Rauf Canıbəyov 1956-cı ildə Bakıda anadan olmuş və ailənin yeganə övladı idi. 189 saylı orta məktəbi bitirəndən sonra 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət tibb institutuna daxil olmuş və onu 1979-cu ildə bitirmişdir. 30 ildən artıq ümumi iş stajına malik cərrahdır. 2010-cu ildə cərrahiyyədən uzaqlaşandan bəri Rauf Canıbəyov xarici şirkətlərdən birində ümumi profilli həkim kimi çalışır.
unnamed

Doktor Rauf Canıbəyov rəssamlığı necə deyərlər, self-tədris – öz-özünə öyrənmişdır. Onda, rəsmə aludəçilik  uşaqlıqdan olmuşdur. İbtidai məktəbdə oxuyarkən valideynləri ona yağlı boya, fırça və etüd qovluğu amışlar kı, bu, gənc rəssamı çox sevindirmişdi. O, heç vaxt heç bir rəsm dərsinə getməmiş, bu sənət növünü müstəqil olaraq özü mənimsəmişdir. İndi rəssamın aktivində əksəriyyəti öz  doğma Bakısına həsr olunmuş altı yüzdən çox rəcm işi vardır. Bu barədə və Azərbaycanda incəsənət sahəsindəki duruma dair fikirlərilə Rauf Canıbəyov Dalma News ilə müsahibəsində bölüşdü.

Sizin işləriniz əsas etibarilə Bakıya həsr olunmuş, onlarda köhnə şəhərə məhəbbət hissi və vətən həsrəti öz əksini tapmışdır. Bu gün Bakı gündən-günə dəyişir, yeni-yeni göydələnlər inşa edilir, şəhər yeni, müasir görkəm alır. Siz paytaxtda belə dəyişiklikləri necə qiymətləndirirsiniz, bu gün o köhnə Bakının ruhu qorunub saxlanmışdırmı?

Şübhəsiz ki, Bakı indi müasir bir şəhərə çevrilmişdir. O, həmişə gözəl olmuşdur, amma indi köhnə Bakının o əvvəlki lətafəti yoxdur. Məndə o zamanın nostaljisi – həsrəti yaşayır. Mən, əlbəttə, tərəqqi tərəfdarıyam, başa düşürəm ki, əlbəttə belə daha yaxşıdır, lakin şəhərin simasını dəyişmək olmaz. Yeni-yeni göydələnlər məncə şəhərin lap ürəyində deyil, hardasa kənarda, ətraf əyalət və rayonlarda tikilməlidir. Bakının mərkəzi küçələrinə toxunmaq olmaz, onları restavrasiya və bərpa etmək lazımdır. Dənizkənarı bulvar da indi gözəlləşmış,onu yaşıllaşdırıb rectavrasiya etmişlər.

unnamed-8

Sizcə, Azərbaycanda indi bədii  incəsənət sahəsində vəziyyət necədir?

Mənə bu barədə danışmaq çətindir, çünki mənim heç bir rəssamlıq təhsilim yxdur. Mən nə məktəblərdə, nə də konkret şəxslərin yanında oxumamışam. Mən öz-özümə öyrənmişəm. Odur ki, özümü peşəkar rəssam saymağa haqqım yoxdur. Amma, mənim fikrimcə, incəsənət baxımından Azərbaycanda vəziyyət qaneedici deyil. Xatirimdədir, əvvəllər, mənim uşaqlıq dövrümdə, rəssamların müəyyən nüfuzu var idi. Mən maddi rifahı nəzərdə tutmuram. İnsanlar nüfuzu yüksək qiymətləndirirdilər, rəssamlara, ümumiyyətlə, yaradıcı insanlara dərin nəvaziş və hörmətlə  yanaşırdılar. Rəssamların yaradıcılığını qiymətləndirmə hal-hazırda aşağı səviyyədədir. Bu gün incəsənət demək olar ki, bərbad vəziyyətdədir. Hərçənd, indi incəsənətin dirçəliş tendensiyası var, cəmiyyətlər, qalereyalar fəaliyyət göstərir ki, bu da az da olsa, ictimaiyyətin  sənətə marağından xəbər verir. Və bu hardasa bir təskinlikdir. Ümid edək ki, bu, innən belə də inkişaf edəcək.

