlə, hamı razı və xoşbəxt idi.Nə isə,bir ildən sonra yeni görüşlərədək!

Hazırlayanı Kəmalə Əliyeva