İndi Azərbaycanda “pantürkizm” ideyaları nə dərəcədə populyardır? Ötən əsrin 90-cı illərində onlara tələbat çox idi və bu ideyaları prezident Əbülfəz Elçibəy təbliğ edildi. Müstəqillik illərində nə dəyişmişdir? Bu barədə с Dalma News ilə söhbət zamanı şair, yazıçı, «Dünya ədəbiyyatı» jurnalının təsisçisi, Azərbaycan Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin rəhbəri Səlim Babullaoğlu və tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi İlqar Niftəliyev söz açmışlar.
İlk həmsöhbətimiz Səlim Babullaoğludur.
— Prezident Əbülfəz Elçibəyin dövründə “pantürkizm” sanki xarici siyasətin əsas amillərindən biri idi. Bəs indi vəziyyət necədir?
— Hər şey “Pantürkizm” anlayışının təfsirindən asılıdır. Əgər onu sırf siyasi məfhum kimi deyil, türk xalqlarının yaşadığı və əsasını siyasi konsolidasiya və dil birliyi təşkil edən dövlətlərdə yayılmış mədəni və humanist hadisə və ya anlayış kimi nəzərdən keçirsək, pantürkizm yaşayır. Və o, təbii ki, həmişə diri olacaq. Əgər suala qısaca cavab verməli olsaq, fikir aktualdır, amma belə deyək — “mülayim,ortabab dozada”.
— Bəs, hər halda 90-cı illərdən başlayaraq nələr dəyişdi?
— Sualın tarixi konteksti var. Aydındır ki, Azərbaycan xalqının üstünlüyü hər halda, türk etnik qrupu olmasıdır. 90-cı illərin əvvəllərində Sovet İttifaqı dağılırdı, bu “aralıq zamanı” idi və ideoloji boşluq başlamışdı. Belə ki, “pan-türkçülük” ideyası, bunu xüsusilə qeyd etmək istəyirəm, bir çox başqaları kimi, cəmiyyətdə də tanınmağa başladı. Əlbətdə, neqativ də var idi.
Düşmənlərimizin köməyilə “pantürkizm” ideyasından Azərbaycanda yaşayan digər etnoslara qarşı istifadə olunurdu, Azərbaycanın cənubunda, şimalında separatçı hərəkatlar qızışdırılırdı. Biz bunların hamısından keçmişik. Amma indi Allaha şükürlər olsun ki, bu, yoxdur. Əsas dərs ondan ibarətdir ki, indi dövlət, hüquq və qanunlar vardır. Və milliyyətindən asılı olmayaraq ölkənin bütün sakinləri bərabər hüquqlara malikdirlər. Öz simvolları – bayraq, gerb,və himnilə Azərbaycan dövləti var. Azərbaycan bayrağında bütün rənglər mütənasibdir – mavi, qırmızı, yaşıl. Bu, Azərbaycan vətəndaşlarının özünüdərkinə cavab verir: türkçülük, müasirlik və İslam.
Mərhum Əbülfəz Elçibəy Azərbaycan xalqının yaddaşında daha çox bu çətin dövrün ideoloqu, romantik lideri kimi qalmışdır. Mərhum milli lider Heydər Əliyev isə dövlət başçısı, böyük dövlət xadimi idi. Və məhz o, gələcəyə aparan yolu müəyyənləşdirərək müasir Azərbaycanı lazımi relslərə çıxara bilmişdir. Azərbaycan indi də bu yolla gedir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimiz möhkəmlənir.
— “Pantürkizm” ideyası sizin dediyiniz kimi, indiki Azərbaycan cəmiyyətində yenə də mənfi hallara gətirib çıxara bilərmi?
—Zənn etmirəm. Bunun üçün heç bir əsas yoxdur. Lakin nəzəri baxımdan hər bir ideya təhlükəli ola bilər və bütün cəmiyyətlər üçün. O cümlədən”limitsiz və ya məhdudiyyətsiz pantürkizm”. Xarici amillər və aktorlardan da çox şey asılıdır. Təkrar edirəm, indi başqa ideyalar kimi “Pantürkizm” də bizim bayrağımızda mütənasib şəkildə əks olunub. Və o, həmişə məhz bu cür diri olacaq. Etnik türk olduğumu necə unuda bilərəm? Amma mən həm də azərbaycanlıyam. Azərbaycanda da başqa millətlərin nümayəndələri yaşayır. Onlar həmçinin eyni respublikanın tamhüquqlu sakinləridir, milliyyətindən asılı olmayaraq eyni hüquqlara malikdirlər. İndi bu düşüncə tərzidir, bu anlayış üstünlüyə çevrilmişdir. Lakin daha çox dil qatında əks olunan türk dominatı başlıca olaraq qalır və bu labüddür.
— Yeri gəlmişkən, dil haqqında. Hələ 2000-ci illərin əvvəllərində bəlkə də ümumi türk əlifbasının yaradılşı haqqında çox danışıqlar gedirdi. Lakin indiyə qədər bu baş vermədi…
— Buna nə üçün nail olunmadığını demək mənim üçün çətindir. Lakin aydın görünür ki, latın qrafikalı əlifbalar inkişaf etmiş müasir dünyada üstünlük təşkil edir. Zənnimcə,gec-tez, türkdilli ölkələrin hamısı latın əlifbasına, bəlkə də ümumi əlifbaya keçəcəkdir. Amma məncə, bu, ən vacib məqam deyil. Ən başlıcası başqadır — xalqın yaddaşı. Əgər yaddaş varsa, ümumi köklər həmişə olacaqdır.
Azərbaycan əlifbası nitqin bütün nüanslarını nəzərə alır. Biz əlifba yaratmaqla, bütün hərfləri və səsləri nəzərə aldıq. Amma sirr deyil ki, Türkiyədə bu, belə deyil. Belə ki, Azərbaycan əlifbası ümumtürk əlifbası üçün nümunə ola bilər. Tam linqvistik. Bəli, eqoist səslənə bilər. Ancaq türkdilli dünyanın mədəniyyət mərkəzi (mən musiqini də, tətbiqi sənəti də, ədəbiyyatı da nəzərdə tuturam) tarixən Azərbaycan olmuşdur. Əlbəttə ki, ölkəmizin coğrafi mövqeyi də buna kömək etmişdir.
İlqar Niftəliyev:
—”Pantürkizm” ideyası indi mədəni kateqoriyadır. Söhbət türk dövlətləri arasında mədəni əlaqələrdən, mədəni inteqrasiyadan gedir.
“Pantürkizm” konsepsiyası keçən əsrin əvvəllərində çox aktual idi. O zaman türk xalqlarının vahid bir dövlətdə birləşmə ideyası ciddi şəkildə müzakirə olunurdu. İndi bu yoxdur.
— Belə çıxır ki, prezident Əbülfəz Elçibəyin zamanından da cəmiyyətin əhval-ruhiyyəsində çox şey dəyişmişdir?
— Əlbəttə. O vaxt romantika çox idi. Biz müstəqillik əldə etmişdik, düşünürdük ki, türk dövlətləri ilə sıx inteqrasiya olacaqdır. Lakin real siyasət və geosiyasət vardır. Türk xalqlarının heç də hamısının öz dövlətçiliyi yoxdur. Məsələn, Rusiya Federasiyasının tərkibində türk muxtariyyətləri var. Bir sözlə, təkrar edirəm, bu gün və yaxın gələcəkdə söhbət mədəni əlaqələrdən gedir. Hərçənd, əlbəttə, beynəlxalq meydançalarda qarşılıqlı dəstək də çox vacibdir.
Мəmməd Мəmmədzadə