Siz self–tədris rəssamsınız. Amma yəqin ki, rəsm sənətində Sizin təşəkkülünüzə müəyyən rəssamların yaradıcılığı təsir göstərməmiş deyil…

Mənim yaradıcılığı qarşısında baş əydiyim sevimli rəssamlardan biri Rembrandtdır. Mən digər rəssamları təqlid etməyə cəhd göstərməmişəm. Mən onların iş texnikasını öyrənməyə  çalışmışam, lakin bu məndə alınmadı, odur ki, indi öz metodikamla, məhz özüm özümü öyrətdiyim kimi işləyirəm. Lakin insan digər sənət əsərlərinə baxa-baxa özü üçün çox maraqlı və faydalı məqamlar kəşf etmiş olur. Mən böyük sənət ustalarının işlərinə baxmağı xoşlayıram və güman edirəm ki, hər bir belə baxış mənim qabiliyyətimə hansısa bir bilik zərrəsi əlavə etmiş olur ki, bunun özü də elə təlimdir.

Azərbaycanda peşəkar rəssam olmaq mümkündürmü, yoxsa bu yalnız xaricdə mümkündür?

İstər xaricdə, istərsə də Azərbaycanda rəssam olmaq üçün ilk növbədə, öz istedadını inkişaf etdirmək gərəkdir. İstedad hər bir insanda var. Sadəcə, onu özündə tapıb inkişaf etdirmək lazımdır. Lakin mən Azərbaycanda keyfiyyətli bədii təhsil ala bilmək üçün əsl rəssamlıq məktəbi görmürəm. Lakin, yenə də, mən rəssamlıq təhsili almadığımdan ölkəmizdə bu sahədə yaxşı müəllimin olub-olmadığını əminliklə iddia edə bilmərəm. Rəssamlıq – bu, bir növ təbabət kimidir. Həm həkim, həm də rəssamın yaxşı müəllim və ya tərbiyəçisi olmalıdır ki, onun güclü cəhətlərini aşkar edib inkişafına kömək göstərsin. Müəllim – o, həm də şagirddə başqalarının görmədiyi hər hansı gizli üstün cəhəti üzə çıxarmağa qabil və onun inkişafına təkan verməyə qadir psixoloqdur.

unnamed-9

 Siz necə hesab edirsiniz, dünyada Azərbaycan rəssamlarına tələbat varmı?

Bizim bir neçə tanınmışrəssamımız var. Sirr deyil ki, belələrindən biri Sakit Məmmədovdur. Mən hələ Azərbaycanın Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev kimi görkəmli  fırça ustalarını  demirəm. İstərdim ki, belə şəxsiyyətlər daha çox  olsun. Axı, dünya  hansısa ölkəni «Formula 1» yürüşləri və ya «Eurovision» ilə tanımır, bütün bunlar müvəqqəti əyləncədir. Ölkə dünyada incəsənət, yaradıcılıq və mədəniyyət  vasitəsilə tanınmış olur. Əgər biz öz mədəniyyətimizi necə var, o cür də təqdim edə bilsək, bizi tanıyar və qiymətləndirərlər.

Siz yeni başlayan gənc rəssamlara nə kimi məsləhətlər verədiniz?

Mən müsahibələrimdən birində bu barədə nəsə demişəm və zənimcə, təkrarlama qəbahət deyil: inam, ümid, məhəbbət. Bu, insana yalnız özünə və öz gücünə inanmaq, yalnız ən yaxşıya, sabah bugünkindən daha yaxşı işləyəcəyinə ümid etmək, öz məşğul olduğu işi, öz yaradıcılığını sevməyin lazım olmasına dair köhnə müddəadır. Mənim qızlarımdan bıri Bakı incəsənət institutunda dizaynerlik öyrənir. Onun qrup yoldaşları dəfələrlə bizə gəlir, mənim işlərimə baxır və onlarla maraqlanırdılar. Və mən onda belə bir fikrə gəldim ki, Azərbaycanda yaratmaq arzusunda olan, incəsənəti sevən və yaradıcılıq qığılcımına malik istedadlı gənclər var. Başlıcası odur ki, necə deyərlər, onlarin qanadları kəsilməsin və tam inkişaf üçün lazımi şərait yaradılsın. Və mən ümid edirəm ki, onlar inam, ümid və sevgini itirməsələr, hər şey yaxşı olacaq.

Söhbəti Çinarə Qurbanqızı apardı