Azərbaycanda ilin iqtisadi yekunları necədir? Hakimiyyət maaşların və sosial müavinətlərin rekord artırılması barədə hesabat verir. Əhali isə çaşqınlıq içindədir, axı, aydın məsələdir ki, rəqəmlər Azərbaycanda heç də bütün işçilərin almadığı “ağ-kağız üzərindəki əmək haqqı”ndan götürülüb. Eyni zamanda, yeni geosiyasi iqtisadi layihələr də açılır. Məsələn, payızda Trans – Anadolu boru kəmərinin ikinci fazasının – Avropaya qaz nəqlinə hazır olan TANAP-ın açılış mərasimi keçirilmişdir.

Bəs ekspertlər başa çatmaqda olan ili necə qiymətləndirirlər? Dalma News ictimai və siyasi xadim, Zəhmətkeşlərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov və Azərbaycan iqtisadçısı Natiq Cəfərli ilə söhbət emişdir.

Sahib Məmmədov:

Biz 2019-cu ili inqilabi adlandıra bilərik. Kadr dəyişiklikləri, sosial və struktur islahatları baş vermişdir. Ən önəmlisi əhalinin sosial təminat siyasətinin islahatıdır. İl ərzində minimum əmək haqqı və pensiyalar iki dəfə qaldırılmışdır. Maaşlar və Dövlət qulluqçularının bir sıra kateqoriyaları artıb. Bu baxımdan hakimiyyətin siyasətini alqışlamaq olar, o, əhalinin tələbatının ödənilməsinə yönəldilmişdi. Hərçənd, bu sahədə problemlər əlbəttə ki, hələ qalmaqdadır.

— Bəs onlardan ən kəskini hansıdır?

— Əlbəttə, işsizlik. Diqqət yetirin, bizdə əhalinin əksəriyyəti işləyir, lakin bu, çox vaxt mövsümi və ya əlavə işdir. Bu kateqoriyadan olan insanları mən cəsarətlə işsizlərə aid edirəm.

— Bəs siz nəyi uğur hesab edirsiniz?

— Aqrar sektorun inkişafını. Burada nəzərəçarpacaq irəliləyiş var. Xüsusilə texniki mədəniyyətlərdən, məsələn, pambıqdan danışırıqsa. Bütün müstəqillik dövründə məhz 2019-cu ildə pambıq yığımı üzrə rekord qoyulub.

Digər sahələr də inkişaf edir. Bəli, yavaş-yavaş, amma davamlı bir irəliləyiş var. Bu da əhalinin məşğulluğunun təmin edilməsi üçün vacibdir. Aqrar sektor hökumət üçün prioritet sahələrdən biridir. Bu, zəhmət tələb edən sahədir. Energetika sahəsində əhalinin cəmi bir neçə faizi işləyir, aqrar sektor isə əmək qabiliyyətli əhalinin 35-40% – ni işlə təmin etməyə imkan verəcək. Odur ki, nailiyyətlər var.

Sahib Məmmədov

Ayrıca qeyd etmək istəyirəm ki, 2019 – cu ildə neftin qiyməti ölkə büdcəsində nəzərdə tutulmuş səviyyədə – bir barrel üçün 60 dollar səviyyəsində saxlanılırdı. Bəzən aşağı, bəzən də daha yüksək idi. Amma nəticədə, büdcədə nəzərdə tutulandan da yüksək oldu. Dünya bazarında nisbi sabitlik müşahidə olunurdu. Əlbəttə, bu, müsbət amillərdən biri idi, hərçənd, bu, ölkənin iqtisadi siyasətindən daha çox dünya konyukturasının nəticəsidir.

—Bəs Transanadolu boru kəmərinin – TANAP-ın işə salınması işsizlik məsələlərinə bir növ təsir göstərəcəkmi, əlavə iş yerlərinin yaradılmasına kömək edəcəkmi?

— Bəzi layihələr işə düşür, digərləri bağlanır. Uzunmüddətli perspektivdə onlar hamısı işləyirlər. Məsələn, elə Bakı-Tbilisi-Qars dəmir yolu da. Qısamüddətli effekt gözləməyə dəyməz. Burada siyasi cəhətlər hətta daha çoxdur. Azərbaycanın geosiyasi rolu artır və bu rol beynəlxalq mərkəzə çevrilir.

— Ölkə əhalisi, xüsusilə də ilin sonunda, daşınmaz əmlak sığortası olmaması və s. görə cərimə ilə qorxudulmağa başlandı. Amma axı, öz mənzilini elementar sığorta üçün pul heç də insanların hamısında olmur. Nə baş verir?

