2015-ci ilin avqustundan başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur. Məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciətində əks olunub.
Məqsəd paytaxtda ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq, avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltməkdir.
Müraciətdə Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərdən və bankların rəhbərlərindən görülən tədbirlər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçtuna ([email protected]) məlumat göndərmələri xahiş olunur.
Qeyd edək ki, müraciət tövsiyə xarakteri daşıyır.