Evelin Abbasova filarmoniyanı bayka, opera müğənnisi karyerasını motomexanikaya dəyişib. O, yağış və küləkdən qorxmur, sürət və dəmir— onlarsız öz həyatını təsəvvür etmədiyi bir şeydir. Dalma Newsə verdiyi müsahibədə polad xasiyyətli qız Azərbaycanda motokrosla məşğul olmağın nə dərəcədə təhlükəsiz oldğunu və ətrafdakılaırın baykerlərə necə yanaşdıqlarını söylədi.

— Azərbaycanlı qadın üçün bu qədər qeyri-ənənəvi bir sahəyə necə düşdünüz?

— Əslində, motosikl bizim ailənin həyatında həmişə olmuşdur. Mənim nənəm, dayım və anam “dəmir at”ı idarə etməyi sevirdilər. Yeri gəlmişkən, onların hamısı Orduya, aviasiyaya və donanmaya könüllü yardım cəmiyyətinin (məqsədi dövlət müdafiəsini və milli təhlükəsizliyi gücləndirməyə kömək etmək olan ictimai-dövlət idarəçiliyi – müəllif) fəal üzvləri idi. Mənim ailəm üçün texniki idman növləri həmişə prioritet olub, ona görə də doğmalarım peşəkar səviyyədə məhz motosportla məşğul olmuşlar.

Əvvəlcə anam tərəfdən olan qohumlarımın izi ilə getməyi planlaşdırırdım,amma motosport deyil, musiqi sahəsində. Skripka və gitara sinifləri üzrə Musiqi məktəbini bitirdikdən sonra Konservatoriyaya daxil olmuş, burada opera müğənnisi və vokal müəllimi peşəsini almışam. Mən Azərbaycan Dövlət Filarmoniyasında kamera müğənnisi işləyirdim, o zaman kiçik bacımın motokrosla məşğul olduğu “Motomondo” məktəbində Avtovağzal kurslarına yazıldım. Vaxt keçdikcə diqqətim avtomobildən motosikletə keçməyə başladı və qərara gəldim ki, mən də ikiçarxlı “at”ı yəhərləməliyəm.

— Azərbaycanda moto-idman necə inkişaf edir?

— Kiçik bir ölkəyik və Baltikyanı ölkələr kimi motor idmanında çoxillik ənənəmiz yoxdur. Amma respublikamızda öz işlərinin böyük həvəskarları var ki, bu sahəni qaldırıb inkişaf etdirirlər. Bunlardan biri, demək olar ki, erkən uşaqlıqdan motokrossla məşğul olmağa başlayan və bu günə qədər bütün gücünü respublikada motosikl hərəkatının inkişafına sərf edən, digər idmançılarla birlikdə beynəlxalq yarışlarda çıxış edən və Azərbaycanı xaricdə layiqincə təmsil edən, uşaqları, gəncləri və yaşlı insanları motorlu idman növlərinə cəlb edən Sabir Babayevdir.

— Belə bir stereotip var ki, motosikletləri saqqallı, kök və sağlam, əyinlərində gödəkcə olan kişilər cürür. Azərbaycan cəmiyyəti qadın -baykerlərə necə yanaşır?

— Təəccüblə. Motorların uğultusu ümumi diqqəti cəlb edir, sükan arxasında qadın oturanda isə maraqlı nəzərlər daha da artır. Bəli, bir çoxları üçün qadını motosiklet sükanı arxasında görmək qeyri-adi haldır, lakin hörmətsizlik və xüsusilə də təcavüz göstərmirlər. Hətta yollarda sürücülər mənim üçün narahat şərait yaratmağa çalışmırlar. Ümumiyyətlə, mənim üzərimdə motoötürücülər cəmiyyətinə inteqrasiya məsələsi durmamışdı, hər şey öz-özünə alındı. Buna görə də, kimin nə düşünəcəyini və nə deyəcəyinin fərqinə varmadım, həm də başqasının fikirləri məni o qədər də maraqlandırmır. Mənim üçün, ilk növbədə, öz maraqlarım və rahat bir mühitdə özünüinkişaf daha önəmlidir. “MotoMondo” nun üzvləri və kollektivi yaxşı kişi keyfiyyətlərinə malikdirlər, ona görə də mən onlarla işləməyimdən məmnunam, həmişə onların dəstəyinə bel bağlaya bilərəm.

