Azərbaycan prezidenti İlham Əliyev ANN.az portalının əməkdaşı Rasim Əliyevin qətlinin araşdırılmasını şəxsi nəzarətinə götürüb.

Dövlət başçısı adından informasiyanı bu gün onun məsləhətçisi Əli Həsənov yayıb.

İlham Əliyev jurnalistə hücum edilməsindən və onun ölümündən ciddi narahatlığını ifadə edib.

“Dövlət başçısı hadisəni müstəqil KİV-in fəaliyyətinə təhlükə kimi qiymətləndirir”, – xəbərdə deyilir.