İpoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yeniliklərin tətbiq olunacağı tarix açıqlanıb.
ANS PRESS-ın məlumatına görə, Mərkəzin Bankın elan ediyi ipoteka yenilikləri bu ilin payızında qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. Parlament isə bu məsələyə payız sessiyasında, sentyabrda baxacaq. Banklar ümid edirlər ki, bu proses sürətli olacaq.
“İpoteka haqqında qanuna dəyişiklik olmalıdır. Bu, ipotekanın faizi, həcminin artırılmasını nəzərdə tutan dəyişiklikdir. Bu prosesdə banklar bir növ vasitəçi rolunu oynayır”, – deyə Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib.
İlkin məlumatlara görə, dəyişikliklər ipotekanın maksimum məbləğinin indiki 50 min manatdan 100 min manata qalıdırlmasını, faizlərin isə adi ipotekada 6%-ə, sosial ipotekada isə 3%-ə endirilməsini nəzərdə tutur.