— Əslində heç kim heç bir yeni qanun qəbul etməyib. Mənzillərin icbari sığortası haqqında qanun 2011-ci ildən mövcuddur. Hökumət tərəfindən heç bir təhlükə yox idi. Bunda yalnız kommersiya strukturları maraqlıdır. Və ən maraqlısı odur ki, adamlar daşınmaz əmlakla əməliyyatlar zamanı qanunun bu müddəasını yerinə yetirmişlər: mənzilin icarə və ya satışı ilə bağlı əməliyyatlar zamanı əmlakı sığortalamışlar.

Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, 2019-cu il sosial-iqtisadi cəhətdən uğurlu il olmuşdur. İnsanların sosial rifahı yaxşılaşmışdır. Bu, xüsusilə büdcə təşkilatlarında işləyən vətəndaşlara aiddir.

Nаtiq Cəfərli:

—2019-cu il mənim yaddaşımda yaxşı mənada prezidentin minimum əmək haqqının, pensiyaların artırılması ilə bağlı fərmanları ilə qalmışdır. Bu, son illər ərzində tutarlı artımdır. Bu, ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa kömək edir.

TANAP layihəsinin başa çatması da yadda qaldı. Gələn il isə TAP layihəsi başa çatacaq. Bu, uğurlu iqtisadi inkişaf göstəriciləridir. Həmçinin, qeyri-neft sektorunun, eksportun artımı da qeydə alınıb. Rəqəmsal ifadədə bu göstəricilər hələ ki, vəziyyəti o qədər də dəyişmir, amma dinamika var.

Əlbəttə, eksport sahəsində neft və qaz sektorumuz hələ də üstünlük təşkil edir. Büdcə bu sahədən asılıdır – dolayı asılılıq 75% – ə çatır. Ancaq hər halda, artıq dediyim kimi, qeyri-neft sektorunun artımı var.

Mənfiliyə gəldikdə isə, təəssüf ki, ölkə “neft iynəsi” ilə bağlı dalandan heç cür çıxa bilmir. Biz və bizim sabitliyimiz neftin qiymətindən asılıyıq. Yeri gəlmişkən, iqtisadiyyatın bu il qeydə alınmış artımı “qara qızıl”ın qiymətləri ilə bağlıdır.

Milli valyutanın – manatın bu gün müşahidə etdiyimiz sabitliyi artıq iki ildir ki, inzibati yolla dəstəklənir. Axı, bizim birja və onlayn ticarətimiz yoxdur. Neft satılır, pullar Neft Fonduna daxil olur, oradan isə büdcəyə düşür və investisiya layihələrinə, təmir-tikinti işlərinə və s.sərf olunur. Bu, Azərbaycan üçün təhlükəli bir məqamdır. Çünki gələn il neftin qiymətinin istənilən dəyişməsi böyük iqtisadi problemlərə səbəb ola bilər.

Nаtiq Cəfərli

Neft satılır, pullar Neft fonduna daxil olur, oradan isə büdcəyə düşür və investisiya layihələrinə, təmir-tikinti işlərinə və s. sərf olunur. Bu, Azərbaycan üçün təhlükəli bir məqamdır. Çünki gələn il neftin qiymətinin istənilən dəyişməsi böyük iqtisadi problemlərə səbəb ola bilər.

—İqtisadiyyatı, ölkə hökumətini islah etmək üçün çox danışıqlar və diqqətəlayiq əməllər həyata keirilir.

— Kadr dəyişiklikləri, əlbəttə ki, çox ciddidir. Amma bunlar iqtisadiyyata təsir edəcəkmi? Hələ ki, biz bunu görmürük. Biz struktur islahatlarını – iqtisadiyyatın böyük səlahiyyətlər alan supernazirliyinin yaradılmasını da gördük. Ancaq yenə də əməli nəticələri görmürük, bu barədə danışmaq tezdir, bəlkə, hələ vaxt lazımdır.

Ancaq budur, hökumətimiz bizdə gömrüyün daha çox mənfəət gətirməsilə fəxr edir. Bu, onunla bağlıdır ki, iqtisadiyyat abadlaşır. Amma gömrük büdcəyə daha çox pul ödəməyə başlayırsa, düşünmək lazımdır: axı, gömrük istehsalçı deyil! Bu, biznesdən toplanan puldur və biznes isə nəticədə məbləği malların dəyərinə daxil edir.

Əlbəttə, iqtisadiyyatda keyfiyyət dəyişikliyinin də baş verəcəyini gözləmək olar. Ancaq hələ ki, bu yoxdur. Kadr islahatları yaxşıdır, amma struktur islahatları daha vacibdir: həm icra hakimiyyətində, həm də məhkəmə icraatında. Fəaliyyətdə olan şəxslərin dəyişməsi baş verir, amma sistem dəyişmir. Ancaq ümumiyyətlə, söhbətimizə yekun vuraraq demək istəyirəm ki, il sabit, sarsıntılarsız keçdi.

 

Мəmməd Мəmmədzadə