— Motosikletinizi idarə etməklə və sürücülük texnikasını öyrənməklə yanaşı, bir motomexanik olaraq da işləyirsiniz. Siz bu sənətlə məşğul olmağa niyə qərar verdiniz?

— Ana xəttindən olan babam yüksəksəviyyəli bir tokar idi, nə qədər çətin və mürəkkəb olursa- olsun, torna dəzgahında istənilən seyf açarı,eləcə də ümumiyyətlə,istənilən hər hansı bir detalı düzəldə bilərdi. Atamın xətti ilə olan babam isə əla sürücü idi. O da bütün həyatını “dəmir-dümürlə”lə keçirmişdi. Anamın qardaşı—avto-motomexanik idi. Əslində, anam və atam — dənizçi, kapitan və mühəndislərdi. Mənə elə gəlir ki, mexanikaya maraq mənə genetik surətdə keçib. Yeri gəlmişkən, boş vaxtlarımda art-mexanika ilə maraqlanıram – köhnə və lazımsız ehtiyat hissələrinə ikinci həyat verirəm, onlardan breloklar, qolbaqlar, suvenirlər və s. hazırlayıram.

— Bakıda motosiklet sürmək nə qədər təhlükəlidir?

— Aydındır ki, heç kim heç nədən sığortalanmayıb, amma sükan arxasına keçməzdən əvvəl insan bütün məsuliyyəti dərk etməli və nizam-intizamı, qayda-qanunu yadda saxlayıb, daim ona riayət etməlidir. Alınmış biliklərin keyfiyyəti də az əhəmiyyət kəsb etmir. Müəllimim Sabir Babayev çox ciddi və tələbkardır, heç xırda-mırda səhvləri də bağışlamır. Sükan arxasına keçməzdən əvvəl o, yolda mümkün olan bütün riskləri götür-qoy edir, çünki motoklubun hər bir üzvünə doğma insan kimi yanaşır və ona görə məsuliyyət daşıyır. Bu, yüksək keyfiyyətli bilik bazası əldə etməyə və təcrübə qazanmağa kömək edəcək yüksək səviyyəli mentor ilə yaxşı məktəb seçmək üçün çox vacibdir. İndiki şəraitdə motosikletçilər üçün yol hadisələrinin risklərini yalnız bu cür minimuma endirmək olar.

Motosikletçilərdə nə qədər qəza baş verdiyini təxmin etmək çətindir, lakin belə hadisələr ən çox yağış mövsümündə baş verir.

– Yolların keyfiyyəti və Yol Müfəttişliyinin motosikletçilərə münasibəti necədir?

– Yolların keyfiyyəti bütövlükdə qənaətbəxşdir, amma qəsəbələr, məhəllələr daxilində heç də hər şey yaxşı deyil. Yol polisinə gəldikdə, biz başa düşürük ki, DYP əməkdaşları öz işlərini görürlər. Əlbəttə, onlar tərəfindən qeyri-peşəkarlığın baş vermə halları olur, lakin bu, qanunauyğunluqdan daha çox istisna təşkil edir.

— Necə düşünürsünüz, 15-20 il sonra Azərbaycanın motohərəkətini nə gözləyir?

— Son illərin tendensiyası ölkədə moto və velosiped idmanının inkişaf etdiyini göstərir. Respublika demoqrafiyasının nəqliyyatla yanaşı böyüdüynü nəzərə alsaq, yaxın 15-20 ildə motosikl sürənlərin sayı xeyli artacaqdır. Axı, maşın iki təkərli nəqliyyat vasitələrinin keçə biləcəyi ensiz yerdən heç də həmişə keçə bilməz. Bundan əlavə, insanların fikirləri getdikcə dəyişir. Nəqliyyat vasitələrinin seçiminə rasional yanaşanlar daha çoxdur. Bu baxımdan motosikletlərin əsas üstünlüklərindən biri vaxta qənaət, yanacaq və texniki xidmət üçün isə xərclərin yüksək olmamasıdır.

 

Nigar Hüseynova