Mayın 9-da dünyanın bir çox şəhərlərində olduğu kimi, Bakıda da «Ölməz alay» aksiyası keçirilib. Bakıda artıq bir neçə ildir ki Qələbənin ildönümünü 1941-1945-ci illər Böyük Vətən müharibəsi döyüşçülərinin portretləri ilə qeyd edirlər.
Xatırladaq ki, «Ölməz alay» — Böyük Vətən müharibəsi nəsli haqqında şəxsi yaddaşın qorunması üzrə beynəlxalq ictimai hərəkatdır. Hərəkatın iştirakçıları hər il Qələbə günündə öz qohumlarının — ordu və donanma veteranlarının, partizanların, məxfi siyasi döyüşçülərin, Müqavimət döyüşçülərinin, arxa cəbhə fəallarının, konsentrasiya düşərgələri məhbuslarının, blokadaların, müharibə uşaqlarının fotoşəkilləri ilə şəhərlərin küçələrindən sütunlarla keçirlər.
Günün çox isti keçməsinə baxmayaraq , aksiyaya iki mindən çox adam gəlmişdidi. «Ölməz alay» hərəkatının koordinatoru Viktoriya Kabanadzenin Bakıda Dalma Newsə dediyi kimi, yürüş ildən-ilə daha da kütləvi olur. «Xeyli çox yeni insan gəlib. Təəssüf ki, bir çoxları — kimsə şəhərdəki tıxaclara görə, kimsə səhhətinə görə gecikib və ya gəlib bizə çatmayıblar»,- deyə o qeyd edir.
— Siz şəkillə stenders etməyə kömək edirsiniz. Buna maliyyəni necə əldə edə bilirsiniz?
— İlk üç il ərzində «Azərbaycan kazaklarının həmyerliləri» təşkilatı hər şeyi öz hesabına edirdi. Onlar, sadəcə, təşəbbüs göstərirdilər. Kimsə materialları satın alır, kimsə çap edir və sonra isə fotoşəkilləri biz özümüz yapışdırırdıq. Ötən il isə bizə materiallara olan bütün xərcləri ödəməklə VTB bankı kömək etdi. Bu il şəhər icra hakimiyyəti yardım edib. Təəssüf ki, bunu etməyi heç də hamı çatdıra bilmədi. Lakin ümid edirik ki, gələcəkdə işlər saat mexanizmi kimi yoluna qoyulacaqdır. Və əlbəttə, Azərbaycan hökumətinin köməyinə ümid bəsləyirik. Əlbəttə, mənim üçün bu, əsas bayramdır. Və mən belə çox adamın gəlməsinə sevindim. Hətta May bayramlarında Azərbaycanda olan turistlər də bizə qoşulmuşlar. Biz bu xatirəni yaddaşımüzda qoruyub saxlamalıyıq. Və bir halda ki, bizə belə çox adam təşrif buyurur,deməli, bu yaddaş və xatirələr onlara vacibdir.
«Ölməz alay» kolonnası «Avrasiya» İnstitutundan Hərbi ş öhrət Memorialına qədər keçmiş və orada Milli Məclis deputatları, diplomatik korpusun nümayəndələri və əlbəttə ki, veteranların iştirakı ilə rəsmi mərasim başlanmışdır.
Bütün yürüş zamanı musiqi səslənir, insanlar hərbi mahnılar oxuyurdular. Bayram ab-havası hökm sürürdü ki, bu da valideynləri ilə gələn uşaqların çox xoşuna gəlirdi.
Dalma Newsin müxbiri aksiyanın bəzi iştirakçıları ilə söhbət etdi.
Lyudmila Mixaylovna Taxovskaya: mən hər il iştirak edirəm. Budur, şəkillərdəki mənim qayınatamdır. Bu isə atamdır, burada — əmimdir. Bu, bizim hamımız üçün müqəddəs bayramdır. Allah eləsin ki, heç vaxt müharibə olmasın. Ən başlıcası isə, bütün insanlar rahat, dinc yaşasınlar. Allah elə eləsin ki, həmişə bu günki kimi günəşli və aydın olsun! Bu gün çox insan gəlmişdir. Ən əsası odur ki, biz toplaşır və xatırlayırıq!
Yelena: mənim üçün bu aksiya – ölənlərin xatirəsinə hörmət, bu yer üzündə gəzmək, həyatdan zövq ala biləcəyimiz üçün sağ olduğumuza görə təşəkkürdür. Mənim hər iki babam həlak olub, nənəm isə hərbi qospitalda çalışıb. Biz artıq dördüncü ildir ki, bu aksiyada iştirak edirik. Bu — mən və mənim anam üçün müqəddəs bir bayramdır.
Leyli Kazbəyova: Bu, ümumiyyətlə, mənim həyatımda ən əsas bayramdır. Bütün doğum və ad günlərindən, hətta yeni ildən daha mühümdür. Budur, mənim körpəm,onun 5 yaşı var. Burada biirinci dəfə ştirak edəcək. Fotoda mənim ulu babamdır. O, Bakıdan Vyanayadək gedib çatmışdır. Və yalnız 2 il sonra, müharibə başa çatdıqdan sonra 1947-ci ildə geri dönmüşdü. Bu isə, mənim ulu nənəmdir, qospitalda olub, yaralılara cərrahiyyə əməliyyatı edib. Marşal Rokossovski bir dəfə onun əlini sıxaraq, əməyinə görə ona təşəkkür etmişdir. Bu isə mənim digər ulu nənəmdir. O da döyüşmüşdür. Başqaları da var —mənim ulu babam, o zavodda direktor idi. Onu cəbhəyə buraxmamışlar, çünki onun rəhbərlik etdiyi zavod tanklara lylə istehsal edrirdi.
Violetta İsmayılova: mən bu aksiyada ilk dəfədir ki, iştirak edirəm və çox şadam. Mən qızımı buraya gətirdim ki, o da indidən bilsin ki, bu, müharibə idi, onun ulu babaları nə üçün döyüşmüşlər. O, suallar verir, amma bu günə qədər bu tarixin bütün sevincini və faciəsini başa düşmür – 9 May. Mənim üçün bu yürüş — təkcə babalarıma yox, arxa cəbhədə vuruşanların, arxa cəbhədə çalışanların, böyük ölkəni bərpa edənlərin xatirəsinə verilən ehtiramdır. Və bu, həmin qəhrəmanların hekayələrini dinləyərkən ağladığım gündür.
Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Bakıda təntənəli mərasim də keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə şəkil çəkdirdilər.
Mayın 9-na qədər isə «Bakı Metropoliteni» faşizm üzərində Qələbə Gününə həsr olunmuş sərgi açmışdır. Sərginin əsas hissəsi metronun «Gənclik» stansiyasının keçidlərində sərgilənmişdir.
Ekspozisiya Azərbaycanın Böyük Vətən müharibəsi illərində qəhrəmancasına döyüşən müharibə veteranlarının foto-şəkillərindən ibarətdir.
Hazırlayanı Мəmməd Мəmmədzadə